Bu Müxalifətlə Demokratiyanı Ancaq Qiyamətdə Görə Bilərik

Yazar: Heydər Oğuz

Məlum müraciətə imza atmaq rinqə dəsmal atmaq kimi bir şeydir

Müxalifət bu dəfə gözləniləndən daha tez iqtidarın səfinə keçdi. Əvvəllər yenə pis-yaxşı, özünü guya mübarizə aparan bir qurum kimi göstərir, həlledici anda ağ bayraq qaldırırdı. Bu dəfə isə heç yarış başlamış rinqə dəsmal atdı. 11 siyasi partiyanın Avropa Parlamentinə ünvanlanan müraciətə imza atması elə rinqə dəsmal atmaq kimi bir şeydir.

Təbii ki, etdikləri əməli əsaslandıra biləcəkləri arqumentləri də var- Ramil Səfərovun azadlığa buraxılması və Avropanın Azərbaycana qarşı qərəzli münasibəti ümummilli məsələdir və burada müxalifət-iqtidar ayrımı salmaq olmaz. İlk baxışdan gətirilən arqument o qədər vətənpərvər görünür ki, adamın ona qarşı çıxmağa belə dili gəlmir. Amma oturub qəbul olunan sənədi oxuyanda və onun hansı şəraitdə imzalandığına nəzər salanda üzərinə ediləcək bütün hücum ehtimallarına rəğmən susmağa da adamın vicdanı yol vermir.

Açıq danışmaq lazımdır. İllərlə arxasınca süründüyümüz adamların müxalifətin ünvanına təhqiramiz sözlər deməklə ad çıxaran Siyavuş Novruzun dəvətini qəbul edub,  Əli Əhmədovun rəhbərliyi altında keçirilən iclasda aşağı başda oturdulması həzm ediləcək kimi deyil. İmzalanan sənəd nə olursa olsun, partnyorların bu şəkildə ağırlanması heç bir siyasi etikaya sığmır və bu cür qarşılanmağı qəbul etdiyinə görə müxalifət əslində hər cür münasibətə də layiqdir. Bu mənada iqtidar mənsubları haqsız deyillər.

Bütün günü Türkiyəni misal gətirib hakimiyyətə örnək göstərən müxalifət partiyaları özləri qardaş ölkənin siyasi həyatından dərs çıxarmalıydılar. Başa düşməliydilər ki, əgər Vətən, Millət yolunda siyasi addım atmaqdan söhbət gedirsə, bunun yolu iqtidar qarşısında aşağılanmaqdan keçmir. Hakimiyyətə həqiqətən də ölkənin taleyüklü məsələsini həll etmək və bu istiqamətdə müəyyən addımlar atmaq lazımdırsa, onda zəhmət çəkib ölkə başçısı səviyyəsində təşəbbüs göstərilməli və onun özü birbaşa müxalifət partiyalarını ziyarət edib rəhbər şəxslərlə görüşməli, atılacaq addımın zərurəti müzakirə olunmalıdı. Necə ki, Ərdoğan belə edir. Ölkəsinin taleyini nəzərə alıb heç sevmədiyi CHP liderinin ziyarətinə gəlməyə ərinmir, özünə yaraşdırır. Biz də isə müxalifətə Əli Əhmədov və ya Siyavuş Novruz səviyyəsində müraciət edilir, kolxoz sədrlərinin iclasına bənzər toplantı keçirərək siyasi əhəmiyyətli sənəd imzalanır. Özü də partiyalarında heç bir çəkisi olmayan insanlar tərəfindən. Sanki, müxalifət liderləri də etdikləri əməlin məsuliyyətini anladığından gələcəkdə ləkənin öz üzərlərində qalacaqlarından ehtiyatlanıb bu addımı atırlar ki, sabah lazım olanda ikinci dərəcəli adamlarını önə çıxarsınlar. Hələ utanmadan da imzalanan sənədin ümummilli əhəmiyyətindən danışırlar. Unudurlar ki, sabah birisi çıxıb sual verə bilər- Bu necə ümmumilli əhəmiyyətli sənəddir ki, onu ikinci, üçüncü dərəcəli füqurlar imzalayır?

Musavat partiyasının başqanı İsa Qəmbər sanki yuxarıdakı suala dolayısıyla cavab verərcəsinə yaxınlarda bu addımın bəhrələrini görəcəyimizi bəyan edərək bizə “xoşbəxt gələcək” vədində bulunur. Ardınca da guya onun liderliyini qəbul edən mətbuat orqanı Azərbaycan hakimiyyətinin ABŞ-la sövdələşməyə getdiyini və 2013-cü ildən sonra islahatlar keçirəcəyini yazır. İslahat isə bundan ibarətmiş: Hakimiyyətdə təmsil olunan qoca qurdlar vurulacaq, yerlərinə cavan qurdlar gətiriləcək. Bu da olacaq Azərbaycansayağı demokratiya.

Adam bilmir, bu ağılın sahiblərinin halına gülsün, yoxsa ağlasın. Ona görə ki, Azərbaycanın problemi onun cavan və ya qoca qurdlar tərəfindən yeyilməsi deyil. Ümumiyyətlə, qurdlar tərəfindən yeyilməsidir. Dəyişiləcək nəsnə sadəcə bizi yeyən qurdların yaşı olacaqsa, cavan qurdun pəncəsində can vermənin gətirəcəyi yeganə yaxşı şey daha tez canını tapşırmaq ola bilər. İsa Qəmbər cəmiyyətə bunun muştuluğunumu verir? Yoxsa, cavan qurdların qocalardan fərqli olaraq yemək təcrübəsində bacarıqsız olduqlarından ağızlarından yerə daha artıq nəsə düşəcəyinə və müxalifət liderlərinin bundan daha rahat faydalanacağınamı ümid edir? Elədirsə, haqlı ola bilər. Haqlı olmadığı tək şey isə bunun demokratikləşməylə hansısa əlaqəsini qurmasındadır. Çünki, müxalifətə ən layiqli yerin 20-ci sahədəki xarabazarlıq olduğunu dəfələrlə təkrarlayan və bundan xüsusi həzz alan bir adamın özü və ya zehniyyəti dəyişilməsə cəmiyyətin demokratik islahatlara bel bağlaması boğazına bıcaq dayanan quzunun təsadüflərə ümid etməsi kimi nadir təbiət hadisəsinə bənzəyir. Məntiq, ağıl deyilən bir şey var. Bu adam necə islahatlar aparacaq ki, hakimiyyətinin taleyüklü məsələsində müxalifətin imzasına bel bağlayır, minnətə də Siyavuş Novruzovu və ya Əli Əhmədovu göndərir? O kəsləri ki, indiyə qədər hakimiyyətdəki fünksiyaları müxalifətin qabırğasına döşəmək olub. Hətta bütün dünyanın üstünə düşdüyü bu çətin vəziyyətində belə müxalifəti adam yerinə qoymayan ölkə başçısı hansı prinsiplərə söykənib islahat apara bilər?

İmzalanan sənədin mahiyyətinə baxanda da onun ümummilli xarakterindən danışmaq da olduqca gülünc görünür. Düzdür, sənəd guya Ramil Səfərovun azadlığa buraxılmasına etiraz  edən Avropa Parlamentinin mövqeyinə qarşı çıxmaq məqsədiylə hazırlanıb. Amma onun elə ilk cümlələrini oxuyanda hakimiyyətin yalançı vətənpərvərliyinin söykəndiyi bu arqumentin də bəhanədən başqa bir şey olmadığı aydınlaşır. Sitat: “Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur.”

Mən siyasətdən anlamayan biri ola bilərəm. Amma ölkəmin BMT, ATƏT, xüsusilə də Avropa Şurasında layiqincə təmsil olunduğuna inanacaq qədər  sadəlövh də deyiləm. Adlarını “ana müxalifət” qoyan partiyalar isə sənədin elə ilk cümlələrində yer alan bu iddianı anlamayacaq qədər sadəlövh kimi özlərini aparırlar. Sanki anlamaq istəmirlər ki, onların imzaladıqları bu sənəd nə erməni lobbisini öz əməllərindən yayındıra biləcək qüvvədədir, nə də Avropa parlamentarilərinin mövqelərini dəyişdirməyə təsir edə bilər. Bu müraciət olsa-olsa, ancaq Azərbaycan iqtidarının beynəlxalq qurumlarda layiqincə təmsil olunduğunu vurğulayan sənəd kimi əhəmiyyət daşıyır. Və sabah ölkədə başlayacaq represiyalardan canını qurtarmaq üçün beynəlxalq dairələrə müraciət edəcək müxaliflərin gözünə indi öz dəsti-xətləriylə imzaladıqları bu müraciət soxulacaq. Yəni, hakimiyyət o müraciəti bu müraciətlə kompensasiya edəcək. Beynəlxalq qurumlar isə “öz şahlarından razı qalan Azərbaycan ictimaiyyətinin ən müxalif insanları bunlarsa, canları cəhənnəmə”- deyəcək və Heydər Əliyevin ən çox sevdiyi arqumentlərindən birini xatırlayacaq. “ABŞ-a indiki demokratik səviyyəyə gəlməsi üçün 200 il lazım oldu. Bizdən bu mərhələni tez bir zamanda tamamlamağı gözləyə bilmərsiniz.”

Həqiqətən də Allah Heydər Əliyevə rəhmət eləsin. Bu müxalifətlə 200 ilə demokratikləşməyi proqnozlaşdırıbsa, doğrudan da demokrat adam imiş. Kim onun yerinə olsaydı, “bu cəmiyyət  heç qiyamətə qədər demokratiyanı görə bilməyəcək”-deyərdi.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: