“Azərbaycanda Pat Vəziyyəti Əmələ Gəlib.”

Azərbaycandan çox-çox uzaqlarda siyasi mühacirətdə yaşayan və ürəyi daim Azərbaycanla döyünən tanınmış siyasi xadim Rəsul Quliyevin Qazeta Analitik İnformasiya Mərkəzinə verdiyi özəl müsahibəni sizlərə təqdim edirik:

 

-Rəsul bəy, Azərbaycanda hazırki hakimiyyətin xalqımıza verdiyi zülm nə vaxta kimi davam edəcəkdir?

-Azərbaycanda Heydər Əliyev tərəfindən yaradılmış korrupsiya, rüşvət rejiminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər və zülmlər nə vaxtsa kəsiləcəyinə qəti surətdə inanmaq mümkün deyil. Bu, rejimin xislətindən irəli gəlir. Bu rejimlə Azərbaycan xalqının gələcəyini və xoşbəxtliyini gözləmək uşaqlıq olardı.

 

-Əgər Azərbaycanda hakimiyyət xalqımıza bu zülmü verirsə, bəs nəyə görə öz etraz səsimizi bu cür 20-30 nəfərlik toplaşma ilə bildiririk, bəlkə bunun yeni variantları var?

-Məsələ ondadır ki, 1993 və 96-cı illərdən sonra ata Əliyevin yaratdığı rejim Azərbaycan xalqını addım-addım deqradasiya vəziyyətinə gətirib çıxardıb. Ümumiyyətlə müxalifətin bu illərdə hakimiyyətdə olan  yaramaz rejimə qarşı mübarizəni təşkil edə bilməmə qabiliyyəti vəziyyəti daha da kəskinləşdirib.  Müxalifətdə olanlar yenə həmin adamlardır, yeni siyasi qüvvə yoxdur. Bu da Azərbaycanda pat vəziyyəti əmələ gətirib. Bir tərəfdən xalq bu hakimiyyətə nifrət edir, digər tərəfdən isə  müxalifətə  inanmır.

 

-2013-cü il Azərbaycanda Prezident seçkilərinə hakimiyyət hansı formada hazırlaşır, eləcə də hakimiyyətin yenidən ələ keçirmə prosesi baş verərsə buna Avropa Parlamentarilərinin, dünya ictimaiyyətinin münasibəti sizcə necə olar?

Hakimiyyət yalnız özünün bildirdiyi bir ssenari ilə yenə hərəkət edəcək. Bu ilin sonu və gələn ilin əvvəllərində Azərbaycanda müxalif fikirli jurnalist, digər siyasi xadimlər, hakimiyyətə zidd fikirli insanlar yenidən həbs olunacaqlar. Sonra isə seçkiqabağı onlar azad olunacaqlar. Bu işi bunlar həmişə görüblər. Nəticədə də Avropa şurası və dünya ictimaiyyəti cənab Əliyevə öz təşəkkürünü bildirəcəklər. Bu da sadə mexanizmdir ki, onu hər zaman ata Əliyev tətbiq edərdi. Amma 2013-cü ildə Avropanın Azərbaycana qarşı fikirləri tamamilə fərqli aspektdə olacaqdır. Buna səbəb artıq korrupsiyalaşmış rejimin sonunun çatmasından ibarətdir. Mən belə fikirləşirəm ki, Avropa bu seçkilərdə öz qətiyyətli sözünü bildirəcəkdir.

Vüqar Rəşidov

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to ““Azərbaycanda Pat Vəziyyəti Əmələ Gəlib.””

  1. Bəşər Əsəd rejiminə dəstək verən ölkələrdən digəri Rusiya ənənəsinə sadiq qalaraq Suriyada hakimiyyətin dəyişdirilməsinə qarşı çıxan bəyanat verib: “Əsəd hakimiyyətdən getsə daha çox qan axacaq”.Diktator rejimini yalnız diktator hakimiyyətlər müdafiyə edir,görəsən bilirlərmi 2013-cü il onları süqutu olacaq?İran,Azərbaycan,Rusiya,Belarusiya,Orta Asiya respublikaları,ukrayna diktatorlarının süqutuna az qalıb.

  2. “Azərbaycan hakimiyyəti bəşəri dəyərlərdən uzaqdır”“Amnesty İnternational”ın rəsmisi Əliyevlərlə bağlı beynəlxalq birliyə çağırış etdi:”Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini başa salmalıdır ki, dinc nümayişləri dağıtmaqla, azad sözü boğmaqla hörmət sahibi ola bilməz”
    Təşkilatın rəhbərlərii Maks Taker onu da bildirib ki,onlar insanların internetdəki mükaliməsini izləməyə və hökumətin qərara aldığı təqdirdə bu mükaliməyə müdaxilə etməyə imkanı verir.Bu, hökumətin azad sözə inanılmaz müdaxiləsidir və belə olaraq bu, Azərbaycanın Avropa İnsan Haqları Konvesniyası qarşısındakı öhdəliklərinin pozulması anlamına gəlir.
    Hətta Biz bunu “Eurovison” müsabiqəsi zamanı gördük. Orada fəallar televiziya stansiyası qarşısında piket keçirməyə cəhd edəndə həbs olundular. Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə aydın etməlidir ki, o, dinc nümayişləri dağıtmaqla, azad sözü boğmaqla bu ictimaiyyət qarşısında hörmət sahibi ola bilməz.
    Beynəlxalq ictimaiyyət bilməlidir ki,Azərbaycan hökuməti daha da aqresivləşib, vətəndaşların kütləvi şəkildə etirazlarını bildirmək haqqını tapdalayır, kiçik piketlərin belə keçrilməsinə icazə vermir, gəncləri həbs edir ,işgəncə verir.Kütləvi aksiyalara qadağaların qoyulması sərbəst toplaşmaq azadlığının ayrılmaz hissəsi olan ifadə və birləşmək azadlığına qarşı yönəlməklə Azərbaycan Konstitusiyası, Avropa İnsan Hüquqları Konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Avropa Şurasının sərbəst toplaşmaq azadlığı barədə rəhbər prinisplərinə də ziddir.
    Beynəlxalq ictimaiyyət,demokratik qüvvələr hakimiyyətə təsir etməlidir ki,heç olmasa əlkədə olan televiziya kanallarından biri müxalifətin sərəncamına versin.

  3. Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Prezidentin bacısı Sevil xanımın həyat yodaşı idi.Onlar bir neçə ildən çoxdur ki,boşanıblar,amma o bu boşanmadan sonra səfir vəzifəsindən çıxarılıb nazir müavini qoyuldu.Görünür Sevil xanımın da bu iqtidardan zəhləsi gedir……

  4. Deyilənə görə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı türmədə olarkən ona calag iynəsi vurublar.İndi o həm müsavatçıdır,həm də YAP-çı.Əxlaqına bərəkəllah belə müxalifətçi,axır ki,mövqeyində öz müdürünə bənzədin.

  5. ABŞ Suriyanın gələcək hökumətinə daxil olmalı olan şəxslərin siyahısını müəyyənləşdirib. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton məlumat verib.
    Deməli ABŞ B.Əsəddən də qəddar Azərbaycan hakimiyyəti haqqında da fikirləşir.

  6. Xalq bütünlüklə Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə sıx birləşməlidir.Çünki xalqın müqədaratını yeganə MM həll edə bilər.14 partiyanın birliyindən ibarət olan MM eyni zamanda digər partiyaları da bu birliyə səsləyib,lakin köhnə hamam,köhnə tas,20 ildir öz məkrli və məntiqsiz iddiaları ilə hansı məssəbə qulluq etmələri məlum olmayan İP-nın liderləri Əli,İsa qardaşları,ADP sədri,hoqqabaz S.Calaloglu,AÜP sədri,hakimiyyətə meyilli İqbal Agazadə,
    BAXCP sədri,hakimiyyətin birbaşa dilmançısı Q.Həsənquliyev,BQP sədri,hakimiyyətə meyilli Fazil Mustafa,AVP sədri,iqtidarın iti Fəzail Agamalı,Ədalət partiyasının sədri,orta müxalifətçi İ.İsmayılov,KXCP sədri,özünü hamıdan agıllı bilən M.Mirəlioglu,VHP sədri,Bəylər Əyyubovun ən yaxın adamı,Ziyalılar forumu isə 1-ci ledi ilə həmrəy Eldar Namazovun oyunu ilə oynayır hələlik,SDP sədri qardaşları,İranın və Ayazın kölələri Araz,Zərdüşt qardaşları və sairələri artıq xalq açıq-aydın bilməlidir ki,nə üçün birlikdən qaçırlar.Bir mənalı olaraq bu insanlar yalnız öz məqsədləri ugrunda min sifətə düşürlər,xalq onlar üçün bəlkə də heç 10-cu yerdə də deyil.
    Odur ki,xalq MM ətrafında sıx birləşməlidir.Xalqın taleyini düşünən,hakimiyyətin devrilməsini qarşısına məqsəd qoyan və hakimiyyətin devrilməsi həqiqətən birlikdə görən DQMM 14 partiyadan ibarətdir:Sülhəddin Əkbər (ACP),Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokratik Partiyası), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası), Taliyət Əliyev (ADP) və hər kəs istədiyi partiyanın üzvü ola bilər.Əgər dogudan da azadlıgımızı düşünürüksə hamı bir nəfər kimi bu birliyə qatılmalıdır.

  7. Hormetli Resul muellim,coxlarina ele gelir ki,Eliyev rejimi hakimiyetden gedenden sonra her sey derhal duzelecek.Xeyr hec de coxlarinin dusunduyu kimi deyil.Axi bu rejim olkede rusveti supurgeciden baslamis prezident aparatina kimi bir xestelik olaraq yayib.Birden bire bu rusvet sistemini mehv etmek qeyri mumkundu.Ancaq rusvetin miqyasini azaltmaq-sonra ise kokunu kesmek mumkundu.
    Kend heyati yasiyanlara,qemis ve cayir otu melumdu.Hemin bitkilerin zogunu torpagin alt qatindan tapib cixarmayinca her yaz ayi gelende yeniden goyerir.Bu rusvet sistemi ise Azerbaycanda yuxarudan asagi dogru inksaf edib.Demeli temizlenme (islahat da deyilir) yuxaridan baslanmalidi.Bir sozle bu hakimiyet bu xalqin qelbine ele bir murdar xestelik toxumu sepib ki,hemin toxumlarin kokunu kesmek ucun xalqa iller lazimdi.Bir sozle,yabani bitki,toxum vermemis gerek onu mehv edesen.Eks halda alag otu ile mubarize aparmaq sonradan cox cetin olur.

    • Qemis ve cayir otu,düz söyləyirsiniz rüşvət xəstəliyi xalqın qanına hopub,onu tez müddətdə sagaltmaq müşkül məsələdir.Bu xalqın bəlası tək rüşvət məsələsi deyil,bu rejim altında xalq mənliyini,mənaviyyatını itirib,yaltaqlıq,satqınlıq tugyan edir.Bu isə sagalmaz yaradır,çətinliyimiz bu olacaq.Bu yaranın davası,dərmanı yalnız ölkənin rəhbərindən olacaq,dərhal sərəncam verməlidir ki,yaltaqlıq edən icazəsiz aksiyalarda iştiraka görə cərimələr kimi yüksək qiymətlərlə cərimələnəcək.

  8. Azərbaycan hökumətinin icazəsiz aksiyalarda iştiraka görə cərimələrin artırılması və qanun layihəsinin parlamentdə təsdiqlənməsi dünya mediasının diqqətindən yayınmayıb. Bununla hakimiyyət öz diktatorluguna imza ataraq özünü dünya ictimaiyyətində bir daha rüsvay etdi.
    Rüşvətə vərdiş edən hakimiyyət yəqin düşünür ki,ac saxladıgı xalqda pul var,onu da bu yolla əlindən qapmaq istəyir.Amma çox yanılır,ac qalan xalq dözməyib bir gün onların boş kəlləsini (qafa)gəmirəcək.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: