“Özümü Yalnız Mənən Məsul Hesab Edirəm.”

Əvvəli

1990-cı illərin ortalarında Azərbaycanda siyasi sabitlik yaranandan sonra H.Əliyevin köklü sosial-iqtisadi islahatların keçirilməsinə həqiqi münasibəti üzə çıxmağa başladı. Həm bütünlükdə ölkənin özü seçim qarşısında idi, həm də dövlətin rəhbəri kimi H.Əliyev prinsipial və xalqımız üçün taleyüklü bir məsələ barədə öz tarixi seçimini etməliydi. O, ya ölkənin strateji kursunu demokratik siyasi və iqtisadi dəyişikliklər rejiminə salmalı, ya da onillər boyu adət etdiyi totalitar düşüncə tərzinə və diktatura idarəçiliyinə qayıtmalıydı.

H.Əliyev xalqımız üçün hələ onillər boyu xatırlanmalı və sağalması çətin olan yaralar vurmuş ikinci yolu seçdi. Məlum oldu ki, sabitlik H.Əliyevə heç də islahatlar üçün əlverişli baza kimi yox, total korrupsiya mexanizmini işə salmaq, tam maneəsiz şəkildə ölkənin sərvətlərini talan etmək, bütün səlahiyyətləri bir əldə cəmləşdirib diktatura rejimi yaratmaq, xalqı daim bir tikə çörək həsrəti çəkən müti və üzüyola kütləyə çevirmək üçün lazımıymış.

Mən 1996-cı ilin sentyabrında Azərbaycanı tərk edənə qədər xalqın vəziyyəti o dərəcədə ağır deyildi. Çünki H.Əliyevin xalqın yaşayışını ağırlaşdırmaq siyasətinə qarşı malik olduğum bütün vasitələrlə müqavimət göstərirdim və hesab edirəm ki, çox çətinliklə olsa da, buna müəyyən qədər nail olurdum.

Hələ 1995-ci ilin parlament seçkilərinə qədər, yəni, tam siyasi sabitlik yarananadək, hakimiyyət daxilində mütərəqqi dəyişikliklər yaratmaq cəhdləri süngü ilə qarşılanırdı. Sözsüz ki, təbiətən islahatçı-demokrat bir şəxs olduğumdan, eyni zamanda islahatlara normal qanunvericilik bazası yaratmalı olan orqanın – parlamentin rəhbəri kimi bunu hiss edirdim.

Mütərəqqi islahatlar siyasətinə qarşı H.Əliyevin və onun əlaltılarının müqavimətini neytrallaşdırmağın əhəmiyyətli yollarından biri Azərbaycanda demokratik islahatlarda marağı olan beynəlxalq maliyyə qurumlarının dəstəyini almaq idi. Onları inandırmağa cəhd göstərirdim ki, iqtisadi sahədə islahatların aparılması ücün qanunvericilik bazası yetərli olmalıdır, qiymətlər  liberallaşdırılmalıdır, valyuta birjaları açılmalıdır,  manatın dönərliyi təmin olunmalıdır, xariçi kreditlər məqsədyönlü olmalı, manatın kursu  sabitləşdirilməli,  istehsala  daxili  və xariçi  mənbələrdən  kredit qoyuluşu artırılmalıdır.  Beynəlxalq maliyyə qurumlarının ayırdığı kreditlərin ölkədə mənimsənilməsi və təyinatı üzrə xərclənməməsı daha ciddi narahatlıq doğuran məsələ idi.  Bu, bir tərəfdən ölkənin xarici   borclarını yüksəldir,   istehsalda  effektli rol  oynamır, digər tərəfdən isə ölkənin “korrupsiyaçı dövlət” imicini formalaşdıraraq gələcək hakimiyyətlərin manevr imkanlarını qabaqcadan məhdudlaşdırırdı. Buna görə də beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşərkən, onlardan Azərbaycana ayırdıqları kreditlərin üzərində ciddi nəzarət qoymalarını, bank sistemində islahatlar keçirmək, bir sıra nazirlikləri ləğv edərək islahatlara mane olan bürokratik aparatı ixtisara salmaqda kömək göstərmələrini xahiş edirdim. Ayrılmış kreditlərin H.Əliyevin komandası tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün bu işi beynəlxalq maliyyə qurumlarının nəzarətinə keçirməkdən başqa çıxış yolu yox idi. Bu nöqteyi-nəzərdən, 1996-cı il aprelin 30-da Dünya Bankının nümayəndəsi Vilfrit Salviyzi və 1996-cı il mayın 3-də Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Tappio Saavalayne ilə Bakıda apardığım danışıqlar az əhəmiyyətli rol oynamadı.

Beynəlxalq dairələrin diqqətini yönəltmək istədiyim prinsipial əhəmiyyətli məsələlərdən biri H.Əliyevin islahatları məqsədyönlü şəkildə ləngitmək siyasətinin qarşısını almaq idi. Komandanın bu siyasəti o qədər güclü şəkildə aparılırdı ki, parlament özəlləşmə ilə bağlı mövcud siyasətə təsir göstərə bilmirdi. 30 minlik ordusu olan bürokratik aparat islahatlara mane olmaqda xüsusi rol oynayırdı. Qəbul olunmuş qanunları qəsdən iflic və qeyri-işlək vəziyyətə salırdılar ki, islahatlar praktik şəkildə irəliləyə bilməsin. 1996-cı ilin aprelində Bakıda səfərdə olmuş Beynəlxalq Maliyyə Korporasiyasının Avropa Departamentinin direktoru Xosro Zamanini, ABŞ səfiri Riçard Kozlariçi, ABŞ Konqresinin ATƏT üzrə komissiyasının aparat rəhbəri Maykl Oksu, həmin ilin mayında Böyük Britaniya İcmalar Palatasının üzvləri Mark Lennok Boydu və Naysel Evansı qəbul edərkən, açıq-aşkar xahiş etdim ki, kreditlərin xərclənməsini nəzarətə götürsünlər, islahatların davam etdirilməsi istiqamətində hakimiyyətə təzyiqlər göstərsinlər, idxal və ixracın tam liberallaşdırılmasına kömək göstərsinlər, bürokratik aparatın ixtisar edilməi məsələsini qətiyyətlə qoysunlar, idarəçilikdə kollektivlərin səlahiyyətlərinin genişləndirilməsi üçün institut və universitet rektorlarının seçki prinsipi ilə təyin olunmasına nail olsunlar.

H.Əliyevin özəlləşdirmə prosesinə aşkar maneçiliyi bu prosesin nəinki müsbət nəticə verməyəcəyini, hətta xalqın ziyanına işləyəcəyini bu başdan müəyyənləşdirmişdi. Bütün realist adamlar üçün sirr deyildir ki, bu cür özəlləşmə ölkəni fəlakətə aparır. Özəlləşmənin, guya, hazırkı formada qeyri-adi müsbət nəticələr verəcəyi barədə dövlət məmurlarının yalan məlumatları ifşa olunmuşdu. Bilirdim ki, bu cür özəlləşmədən dövlət büdcəsi yox, H.Əliyevin klanı fayda görəcək. Buna görə də 1996-cı il martın 12-də Böyük Britaniya Parlamentinin üzvləri Kennet Veykeri, Lord Nikolas Betli qəbul edərkən onlara şübhələrimi açıq bəyan etdim ki, 1996-cı ildə özəlləşmədən dövlət büdcəsinə 200 milyon dollar vəsait daxil olacağı barədə hökumətin məlumatlarına inanmaq əsassızdır. Həqiqətən, nəinki 1996-cı ildə dövlətin büdcəsinə bu qədər vəsait daxil olmadı, hətta 4 ildən sonra – 2000-ci ildə özəlləşmədən büdcəyə daxil olan vəsait, hökumətin 100 milyon dollar elan etməsinə baxmayaraq, heç 20 milyon dollar səviyyəsinə də çatmadı.

Milli Məclisin yığıncaqlarında və digər rəsmi çıxışlarımda açıq bildirirdim ki, mən özəlləşdirməyə başlasaydım, bu prosesi indi çoxdan başa çatdırmışdım.

Sözsüz ki, beynəlxalq dairələr qarşısında  islahatları sürətləndirmək və effektini artırmaq, kreditlərin mənimsənilməsinin və korrupsiyanın qarşısını almaq üçün qaldırdığım bütün məsələlərin həllinə nail olmaq çətin idi. Çünki ölkə daxilindən müqavimət güclü idi. Lakin beynəlxalq dairələrlə birlikdə, az da olsa, nailiyyətlər əldə edə bildik. Qiymətlərin liberallaşdırılması, manatın dönərliliyinin təmin olunması, bəzi lüzumsuz strukturların ləğvinə nail olmaq bu qəbildən uğurlar sayıla bilər.

Sədri olduğum parlamentdə ölkəmiqyaslı demokratik islahatlar uğrunda mübarizənin H.Əliyevin rəhbərliyi altında irticaçı qüvvələrin müqaviməti ilə rastlaşmasına dair bəzi faktlara və məqamlara diqqət yetirək.

H.Əliyevin total idarəçilik komandası bütünlüklə islahatların əleyhinə mövqe tutduğu üçün, təbii ki, ona qarşı çevrilmiş mübarizəni yalnız komandanın öz içərisində saxlamaq heç bir müsbət nəticə verə bilməzdi. Bu məsələdə beynəlxalq qurumların köməyi ilə yanaşı, ictimaiyyətin və KİV-in təzyiqi az rol oynamaya bilərdi. Buna görə də komandanın islahat ovqatında və gücündə olmadığını geniş dairələrə çatdırmağa ehtiyac var idi. Bu məqsədlə ilk kütləvi mətbuat çıxışım 1994-cü il iyunun 15-ə təsadüf etdi. Mövcud reallıqla kəskin qarşıdurma vəziyyəti yaratmağın ziyanlı nəticələr verə biləcəyini əvvəldən nəzərə alaraq, “Literaturnaya qazeta”ya verilmiş müsahibədə komandanın təfəkkür etibarilə qocaldığını, islahatların mahiyyətini və əhəmiyyətini dərk etmədiyini açıq şəkildə bildirdim. Sonradan bu istiqamətdə çıxışlarım proqram xarakteri alaraq, artıq prinsipial mövqe nümayişinə çevrildi.

Milli Məclisin yığıncaqlarında, müşavirə və toplantılarda iqtisadi islahatların istiqamət və prinsipləri, nəticələri və mövcud durumu barədə çıxışlarım total diktatura rejimi ilə üz-üzə dayanmış mütərəqqi dəyişiklikləri xilas etmək üçün şəraitin verdiyi və düşüncəmə görə tam istifadə etdiyim son vasitələr oldu.

İslahatları diktatura rejiminin pəncəsindən xilas edə bilmədiyimə görə, özümü yalnız mənən məsul hesab edirəm. Lakin əminəm ki, Azərbaycanda demokratiya təfəkkürü totalitar düşüncəyə, islahatlar kursu onu ləngitmək niyyətlərinə, hətta ən zəif demokrat isə H.Əliyevə tarixən qalib gələcək.

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Ardı Var

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

4 Cavab to ““Özümü Yalnız Mənən Məsul Hesab Edirəm.””

  1. Rəsul müəllim,İslahatları diktatura rejiminin pəncəsindən xilas edə bilmədiyinizə görə özünüzü mənən məsul hesab etsəniz də belə bu yırtıcıdan sag-salamat canınızı qurtarıb getdiniz.Lakin xalq üçün bu çox qaranlıqdır,hərə anladıgı kimi mülahizələr söyləsə də xalq yenə də həqiqəti bilmir.Neft kontraktlarının baglanmasında mühüm rol oynayan Rəsul Quliyevlə “Qocanın”arasında bölgü mübahisəsi oldu,digəri oglu qumarda küllü miqdarda pul uduzmuşdu Türkiyədəki Kazinoda girov saxlandıgından Siz gedib gətirəndən sonra atasına dediyinizə görə mübahisəniz olub,digəri Sevil Əliyeva ilə baglayır,kimisi isə Calal Əliyevlə mübahisələrinizdən danışır və sair və ilaxır.Ümumiyyətlə aranızda olan sərt mübahisələrə baxmayaraq çox səmimi ayrıldınız və Amerikaya üz tutdunuz.
    Rəsul müəllim bəlkə bu məsələlərə bir aydınlıq gətirəsiniz?

  2. ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetinin eksperti və yazarı D. İqnatiusun sözlərinə görə, İran məsələsi ilə bağlı ABŞ-ın qonşu ölkələrlə münasibətlərində də dəyişiklik baş verəcək: “Məncə, İranla konfrontasiya davam edərkən Azərbaycan öz strateji əhəmiyyətini başa düşür. Bu məsələdə Azərbaycanın əlində strateji “rıçaq” var, ona görə də ABŞ Azərbaycana təzyiq etməyə çalışmayacaq, çünki ona ehtiyacı var”.
    Mən elə düşünürəm ki,bütün dünya əlkələrində demokratiyanın bərpası təkcə Amerika prezidentin kimliyindən asılı olmayaraq ideyası deyil,bunu bütün dünyada bərqərar etməkdə Amerika və Avropa dövlətlərinin hamısı düşünür.Belə çıxır ki,Azərbaycanın prezidenti İlham Əliyev olmasa,əvəzinə demokratik fikirli digər şəxs olsa “Azərbaycanın əlində strateji “rıçaq” olmayacaq?Yəni Amerika üçün dogrudanmı fərq yoxdur ki,əlkənin prezidenti diktator İ.Əliyevdir,yoxsa demokratik digər şəxs?
    Rəsul müəllim,ABŞ rəsmi Bakı ilə bir neçə istiqamətdə fəal əməkdaşlıq edir.Məgər ölkənin başçısı Siz olsanız bu əmakdaşlıga son qoyulacaq?

Geri izləmələr/Geri bildirişlər

  1. “Ən Dəhşətli Deformasiyalar Beyinlərdədir” | RƏSUL QULİYEV - RASUL GULIYEV - Noyabr 8, 2012

    […] Ardı Var […]

  2. “Məqsədim Sizin Həyatda İtirdiyiniz İnamınızı Özünüzə Qaytarmaqdır” | RƏSUL QULİYEV - RASUL GULIYEV - Noyabr 19, 2012

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: