-Rəsul müəllim bəlkədə bu sözlərimi yayimlamayacaqsınız amma soruşmaq istərdim sizcə 5-10 manatla hakimiyyətə necə gəlmək olar? Və ya bu paypaldan ve ya electron kartlardan köcürülən pullarla höküməti devirmək sizcə asan məsələdi?
Vallah görünür siz zəif partiyasınız..hakimiyyətə gəldikdən sonra işiniz ancaq ac qarnınızı doldurmaq olar bəlkədə.. 2013-də sizə heç nə və’d etmirik.. Prezidentiniz 2014-də dəyişiləcek.. Verəcəyiniz cavablar bizi yönləndirə bilər.
Salam Rəsul Quliyev. Inanıram ki bəzi gəlmiş getmiş ve hal hazırki məmurlardan fərqli olaraq burada yazılanlari siz cavablandırırsınız. Ixtisasım məhz siyasətşünaslıqla bağlı olsa da bu işlə məşğul olmuram. Amma ən azından bu gün bir idarəçiliyi əldə etmək uçün nələr etmək lazımdır az da olsa anlayışım var. Düşünürəm ki canavar kimi ac hal hazırki hakimiyyətin qarşısında sürünən müxalifətin içində kiçik də olsa yumruq göstərə bilən qüvvə sizsiniz. Yalniz məsələ ondadır ki siz bu hakimiyyətə gəlmək üçün 0- nöqtəsindən irəli gedə bilmirsiniz. Bu status kvo ilə niyə barişırsınız anlamıram. Tutaq ki xaricdə hansısa səxsi biznesiniz var (onu necə qazanmısınız mənə o qədər də maraqlı deyil) bəs niyə bunu genişləndirib daha güclü ola bilmirsiniz? Hakimiyyətə gələ bilməniz üçün maliyyə vəziyyətiniz güclü olmalıdı. Iqtidar abırsızlaşır müxalifət isə daha da zəifləyir. Hələ mən burdakı nümayəndələrinizi demirəm nə danişdıqlarını məsələyə necə yaxınlaşmaq lazımdı anlaya bilmirlər. Sizin adınız yalnız bir iki çıxışdan başqa heç yerdə görmək olmur. O boyda Fətulla Gülən bir nəzəriyyəsi ilə Azərbaycanı əlinin altına keçirib. Tv-dən Universitetdən tutmuş bir çox firmaları və idarəçiliyi əlində cəmləşdirib, amma sizin əlinizdə o qədər sərmaye ola ola heç nə edə bilmirsiz.
-Hörmətli cənab siasişünaslıq sənədiniz ola ola bu yazıların ancaq bir şəxs daha doğrusu Rəsul Quliyev tərəfindən yazıldığını gərək bilərdiniz. Yazılarını özü yazan şəxsin oxşar məntiqi analizlərini eyni ideyanın müxtəlif formalarda ancaq təkrar etməsini görməmək mümkün deyildir. Sizin təklif etdiyiniz kimi biznesi genişləndirib dəhşətli pul qazanmaq sonradan hakimiyyətə gəlmək ideyası özü heç bir şey etmək istəməyən azərbaycanlı mentalitetidir və reallıqdan uzaqdır. Nəzərinizə çatdırım ki, birincisi heç bir ciddi və daima genişlənən bizneslə bütün azərbaycan xalqını soyan iqtidarın yığdığı pulun heç 0.1 faizinidə toplaya bilməzsən. İkincisi ciddi bizneslə məşğul olan şəxs gündə bütün düşüncələrini azı 16 saat bu iş istiqamətində toplamalıdır, həyatda hər şeyi birinci növbədə siyasəti yadından çıxartmalıdır. Üçüncüsü Azərbaycanı bu vəziyyətdən çıxarmaq bütün vətəndaşlarının işidir. Hamı çəkilib duracaq kənarda kimsə ağ atla gəlib hamını xilas edəcək Məlik Məmməd nağılıdır. Nə qədər bu nağıllarla xalqımız şirin yuxuya gedib ac ayılacaq bilmirəm.Təəssüf edirəm ki, sizin nə mənim sərmayəmin nə qədər olmasından nə də Abdulla Gülənin bu qədər uğurlu iş görməsinin səbəblərindən xəbəriniz yoxdur. Fətulla Gülən bütün təhsil sistemini İslam dininin fövqalədə din olması nəzəriyyəsi üzərində qurub. Bu ideyalogiyanın çox saylı tərəfdarları var və onlar küllü miqdarda vəsait ayırırlar bu işləri görmək üçün. Hətta ayda 1 manat rejimin çökdürülməsi üçün pul verməyə qıymayan azərbaycanlılardan fərqli olaraq Fətulla Gülün donorları milyonlardır. 1 dollardan tutmuş milyon dollara qədər kömək edirlər bu ideyaların həyata keçrilməsinə. Siz isə başqasında sərmayı axtarırsınız. Olmazki bu dəyərli məsləhətləri özünüzə verib biznes açıb pul toplayasınız və Azərbaycanın problemlərini həll edəsiniz bizdə sizə dəstək verək.
–Xanımlar və Cənablar burda olmağınızın əsas səbəbi sizin dövlətin strukturlarından haqlı narazıçılığınızın olması ucbatından irəli gəlir. Ancaq bunu pulla həll etmək yoluna el arasında rüşvət deyirler.. Bildiyiniz kimi Qafqazda ən böyük korrupsiya ocağı Azərbaycandırkı qarşısı hələde alına bilinməyib. Deməli kimlərse bunun qarşısının alınmamasında maraqlıdı…
Bu səbəbdən pulla çevriliş etmək və ya ölkədə nəyəsə nail olmaq sadəcə 15% nailiyyət deməkdir.. O 15% -ə mitinqləri də əlavə etsək ki, bu mitinqlərin qaşhısı amansızlıqla alınır…onda bu faiz hardasa 40%-ə qədər qalxir. Dövlətin güg strukturları bunları bilir. Amma bilmədikləri həle çox şey vardır. Bunlardan ən güclüsü Mənəvi gücdür. Unutmayın bir zamanlar Mason lojalari yox olmaq üzrə idi. Mənəvi gücü tapdıqdan sonra onlar hazırda dünyanı idarə edənlərdir..
Siz öz tərəfdaşınızı seçin öz yolunuzu bilin. Kimi prezident bilirsinizsə ona indidən dəstəyinizi verin. Amma unutmayın o prezidenti siz ora qoya bilərsiniz fikirləşinki bir zaman gələndə xalqa qarşı çıxan prezidenti kürsüdən necə düşürmək olacaq?
Biz Bunları fikirləşib Cənab prezidentə (Resul Quliyev) o kursunu tez-gec verə bilərik. Ancaq Prezidentdə bizə 4 illik planını göstərməlidir. Cənab Prezident unutmayın qıraqdan hər şey asan görsənir..
-Ay oğul olarki yazmamışdan öncə bir qədərdə ağlınıza güc verəsiniz. Pulla hakimiyyətə gəlmək nə deməkdir. Kim pul ilə hakimiyyətə gəlir. Sizə elementar şeyləri izah etməyə çalışacağam, çalışın başa düşəsiniz. Deməli ölkədə dəyişikliyə nail olmaq üçün daxildə xalq, xaricdən beynəlxalq təşkilatlar və dövlətlər bu hökümətə təzyiqlər göstəməlidir bununla razı olarsınız yəqinki. Daxildə xalq nəinsə dəyişəyəcəyinə inanmır ona görədə talei ilə barışıb. Daxildə televiziyalar günün 24 saatını bu hökümətin qüdrətindən, Əliyevlərin dahiliyindən, nə yaxşıki onlar var yoxsa Azərbaycanda olmaycaqdı təbliğatı ilə məşğuldur. Xalqın bir hissəsi buna inanır qalan hissəsi onların bu qüdrətindən qorxub səsini çıxartmır. Bu formalaşmış mentaliteti qırmaq üçün alternativ informasiya vasitələri olmalıdır. Nədir bu alternativ informasiya vasitələri, əsasən Televiziya, radio və internet qəzetlər. Televiziyanı Azərbaycanda hökümət konstitusiya müddəasın pozaraq açmağa imkan vermir. Deməli xaricdən müdaxilə etmək lazımdır. Peyk kanalının bir saatlıq renti 700 dollar, 10 saatlıq 7000 min bir aylıq 21000, bir illik 252 min dollardır. 10 saatlıq televiziya verlişləri aparmaq üçün azı 10 nəfər lazımdır, onların maaşı ən aşağı tariflə 180 min dollar. Yer kirayə edilməsi, avadanlıq alınması 100 min dollar. Üst üstə bir TV kanalının gündə 10 saat işləməsi üçün azı 500 min dollar lazımdır. Bu TV-lərdən 3-ü olsa deməli 1.5 milyon dollar.
Xarici ölkələrdə hökümətin kifayət qədər finans olunan azı 500 adamı və hər ölkədə lobbiçilik təşkilatları gecə gündüz Azərbaycan xalqının gürcü, erməni olmadığını, orta asiyadakı kimi qoyun olduqları demokratiyaya hazır olmadıqları başqa dövlətlərin höküməti və parlamentlərinə çatdırılır. Bunu kompensasiya etmək üçün heç olmazsa bir 20 nəfər bu ölkələrə səfər etməlidir, bunların böhtan olduğlarını sübut etməlidirlər, demokratiyaya dəstək istəməlidirlər. Hökümətin adamlarının hamısı ingilis dili bilir. Bizim müxalifətdən xaricə gedənlər gərək özü ilə bir tərcüməcidə apara və ya orada tapa. Hər xaricə səfər azı 10 min dollara başa gəlir. Əgər 20 belə səfər olsa 200 min dollar. Bir sözlə üst üstə bu elementar işləri görmək üçün azı 2 milyon dollar lazımdır. Siz buna pulla höküməti yıxmaq deyirsiniz vay bizim halımıza. İndi qayıdırıq həmin 2 milyona. 2 milyon 1 milyon azərbaycanlının bir ildə 2 manat və ya 500 minin ildə 4, 100 minin ildə 20 manat, 50 min adamın 40 manat, 10 min adamın ildə 200 manatın Azərbaycanın övladlarının gələcəyinə naminə başından keçmək qabiliyyətidir. Camaat azadlığa çıxmaq üçün 10 minlərlə qurban verir. Bu millət içdiyi iki stəkan suyun pulunun başından keçə bilmirsə nə etmək olar. Sizin kimilər bu düşünülməmiş yazılarınızla hökümətdən daha çox ziyan vurursunuz bu xalqa. Çalışıb camaatı mübarizəyə qaldırmaq əvəzinə …
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!