Rəsul Quliyevin Növbəti Absurd Çıxışa Münasibəti

 

 

 

 

Rəsul Quliyevin İlham Əliyevin YAP-ın 20 illik yubileyində etdiyi çıxışa (http://youtu.be/C6-OXNMASZM) münasibəti

 

Hörmətli dinləyicilər!

Son vaxtlar mən sizdən çox sayda məktublar almışam. Həmin məktublarda xahiş edirsiniz ki, mən prezidentin axırıncı çıxışına- YAP-ın 20 illik yubileyinə həsr olunmuş təntənəli toplantıdakı çıxışına münasibət bildirim. Açığı bu çıxışa münasibət bildirmək fikrində deyildim. İndi də buna həvəsli deyiləm. Ancaq sizin xahişinizi nəzərə alaraq onun çıxışıyla bağlı müəyyən fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Prezidentın Azərbaycan xalqına müəyyən mesajlar göndərdiyi bu çıxışın mətni həddən artıq bəsitdir. Bu ya çıxış edənin bəsit ağla malik olduğuna dəlalət edir, ya da o, dinləyənlərin bəsit təfəkkürlü adamlar olduğunu zənn edir. Çünki özünə və müracət etdiyi auditoriyaya hörmət qoyan şəxs o cür çıxış etməz.

Prezident birdən birə kədərli və emosional şəkildə qərb ölkələrində insan hüquqlarının tapdalanmasından “ürək ağrısıyla”, söz açır. Və Azərbaycan xalqına çatdırır ki, Avropada insanlar öz haqları uğrunda mitinqlərə çıxmaq istəyirlər. Onları hakim orqanlar kütləvi şəkildə əzişdirirlər. Mitinqçiləri yatırtmaq üçün kimyəvi qazlar tədbiq edirlər. Həbsxanalara atırlar. Vətəndaşlara qarşı belə amansız şəkildə rəftar etmək olmaz. Aksiya iştiraçkılarına qarşı sivil davranma yolunu gəlib Azərbaycandan öyrənsinlər. Azərbaycan təcrübəsindən nümunə kimi istifadə etsinlər.

Artıq 7 ildir, mitinq keçirməyə icazə verməyən bir ölkənin başçısı gündə mitinqlərin keçirildiyi ölkələrə iradlar tutur, məsləhətlər verir. Tutaq ki, azərbaycanlılar bilmir, məgər, Azərbaycanın xarici ölkələrdə işləyən diplomatları da bilmirlər ki, ümumiyyətlə, qərb ölkələrində mitinq keçirmək üçün kimdənsə icazə almaq ənənəsi yoxdur. Sadəcə, polisə mitinqin vaxtı, yeri və iştirakçı sayı barədə məlumat verirlər. Bütün ölkələrdə bu icazəni konstitusiya verib. Polisə sadəcə 10-15 gün öncədən məlumat verilir ki, mitinq keçiriləcəyi ərazidə əmin-amanlığı təmin etsin. Azərbaycanda isə mitinq keçirməyə ümumiyyətlə, icazə verilmir. Bu məsələyə heç bir məhkəmə də baxmağa cəsarət göstərmir. Prezident də, baxmayaraq ki, konstitusiyaya görə bu cür hüquqların təminatçısıdır, insanların bu hüquqlarını təminatı haqqında fikirləşmir. Belə olan halda öz vəzifəsini yerinə yetirməyən prezident prezident ola bilməz və məhdudiyyətlər ardıcıl təkrarlandığı üçün o, vəzifə məsuliyyəti daşımalıdır. Belə bir ölkənin prezidenti indi xaricilərə demokratiya dərsi verir.

Azərbaycan xalqı ümid etməlidir ki, xarici siyasilər bizim prezidentin çıxışına qulaq asmayıblar. Assaydılar yəqin ki, onlar da mənim kimi, sizlər kimi gülərdilər. Fikirləşərdilər ki, bu adam haradan danışır, nəyi nəylə müqayisə edir. Sual oluna bilər. Prezident bu qədər gülməli sözləri niyə deyir?

O, bu sözləri Azərbaycan xalqı üçün deyir. Azərbaycan xalqına deyir ki, baxın, mən hələ özümü mülayim aparıram. Evinizdən çölə çıxmayın. Əks halda mən sizin başınıza televiziyalarda gördüyünüz kadrlardan daha betər hadisələr gətirərəm.

Bundan başqa prezident xarici ölkələrə müraciət edərək müəyyən mesallar vermək istəyir. Ərəb dünyasında baş verəb hadisələri misal gətirərək deyir ki, Avropa dövlətləri bu coğrafiyada baş verən hadisələri görmədilərmi? Görmədilərmi ki, bu inqilablardan sonra islam fundamentalistləri hakimiyyətə gəldilər? Demək istəyir ki, bizdə müxalifət yoxdur. Mən və mənim komandam var. Bizdən başqa bir də islamçılar var. Məni və komandamı dəstəkləməsiniz, hesab etməyin ki, hakimiyyətə qərbyönümlü qüvvələr gələcək. Gəlsə, yalnız islamçılar gələ bilər. Yəni həm xalqa mesaj verir ki, ərəb inqilablarından sonra bu ölkələrdə dəhşətli bir vəziyyət yaranıb, həm də qərb dövlətlərinə bildirir ki, ya məni, ya da islam fundamentalistləri arasında seçim edə bilərsiniz. Demokratik qüvvələrin hakimiyyətinə bel bağlamayın.

Bu qədər ağ yalan danışmaq olmaz. Əvvəla Misir inqilabı nəticəsində 1956-ci ildən bəri davam edən diktatura rejimi aradan götürüldü. Bilirsiniz ki, Ənvər Sədatın dövründə bu ölkədə yenə demokratiyaya bənzər nəsə var idi. Ondan sonra hakimiyyətə gələn Hüsnü Mübarək bu azacıq demokratik abu-həvanı da darmağın etdi. Hüsnü Mübarək diktaturasını aradan qaldıran Misir inqilabından bu yana iki seçki keçirilib. Biri parlament, digəri isə prezident seçkiləri. Parlament seçkilərində islamçılar heç 50%, hətta 40% da səs yığa bilməyib. Yalandır bu məlumatlar. Prezedent seçkilərində qalib gələn Haqq və Ədalət Partiyasının sədri Məhəmməd Musri isə ilk səsvermə zamanı sadəcə 25% səs toplamışdı. Rəqibi isə 24% səs yığmışdı. Cənab Məhəmməd Musri yalnız ikinci səsvermə zamanı prezident seçilə bilib.

İslamçı kimi təqdim olunan cənab Musri kimdir? Məhəmməd Musri bir mühəndisdir. Qahirə universitetinin elmlər namizədidir. Doktorluğunu Amerikada, Cənubi Kaliforniya Universitetində müdafiə edib. Uzun müddət həmin universitetdə professorun assidenti işləyib, dərs deyib. Uzun müddət Qahirə universitetində dərs deyib. Prezident seçilən kimi elan etdi ki, ölkə şəriət qayda-qanunları ilə heç vaxt idarə olunmayacaq. Onun hakimiyyətə gəlməsiylə Misirdə əməlli-başlı demokratik inkişaf başlayıb. Orada heç islam fundamentalizmindən əsər-əlamət yoxdur.

Bu yaxınlarda o, prezident səlahiyyətlərini artıran bir fərman imzalayıb. Baxmayaraq ki, bu fərman əvvəldən digər patyiyalarla da razılaşdırılıb. Amma camaat bunun əleyhinə qalxıb. İnanıram ki, vətəndaşlar müəyyən qarşılıqlı kompramislərlə bunun da qarşısını ala biləcəklər. Etiraz olunan məsələlər kiçik dəyişikliklərlə bağlıdır. Məsələn, məhkəmənin parlamenti buraxmaq hüququnun əlindən alınması, məhkəmlərin bəzilərinin prezident tərəfindən təyin olunması kimi müddəalar var. Musrinin etdiyi dəyişikliklər arasında prezidentlik müddəti ilə bağlı müddəalar yoxdur.

Eyni sözləri Tunis haqqında da demək olar. Yeni hökümətin üzvlərinin hamısı qərb təhsili almış mütəxəssislərdir. Tunis parlamentində islamçıların sayı heç 15%-ə də çatmır. Bu adam hansı islam fundamentalizmindən danışır?-mən başa düşmürəm. Liviyada ümumiyyətlə, islam fundamentalizmindən söhbət gedə bilməz. Hakimiyyətdə olanların hamısı xarici ölkələrdən gəlmiş professorlar, hüquq doktorlarıdır. Bunlara qarşı söylənmiş bu fikirlər böhtandan başqa bir şey deyil.

Bəlkə, cənab Ərdoğanı fikirləşir bizim prezidentimiz? Ərdoğanın partiyası da islam dininin mənəvi kökləri üzərində yaranmış partiyadır. Türkiyədəki demokratik şəraitlə Azərbaycandakı qeyri-demokratik mühiti müqayisə etməkmi olar? Əlbəttə, bu da bir nağıldır.

Xarici siyasət barədə dediyi bu fikirlərin sovet dövründə olduğu kimi yekdilliklə qəbul olunduğuna inanan prezident daha da cuşə gələrək iqtisadiyyata keçir. İqtisadi sahədə Azərbaycanın katastrafik inkişaf etdiyini bildirən prezident bu xüsusiyyətilə dünya dövlətləri arasında ilk onluğa daxil olduğunu qeyd edir. Bütün xariciləri Azərbaycana dəvət edir ki, gəlib iqtisadiyyatı bizədən öyrənsinlər. Yaxşı ki, özünü Nobel mükafatına namizəd kimi təqdim etmir.

Bilirsinizmi iqtisadi inkişaf nə deməkdir? İqtisadi inkişaf o deməkdir, istehsalatın həcmini və keyfiyyətini yüksəldəsən. Yəni bu gün bir kibrik qutusu istehsal etsən, sabah bunu ikiyə çıxarsan, o deməkdir ki, sən istehsalatı iki dəfə qaldırdın. Yəni iqtisadi inkişaf istehsalatın artmasıyla hesablanır. Prezident isə yəqin məsələn, 2003-cu ildə istehsal olunan neftin 7 milyarda, 2004-cü ildə eyni həcmdəki məhsulun 14 milyarda satılmasını inkişaf sayır. Bu cür iqtisadi yanaşma ancaq bizdə mövcuddur. Xaricdə isə buna Holland sindromu deyirlər. Yəni, heç nədən ölkəyə pulun gəlməsi. Holland sindromunun çox-çox ağır nəticələri var. Azərbaycan xalqı da bu ağır nəticələri 100% hiss edəcək. Çox təəssüf.

Bundan sonra prezident daha da həvəslənib başqa emosional mövzulara keçir. Deyir ki, iqtisadiyyatı olmayan qərb ölkələri dövlət borclarına girirlər. Pulları olmaya-olmaya dövlət borclarını şişirdib daxili milli məhsulun 100% həcminə çıxarıblar. İşsizlik baş alıb gedir. Amma bizim apardığımız düşgün siyasətə görə bunların heç biri yoxdur.

Əvvəla işsizlik məsələnə baxaq. Görünür, heç kim gətirib prezidentə sənəd verib demir ki, cənab prezident xaricdə işsizlərin aldığı məvacib bizdə işləyənlərin aldığı məvacibdən dəfələrlə artıqdır. İkinci dövlət borcuna gələndə, ABŞ-da ildə 16 trilyon dollarlıq məhsul istehsal olunur. Azərbaycanda bizim öz şişirdilmiş rəsmi statistikamıza görə isə 70-80 milyard dollar məhsul istehsal olunub. Tutaq ki, rəsmi statistika doğrudur. Həqiqətən də Azərbaycan bu qədər istehsal gücünə malikdir. O 70-80 milyardlıq məhsulun 80%-i neft və qaz istehsalıyla bağlıdır. Azərbaycanda başqa istehsal sahəsi yoxdur ki. Bu gün Azərbaycanda iqtisadiyyatın hər sahəsində geriləmə var.

İlham Əliyev düz deyir, Azərbaycan həqiqətən də ilk onluğa daxildir. Amma korrupsiya və rüşvətin həcminə görə. Belə vəziyyətdə kim gəlib Azərbaycana investisiya qoyar? Azərbaycana yalnız iqtidar sahibləri mənimsədikləri pulların hesabına investisiya qoyur. Öz çirkli pullarını yumaq üçün. Bu gün Bakıda yüksələn göydələnlərin hamısı bu məqsədlə tikilir. Və o evlərin əksəriyyətində heç kimin yaşamaması da bunun sübutudur. Onların heç 10%-i də dolu deyil. Tikdikləri evləri də özləri bir-birindən alırlar. Mülkiyyətlərini artırlar. Göz oxşayan həmin evlərin xalqa heç bir dəxli yoxdur. Gedib yoxlasınız özünüz də görərsiniz ki, o evlərdə nə qədər adam yaşayır və onlar kimlərdir? Durub bizimlə xarici ölkələrin iqtisadiyyatını müqayisə edirlər.

ABŞ-ın daxili ümummilli məhsulu 16 trilyon dollardır və İlham Əliyevin dediyi kimi dövlət borcu da bu qədərdirsə, belə çıxır ki, 300 milyon əhalisi olan bu ölkənin hər bir vətəndaşına ildə 50 min borc düşür. Orta əmək haqqını nəzərə alsaq, ABŞ vətəndaşları 1.4 il müftə işləsə o borcu bağlaya bilər.

İndi gələk Azərbaycana. Ondan başlayaq ki, Azərbaycanın dövlət borcu ümum daxili məhsulun 7-8 faizi həcmində olması faktı dəqiq deyil. Bu bizim statistikanın göstəriciləridir. Bizim statistika isə istədiyini yazır. Reallığı əks etdirmir. Tutaq ki, rəqəmlər realdır. Nəzərə alsaq ki, bu gün bütün dünyada neft və qaz məhsullarının hasilatında azalma müşahidə olunur. Bu tendensiya Azərbaycanda da sürətlə davam edəcək. Ən təhlükəli hal isə neft və qaz məhsullarının hasilatı ilə yanaşı onun qiymətlərinin azalması faktı da müşahidə olunur. Bu da təbiidir. Çünki qiymət artımı süni şəkildə yaradılmışdı. Süni sürətdə qalxan qiymətlər enməyə məhkumdur. Əgər Azərbaycan nefti indi 2003-cü ildəki qiymətlərlə satılsaydı onun milli gəliri 12-13 milyard dollar olmazdı. Neft və qaz məhsullarının qiymətinin azalması tendensiyası iki il ardıcıl davam etsə, Azərbaycanın dövlət borcu ən azı 40-45 milyard dollara qədər qalxacaq. Bu isə Azərbaycan əhalisinin ən azı 2- 2,5 il müftə işləyərək borcu bağlamasına ekvalentdir. Bunun başqa çarəsi yoxdur. Onda gərək maaşlar verilməyə. Maaşlar verilsə tədavüldə pulun həcmini artırmaq lazım olacaq. Yəni pul çap ediləcək. Bu da dəhşətli bir investisiya deməkdir. Minli rəqəmlərlə ölçülən inflyasiya baş verə bilər ki, bu zaman ayağa qalxan ac-yalavac xalq bu hakimiyyəti süpürüb öz kreslosundan atacaq. Qəzəblənmiş xalqın qarşısını almaq heç harda mümkün olmayıb və olmayacaq da.

Düzdür, mən bu haqda dərin analiz vermədim. Qısa şəkildə bəzi mətləbləri sizinlə bölüşmək istədim. Əgər hakimiyyət nümayəndələri mənim fikrimə münasibət bildirsələr, dediklərimi inkar etməyə çalışsalar o mən də bu hakimiyyətin daxildən necə dağıldığını, çürüdüyünü və iy verdiyini daha dərin analiz edəcəyəm.

Çox sağ olun.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

25 Cavab to “Rəsul Quliyevin Növbəti Absurd Çıxışa Münasibəti”

  1. Etdiyiniz analiz ucun tashakkur edirik.UIU TANRI millatimizi bu balayi-musibatdan hifs etsin,inshaallah.Siza uqurlar,biz sizinlayik.

  2. Rəsul müəllim,çox sag olun ki,prezidentin çıxışına qısa analiz verdiniz.Ümumiyyətlə bu çıxışı ilə o özünü rüsvay etdi.Başqa əlacı da yoxdur,o gözəl bilir ki,əlkədə baş verən xaos,anarxiyaya,haqsızlıqlara artıq xalq tab gətirə bilmir.Bilir ki,xalq bu gün sabah ayaga qalxacaq.O həm də bilir ki,Azərbaycan xalqının gözü qızanda canlıların ən vəhşisinə çevrilir.Odur ki,artıq qorxu canına düşüb.Amerika,avropa kimi dövlətlərə pofosla irad tutmaq onun səviyyəsində deyil və buna cürəti də çatmaz.Əksinə bu dövlətlərin ona qarşı yönəldilən tövsiyyələrini xalqa dəstək mesajı kimi anlayır.Lakin xalqı qorxu mancanagında sıxaraq bildirmək istəyir ki,guya o güclüdür,hətta belə ölkələrə də iradlar tutur.Bütün bu hoqqabazlıqlar xalqın ayaga qalxmaq qorxusudur.Amma çox yanılır,sadəcə balaca bir qıgılcım olsa fırtınalar qopacaq,buna da lap az qalıb,belə getsə həqiqətən Ərəb baharı yalan olacaq.

  3. Rəsul müəllim,Aİ-nin Komissarı Ş.Füle deyir ki,”Bizim enerji sahəsində strateji tərəfdaşlığımız inkişaf edir və bu günlərdə TANAP boru kəmərinə dair razılaşmanın ratifikasiyasını alqışlayırıq. Bu, Cənub dəhlizinin inkişafı üçün mühüm nəticədir”
    Yəni dogrudanmı enerji sahəsində strateji əməkdaşlıqda Amerika,Avropa yalnız İlham Əliyevlə baglayır?Məgər Azərbaycanın prezidenti İ.Əliyev yox,digəri olsa bu əməkdaşlıga xələl gələr?
    Bir tərəfdən demokratiya deyib hayqıran bu dövlətlər belə bir diktatorla əməkdaşlıga necə razılıq verirlər?

  4. Rəsul müəllim,Sizə daha bir sualım var.Bildiyiniz kimi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin video olayları (Gülər və Hakimin) birbaşa Ramiz Mehdiyevə qarşı gündəmdədir.Məlumdur ki,Gülər də Dİn Naziri R.Usubov da onun ən yaxın adamlarıdır.Yəni belə başa düşmək olar ki,hakimiyyətin daxilində çaxnaşma düşüb.Belə ki,görünür maraqlı qüvvələr R.Mehdiyevi və onun ətrafını səhnədən çıxarmaq planı var.R.Mehdiyev nə qədər qorxaq olsa da ona Azərbaycanın Primakovu deyirlər.Əlində DİN kimi güc strukturu olan R.Mehdiyev özü Azərbaycanda dövlət çevrilişi etməyə cəhd edə bilərmi?
    Elşadın ifadəsinə görə onun əlində çoxlu sayda video yazılar var.Hətta belə söhbətlər də gedir ki,bu video yazıların əksəriyyəti prezidentin yaxın qohumları ilə əlaqədardır.Amma bu iki videonu bir mesaj kimi göndərib və əvəzində küllü miqdarda pul sövdələşməsi edib.Çox yəqin ki,sövdələşmə baş tutmasa Elşad yeni video yazıları gündəmə gətirəcək.

  5. Elshad Abdullayevin son zamanlar yayimladigi videolar birdaha, 20 il erzinde hakimiyyetin mehkeme organlarinin mehkeme sedrinin dili ile desek “adamlari tumancaq” ederek soygunculuqla meshxul olduglarini, parlamentde secilen deputatlar xalqin secimi ile deyil, ölke rehberliyindeki bir nece memurlarin ve birbasha ölke prezidentinin aldiqlari rüshvet esasinda shexsen teyin etdiklerini, bununlada ölkenin kriminal qanunlarla idare edildiyini subut etdi.

    Tekce son hefte bash veren hadiselere qisa nezer salaq:

    İsvecrenin “Neue Zürcher Zeitung” qezetinde yayımlanan meqelede, Ilham Eliyev hökumetinin kecmis sovet respublikası olan Azerbaycana demokratik imic vermek isteyini, Azerbaycanda demokratiya sahesinde inkisaf demek olar ki, yoxdur ve ölkede islahatların aparılması zerurete cevrildiyini qeyd ederek Ilham Eliyevi “DESPOT” adlandirdi.

    Bundan sonra Azerbaycanın kecmiş prezidenti Heyder Eliyevin Mexsikanin paytaxti Mexikodadakı Dostluq parkında qoyulan heykelle elaqdar “Associated Press” agentliyi hazırladığı material derc olundu. Sheher rehberliyi güclü tenqidlere meruz qaldigini. vetendasların, hemcinin parkın yaxınlıgında yasayan sakinlerin keskin etirazlarini nezere alaraq Heyder Eliyevin heykelinin parkdan götürülmesini qerara aldi.
    Heyder Eliyevin heykeline etiraz edenlər bildirirdiler ki, Sovetler döneminde Kommunist Partiyasında rehber vezifede, daha sonra 1993-cü ilden 2003-cü ile qeder ölkə prezidenti olmus bir avtoritar lidere heykel qoyulmasına göre özlerini tehqir edilmis sayırlar ve heykelin qoyulmasına razılıq verilerken onlar Eliyevin kim olduğunu bilmediklerini qeyd edirler.

    Ayin evveli “The DailyTelegraph” qezetinin müxbiri Tim Walker meqalesinde qeyd etmishdi ki, prezident Eliyevə mexsus və kor rus massajçısından behs etmishdi.

    Britaniyada bazar günleri cıxan “The Mail on Sunday” qezeti yazir ki, sen deme, hakim ailenin xanımlari Gucci və ya Oscar de la Renta geyimlərini soyunaraq bir vaxtlar Marko Polonun inandığı kimi 40 dereceyedek qızdırıldıqda deri xesteliklerinden, yel xesteliyinden, artritden və hetta “eseb”den müalicevi effekti olduğu söylenen xam neft vannaları qebul edirlermish.
    Sonra qazet qeyd edir ki, Eliyeva bacıları Dubayda, Parisde və Londonda 50 milyon funt sterlinqlik mülkiyyet portfeline malikdir ve tikintiden gelen faizleri anaları ilə bölüsürler. 26 yaslı Leyla və onun milyarder oglu olan mügenni eri Hayde Parka baxan penthausda yasayır ve hetta bes-on refiqesi ücün kecirdiyi sam yemeyinde təkce ela sampan serabına 300 min funt sterlinq xercleyib.

    Müellif hec kimin Azerbaycanın heyretmamiz neft servetinin ne qederinin 50 yaslı prezident İlham Eliyevin, onun asnalarının və müftexorlarının bank hesablarına axdıgından xeberi olmadigini ve onlarin tesevvüredilmez derecede varlı olduqlarini qeyd edir.

    Bütün bunlardan sonra Ilham Eliyevin bu cür “absurd” cixish etmesi basha düshülendir ve bununlada “bes quyrugunu niye esdirirsen” sualini cavablandirir.

    • Hatem bəy,xarici mediada bunların haqqında dəlil-sübutlarla vaxtaşırı yazılar gedir.Elə bir sıra xarici əlkələrdən də hakimiyyətin “despot”rejiminə sərt mesajlar verilir.Hakimiyyət isə əvəzində xalqı susdurmaq üçün daha sərt rejimə əl atır,sərbəst toplaşanlara qarşı cərimləri yüksəldir,hətta Avropa kimi ölkələrə də ittihamlar yagdırır.Bunlar hamısı təbii ki,qorxudandır,hakimiyyət bilir ki,canı bogazına yıgışan xalqa qıgılcım lazımdır ki,alovlansın.Ona görə də çalışır ki,hər tərəfli susdura bilsin.İndi hakimiyyət özünü müdafiə mövqeyindədir,onun vuran əli yoxdur,sadəcə hədələyir.Odur ki,bütün xarici ölklərdə yaşayan həmvətənlərimiz bütün ölkələrdə yaşayan demokratik ictimaiyyətləri,beynəlxalq demokratik insitutları,cəmiyyətləri,insan hüquqlarını müdafiə edən qüvvələri vaxtaşırı Azərbaycanda gedən proseslərlə məlumatlandırmalı,onların bu despot rejimə təzyiqlərini tələb etməlidir.Eyni zamanda səfirliklər qarşısında kütləvi aksiyalar keçirilməli,medialarla əməkdaşlıq edilməlidir.Çünki bildiyiniz kimi xalqımızın psixologiyasına təsir edən,oyadan təzyiqlər olmasa bu xalq yerindən qımcanan deyil.

  6. “Heydər Əliyevin abidənin götürülməsi həm Azərbaycan və Meksika arasındakı münasibətləri pisləşdirəcək, həm Azərbaycan səfirliyi bağlanacaq, həm də 4 milyard dollarlıq investisiyanı ləğvinə səbəb olacaq” – bunu Azərbaycanın Meksikadakı səfiri İ. Muxtarov qeyd edib.
    Abidə parkın təmiri üçün pul ödəyən Azərbaycan səfirliyi tərəfindən ucaldılıb. İmzalanmış sazişə görə, abidə 99 il yerində qalmalıdır.
    Bu hakimiyyətin iştahına baxın,fikirləşir ki,99 il hökmranlıgını edəcək.Yəni dogrudanmı Azərbaycan millətini bu dərəcə də qoyun yerinə qoyurlar?Ay millət,artıq ayıl,bəsdir ayaqlar altında tapdalandın!…..

  7. Eger bele demokratiyadan filan besmekandan dem vurursuzsa?Nye gore menim postumu sildiniz??? )))

    • Hörmətli cənab siz ilk növbədə özünüzün nə istədiyini bilməlisiniz. Ondan sonra istəyinizi normal insan dilində izah etməyi bacarmalısınız ki,oxuyan başa düşsün . Fərqi yoxdur bu fikirlər mənim tənqidimə ya Əliyevlərin tərifinə yönəldilib. Yazırsınız ” Avropada demokratiya var ha” .Bu mənasız cümləyə görə özünüz utanmaya bilərsiniz,ancaq oxuyanların sizin kimi azərbaycanlının olmasından xəcalət çəkməsinə imkan vermərəm.Aydın məsələdirki yazdıqlarımı zərrə qədər başa düşməyəcəksiniz. Heç olmazsa 4 sinif səviyyəsində danışmaq yazmaq qabiliyyətiniz olsa idi bəlkədə anlayardınız.

      • Resul bey,men siz fikirlesdiyiniz geder de savatsiz deyilem.Tekrar edirem-Avropa olkelerinde bele demokratiya var?!”Ha”sozunu men yaza bilmerem,cunki samaxililarda bele danisig lehcesi yoxdur.)))O ki galdi gabiliyetime,men axi size ne dedim ki,meni tehgir edirsiz?Sadece olarag,yadiniza saldim ki,Ilham beyin atasi ile birge islemisiz…. Ilham Eliyev Azerbaycan xalginin prezidentidir.Ona destek vermeliyik!

      • Mənim sizi təhqir etməyim fikrinə gəlməyiniz maraqlıdır. Orada heç bir təhqir yoxdur. Sadəcə olaraq sizin demokratiyaya görə Azərbaycanla Avropanı eyniləşdirməniz savadsızlıqdır.Savadsızlıq deməyimi təhqir hesab etməyin özüdə savadsızlıqdan irəli gəir

  8. Cənab Quliyev,Siz cox gözəl bilirsiniz ki, Azərbaycan xalqı və dövləti təhlükədədir.Bu təhlükə naminə ambisiyaları bir kənara qoyub müxalifətin birləşməsi mümkün deyilmi?Ziyalılar Forumunun, Musavat partiyasının, AXCP-nin və ACP-nin demokratik seçki mühitinin yaradılması üçün birləşməsi böyük bir tarixi hadisə olardı.Bloqunuzda, bəzi, Sizi dəstəkləyən bloq iştirakçılarının yazılarında, Musavat və Xaq Cəbhəsi partiyalarının liderlərinə qarşı coxlu təhqiramiz yazilar verilir.Fikrimcə bu yazılar Sizin mübarizənizin taktiki baxımından düzgün deyil, hətta cox zərərlidir. Qeyd edim ki, Musavat və AXCP-nin cəmiyyətdə böyük tərəfdarları var və bunu inkar etmək olmaz. Siz Azərbaycanda olmasanızda belə, Azərbaycanın daxilində gedən proseslərə, gözəl və aydın analizlər verirsiniz.Fikirləriniz demokratik və anlaşılandır.Vətənə qayitmağınız cox vacibdir və bu apardığınız mübarizənizin yarısı deməkdir!

    • Mən birləşməyin tərəfdarıyam və bu istiqamətdə işlər görürəm. Adınızı çəkdiyinizlər barədə tək mənim bloqumda yox bir çox səhifələrdə yazırlar.Bloqumda yazanlara nə yazıb yazmadıqlarını deməyi ədəbsizlik hesab edirəm.Musavat və XC -nin cəmiyyətdə böyük tərəfdarları var səhvdir, əgər yazılsa idiki onlarında cəmiyyətdə tərəfdarları var daha doğru olardı. Sizin dediyiniz böyük tərəfdarlarla onların heç kimlə birləşməyə ehtiyacları yoxdur,2003,2005,2008,2010 cu illərdəki qəhrəmanlıqlarını yenidən göstərə bilərlər.

    • Cənab tac2,əgər Siz cox gözəl bilirsiniz ki, Azərbaycan xalqı və dövləti təhlükədədir o zaman 20 il müxalifətdə axsıyan İsa Qənbər və yaxud Əli bəy məgər bu təhlükəni anlamır?Anlayırlarsa nə üçün digər çoxluq təşkil edən müxalifət qüvvələrinə birləşmirlər?Siz deyirsinizsə AXCP və yaxud da Müsavatın tərəfdarları çoxluq təşkil edir yanlırsınız,mən Sizi inandırım ki,ümumiyyətlə İP-nın ətrafında heç 500 nəfər də yoxdur.Lap tutaq ki,1000 nəfər var,bu 1000 nəfərlə İsa Qənbər hakimiyyəti devirmək iqtidarında ola bilərmi?Hər bir məsələyə məntiqlə yanaşılmalıdır,İsa Qənbər anlayırsa bu azlıqla 20 ildir guya iqtidara qarşı mübarizə aparır,o zaman çox yanılır.Bu mübarizə aparmaq yox,iqtidarın ömrünü uzatmaq,xalqın isə gözünü qorxutmaqdır.5-10 nəfəri meydana çıxarmaqla qalib gəlmək olmaz,o elə düşünür ki, bir neçə adamı döydürməklə və yaxud həbsxanalara atdırmaqla xarici demokratlar ona qəmhər çıxıb hakimiyyətə gətirəck.Əksinə bu xalqı qorxu içində saxlamaqdır.Odur ki,xalq ona inanmır və 20 ildir meydanda tək qalıb,çox güman ki,Əli bəy də artıq onun siyasətindən bezib.Bu adamlarda paxıllıq,xəbislik olmasaydı,Amerikanın səfiri deməzdi dəvə kimi varsınız,amma görsənmirsiniz,gedin birləşin də.Lakin o söz güləşdirir öz aləmində və səfirə deyir ki,iqtidarı quyrugunu baglamısınız bizə.Bu sözü deyir,lakin yenə də düşünür ki,Amerika iqtidarı devirib İsanı da gətirəcək hakimiyyətə.Xalqın gücünə arxalanmayan heç vaxt hakimiyyətə gələ bilməz.Siz təkcə Rəsul müəllimin bloqunda yox ümumiyyətlə həm xaricdə,həm də daxildə yaşayan insanlarla İsa və Əli haqqında sorgu aparsanız şahidi olacaqsınız ki,hamı onları söyür.
      Mən Sizi inandırım ki,onlar iqtidardan daha çox ehtiyat edirlər Rəsul Quliyevin hakimiyyətə gəlməyindən,odur ki,ortada ara qarşıdırmaq,xalqın, müxalifətin birliyinə mane olmaga can atırlar.Nəinki xalq heç digər müxalifət qüvvələri də onlara inanmır,inansaydılar İP-ya çoxdan birləşərdilər.İsa da Əli də anlamalıdır ki,xalq heç zaman onları özünə prezident seçməz,çünki onların nə təcrübəsi var,nədə ki,savadı.

    • Avropa olkelerinde nece demokratiya var ki,ermeniperestlik edirler.Ikili standartlig eden olkeleri nece demokratik adlandirmag olar?Учите матчаcть…

  9. Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanova replika hüququndan istifadəni təklif etdi.
    Məncə Ə.İnsanovun məhkəmədə dedikləri bloq iştirakçıları üçün də maraqlı olar.
    Əli İnsanov bu hüquqdan istifadə etdi:
    – Məni müdafiə edən, mənəvi dayaq duran təşkilatlara, ayrı-ayrı şəxslərə təşəkkür edirəm. Elmlər Akademiyasının üzvlüyündən çıxarılmağım məsələsi qoyulanda əleyhimə səs verməyənlərə də minnətdaram.

    Hakim:

    – Dövlət ittihamçısının çıxışına münasibət bildirin.

    – Siz mənə yalan ittihamlarla 11 il cəza vermisiz, mən dözürəm, amma siz mənim beş dəqiqəmə dözə bilmirsiz.
    – Sizə 11 ili biz verməmişik.

    – Kağız bütün yalanlara dözür. Dövlət ittihamçısı çıxışına kifayət qədər yalan ifadələr daxil etmişdi. İndi də estafeti o alıb, ittihamı təsdiqlədi. İki ildir ki, qanunsuz və əsassız həbsdəyəm. Bu dövr həyatımın ən mənalı dövrüdür. Çünki həyatımın bu illərində ailə-klan hakimiyyətinə, avtoritar rejimə qarşı mübarizəyə töhfə verirəm.

    – Çıxışa münasibət bildirin, yoxsa sözünüzü kəsəcəyəm.

    – Niyə iqtidarın ünvanına təriflər deyəndə kəsmirsiz, amma tənqid edən kimi kəsirsiz?

    – Biz nə tərifə, nə də tənqidlərə qulaq asırıq. Mahiyyət üzrə danışın.

    – Prokuror yenə həbsimin əsl səbəblərinin, siyasi motivlərin üstündən ehmalca keçdi. Prezidentin fəaliyyətindəki qanunsuzluqlar da bir kənarda qaldı.

    – Sizə xəbərdarlıq edirəm.

    – Bir nəfər üzümə durub demədi ki, mənim üçün nə isə edib, mənə nə isə verib. Siz məhkəmələrin hüququ yoxdur, işiniz yuxarıdan gələn kağızları “notarius” kimi möhürləməkdən ibarətdir. Mənim işimdə sizlər heç kimsiniz. Bu işdə prokuror da, hakim də İlham Əliyevdir.

    – Sizə bir daha xəbərdarlıq edirəm, mahiyyət üzrə danışın.

    – Siz məni danışmağa qoyacaqsız, yoxsa yox? Bu qədər uydurma ittihamlar olmaz axı. Təəssüf ki, Azərbaycanda dövlət idarəolunmaz vəziyyətə gətirilib. Dövlətin sükanı avtopilotdadır. Bu insanları nə qədər qorxu içində saxlamaq olar. Qorxu xəstəlikdirsə, nifrət də onun dərmanıdır. İnsanlarda bu rejimə qarşı nifrət getdikcə artır. Bütün nüfuzlu insanları məhv edirlər, güllələyirlər, ölkədən didərgin salırlar. Nüfuzlu adamları məhv etməklə korrupsioner…

    – Sonuncu dəfə xəbərdarlıq edirəm, yoxsa sizin üçün pis olacaq.

    – Nə edəcəksiz, zaldan çıxaracaqsız?

    – Lazım gəlsə, zaldan da çıxararıq.

    – Çıxarın, bəyəm mən öz xoşumla gəlmişəm?

    – Heç biz də sizi çağırmamışıq. Özünüz xahiş edib gəlmisiz.

    – Mən sizləri oyatmaq istəyirəm, ey yatmışlar, oyanın. Sizi də cəza gözləyir. Bu milləti arxasınca apara biləcək insanlar var. Sizi əmin edirəm ki, Azərbaycanda demokratik və azad cəmiyyət quracağıq. Azərbaycanın neft gəlirləri göyə sovrulur. 10 gün əvvəl yüksək dövlət rəsmisi bəyan etdi ki, orta məktəb müəllimlərinin maaşı nəinki bir neçə faiz, dəfələrlə qalxacaq. Üstündən iki gün keçməmiş Beynəlxalq Valyuta Fondunun rəsmisi bildirdi ki, inflyasiya buna imkan vermir. Bəyəm prezident bilmirdi ki, onun məmuru nə danışır? Ağızlarına gələni danışırlar. Dövlət rəsmisi nə isə deməmişdən əvvəl prezidenti ilə məsləhətləşsin də.
    – Dedim axı ki, mahiyyəti üzrə danışın.

    – Neft Fondunun 70 faizinin xərclənməsi nəzərdə tutulub. Azərbaycanda kosmodrom da tikilsə, təəccüblənməyin.
    Əli İnsanovun susmadığını görən hakim Qail Məmmədov mikrofonun ondan alınması barədə göstəriş verdi. Mikrofon alınsa da, sabiq nazir yenə susmadı:

    – Sizdən qanuni, ədalətli qərar gözləmirəm. Prokurorun dediyini təsdiqləməyə məhkumsuz. Çünki sərbəst deyilsiz, müstəqil deyilsiz, əli bağlı qullarsız. Mən sizin gününüzə ağlayıram.

    – Bizim günümüzə ağlamaq lazım deyil, gedin siz öz gününüzə ağlayın. Əyləşin.

    – Dövlət ittihamçısının səsləndirdiyi, ona hazır verilən çıxışı qəbul etmirəm. Mənim heç bir təqsirim yoxdur. Bunu sübut etmək imkanım olacaq. Sizdən də heç nə xahiş etmirəm. Həbsimdən yeddi ay əvvəl istefa ərizəmi qəbul etməməklə İlham Əliyev mənə xəyanət etdi. İstədi ki, daha uyğun vaxtda məni həbs etdirsin. Bununla o, çox şey itirdi, qazandığı isə mənim nifrətim oldu.

  10. Bir neçə il əvvəl isə ölkə prezidenti tərəfindən DİN naziri Ramil Usubovun oglu polis polkovniki E.Usubov “İgidliyə görə” medalı ilə təltif edilib.
    Fikir verin dünənki uşaq bu gün polis polkovnikidir.Görəsən harada igidlik edib bu uşaq?
    İnsanların ölümünə,itkin düşməsinə (Mahir Abdullayev və s.)Hacı Məmmədova sifariş verən atası nə əcəb “İgidliyə görə” medalı ilə təltif olunmayıb?

  11. Muasir Musavat Partiyasının (MMP) sədri Hafiz Haciyev qeyd edib ki, bu dəfəki prezident seçkiləri digərlərindən daha çox məsuliyyət tələb edir: ”Mənzərə göz qabağındadır. Böyük və Azərbaycanda marağı olan dövlətlər aranı qarışdırmağa çalışırlar. Hadisələr məni çox narahat edir”.
    Toplantıda rayon və şəhər təşkilatlarına 2013-cü il seçkisinə daha çevik və dinamik qatılmaq üçün tapşırıqlar verilib.
    Əxlaqına bərəkallah belə müxalifət!Hafiz heç olmasa İsadan fərqli olaraq açıq fikirini bildirir.

  12. Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib, Novruz Məmmədov, Zeynal Nağdəliyev və Əli Əsədov Ramiz Mehdiyevin müavinləri təyin ediliblər.
    «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu bununla prezident administrasiya rəhbəri Ramiz Mehdiyevi de-fakto işdən kənarlaşdırmış hesab edir.

    Bəli,mən də elə düşünürəm.Bu o deməkdir ki,prezident administrasiya rəhbəri Ramiz Mehdiyevi de-fakto işdən kənarlaşdırılmış kimidir.Prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov (bu heç, mən ona heç bir qoyunu da etibar etmərəm), Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.Bilirsiniz ki,Zeynal da,Əli Əsədov da prezidentə ən sadiq adamlardır.Hətta neft və prezidentin şəxsi büdcəsinə Əli Əsədov nəzarət edir.Amma gəlin görək bu insanlar ölkənin idarəçiliyində Ramiz Mehdiyevi əvəz etməyə qadirdilərmi?Təbii ki,onların üçü tək Ramiz Mehdiyevin rolunu oynamaq iqtidarında deyillər.Məsələ burasındadır ki,bəs nə üçün R.Mehdiyev izoliyasiya edilir?Bu onun yaşı ilə əlaqədardır,yoxsa Rusiyaya yaxınlıgı ilə?Əslində Rusiyada ailənin daha yaxın qaynaqları var.Bax burda pişiyin quyrugu görsənməyə başlayır.
    Əvvala Elşad Abdullayevin video çəkilişləri elə belə ortaya atılmayıb,diqqətlə fikir versəniz görəcəksiniz ki,əlində 400 video çəkilişi olan Elşadın məhz iki kaseti gündəmə gəldi.Kasetlərdə hədəf Ramiz Mehdiyevə ən yaxın adamlar olan Gülər və DİN rəhbəri R.Usubova tuşlandı.İkinci isə Elşadın şifahi ifadəsi ilə iş adamı Arzu Kazımov həbs edildi və Elşad qəzetlərdəki yazılarında A.Kazımovu da R.Mehdiyevə qohum kimi təqdim etdi.Hər ikisi Naxçıvanlı olsalar da onların heç bir qohumluq əlaqələri yoxdur və mən bunu dəqiq bilirəm.Görünür burda da Elşad mesajın R.Mehdiyevə tuşlandıgına səy görsətdi.Çox adamlar elə düşünür ki,Gülər olayı və yaxud hakimin video çəkilişi maskalandı,yaddan çıxarıldı.Amma yox,bunlar gündəmdədir və bu haqda cinayət işi də açılıb.İstədikləri vaxtda adları hallanan adamları həbs də edə bilərlər.Bu sadəcə R.Mehdiyevə bir mesajdır,yəni könüllü getməsə və artıq hərəkətlər etsə,bu insanların başında himayədarlıgına görə o özü də həbs oluna bilər.Eyni zamanda Gülər təbii ki,Elşaddan aldıgı pulu ona çatdırıb.Yəni faktlar kifayət qədərdir,çox güman ki,bu faktlar azlıq etsə Hacı Məmmədova verilən sifarişlər də onunla baglanacaq.Hər şey ola bilər,çünki ölən ölüb,qalan qalıbdır.Çünki R.Mehdiyev bildiyiniz kimi lox adam deyil,O,hər an əlində güclü “Riçaq”olan polisin vasitəsi ilə çevriliş də etməyə qadirdi.Düzdür bir az qoxaq adamdır,amma meymun bogulanda balasını da suya batırır….
    Əsas məsələ odur ki,nə üçün R.Mehdiyev getməlidir.Çünki nə olur olsun hakimiyyət ailənin əlindən çıxmamalıdır. 2008-ci il prezident seçkilərində müxalifətdən və xarici qüvvələrdən heç bir təzyiqlər yox idi.Seçkilər hamarlıqla keçirildi,hətta o dövrdən 1-ci xanımın 2013-cü il üçün prezidentliyi düşünülürdü və bu haqda hazırlıqlar gedirdi.Lakin birdən birə val dəyişdi.Niyə?Bilirsiniz ki,respublikada hələ Ulu öndərin dövründən qruplaşma hökm sürür.Xanımın hakimiyyətə gəlməsi digər qrupun məhvi demək idi.Ən güclü qrupa isə təbii ki,R.Mehdiyev rəhbərlik edir.Onu aradan götürmək isə asan məsələ deyil.Eyni zamanda YAP fiksionerlərindən etirazlar.Onun üçün udar elə vurulmalıdır ki, protivnik nakaut halına düşsün.Yəni bir güllə ilə iki quş vurmaq.1-ci bu güclü qrupu əsaslandırıb aradan götürməklə xalq arasında nüfuza yiyələnmək və ətrafı daha da gücləndirmək.Ətrafı gücləndirmək üçün isə daha geniş kompaniyalar yaratmaq.Çünki regionçuluq da bu məsələdə böyük rol oynayır.Respublikada ən güclü olan Ermənistan-Naxçıvanı parçalamaq,biri-birinə qarşı qoymaq.Bu yolda çox böyük kompaniya hazırlıgı gedir.Həmçinin bu gün bir cəbhədə fəallıq edən,lakin Ermənistandan,müxtəlif regiondan olan,bu iqtidarı söyən,ona nifrət edən nüfuzlu adamlar var ki,hər vəchlə öz tərəflərinə çəkmək.Ona görə də indi “Qəhraman” adlandırdıgımız,nüfuzuna hörmət bəslədiyimiz şəxslər dönük çıxsa heç də sarsılmayın.Bakı-Şirvan zonası üçün ən münasib variant Ayaz Mütəllimov seçildi.Bu günə kimi hamını heyran edən bu hümanistlik nəhayət ki,özünü biruzə verdi.Bəs necə elə bilirdiniz ki,H.Əliyev üçün ən qatı düşmən sayılan Ayaza hümanistlik elə belə olubdur?Yox.
    (ardı var)

  13. Özü etdiyi vəhşiliyi unudub dəyən! xatırladaq……

  14. Cənab Quliyev, bir sualım var. İslam fundamentalistləri deyəndə kimləri nəzərdə tutursunuz?

    • Bütün dinlərdə fundamentalizm var və onlar idealogiyası ilə bir bir birlərinə oxşayırlar. Fundamentalizmin də müxtəlif formaları vardır. Əsasən fundamentalistlər öz dinlərini əsas hesab edir,o biri dinlərə qarşı yuxarıdan aşağı mövqe tuturlar. O biri dinlərə ,hətta öz dinlərindən olanlara ikinci sort adamlar kimi baxırlar. Ölkənin dini qanunlarla idarə olunmasını istəyirlər. Demokratik seçkiləri ümumi qəbul edilmiş qaydalarla yox özlərinin qəbul etdikləri kimi keçirirlər. Məsələn deputatlığa namizəd ancaq dini şuranın qərarından sonra seçkilərə buraxıla bilər. Bəzi fundamentalistlər isə ölkənin Quranda yazılmış qaydalarla idarə edilməsini tələb edir onlara doğmaçıda deyirlər. Fundamentalizm barədə çox geniş yazmaq olar,hələki kifayətdir.

  15. Salam hörmətli Rəsul Quliyev!. Mən Sizin cıxışlarınıza baxıram və Sizə böyük hörmətim var. Sizdən bir söz soruşmaq istərdim. Dağlıq Qarabağdan məcburi köçkün (Eləbil orda müharibə yox sel olub bizdə məcbur köçmüşük) Amerikada və avropada 1951-ci il konvensiyasına görə qaçqın hesab olunurmu ?. Uzr istəyirəm bəlkəmdə belə bir sualı burda vermək düzgün deyil amma bunu bilmək istərdim.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: