“Daxildə Dəstəyi Olmayan Adamı Zorla Hakimiyyətə Gətirmək Mümkün Deyil”

-“Saakaşvili dahi avantüristdir”

-“Gürcüstan prezidenti Azərbaycana məqsədlərini reallaşdırmağa gəlmişdi”

-“Ölkədə qaçqın statuslu azərbaycanlılar var, onları isə “qərb” və “şərq”ə ayırmaq olmaz”

-“Saakaşvilinin səfərinin məqsədi də Gürcüstandakı azərbaycanlıların hesabına qarışıqlıq salmağa cəhd etməkdir”

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev bir neçə gün öncə yeni yaradılan “EL” hərəkatı ilə bağlı mövqeyini açıqlayıb. ACP lideri bu hərəkatda təmsil olunmayacağını və onlara dəstək verməyəcəyini bildirib.

 

“Bilirsiniz, həm Rüstəm bəy, həm də mən həyatın bir çox üzlərini görmüş ciddi insanlarıq. O bilir ki, mən heç vaxt məramı və proqramı məlum olmayan bir təşkilata dəstək vermərəm. Ondan başqa, artıq Ziyalılar Forumu ”EL” hərəkatı və başqa qurumlara eyni münasibət bəslədiyini bir neçə dəfə elan edib, yəni “EL” hərəkatı onların proyekti deyil”, – deyə o, modern.az-a bildirib.

Bəzi media orqanları isə bunu ACP liderinin “EL” hərəkatını, daha dəqiqi, Eldar Namazovu və Rüstəm İbrahimbəyovu “vurması” kimi dəyərləndiriblər. Belə iddialar da səslənib ki, R.Quliyev Rusiyanın dəstəyini almaq istəyib, amma buna nail ola bilməyib. “Lakin indi belə görünür ki, Kremlin planlarında Rəsul Quliyev üçün hər hansı rol nəzərdə tutulmayıb. Rəsmi Moskva tamamilə yeni qüvvələri prosesə cəlb edib və ”EL” hərəkatı da bu planların tərkib hissəsi ola bilər”, -deyə azpolitika.info qeyd edir.

Bu və digər iddialarla bağlı R.Quliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb. Onun fikrincə, “EL” hərəkatı Eldar Namazov və onunla yaxın ünsiyyətdə olan bir qrup insanların proyektidir: “Proyekti yaradanların məqsədi Eldar Namazovun prezidentliyə namizədliyini təşkil etməkdir. Hərəkata bu gün münasibət bildirmək mümkün deyil. Çünki nə konkret proqramı, nə də konkret məramı elan edilməyib. ”Bu hərəkat xalqın passiv hissəsini aktivləşdirmək üçün yaradılıb” ideyasını qəbul etmək mümkün deyil. Necə, hansı yolla? Televiziya, radio yox, qismən müstəqil qəzetlərin ümumi tirajı maksimum 20 mindir. Nəzərə alsaq ki, hər gün bu qəzetləri alanlar eyni adamlardır, reallığın şəkili tamamlanır. Yeni informasiya texnologiyası ilə də passivləri aktivləşdirmək müşkül məsələdir. Mən Azərbaycanda youtube, bloq, tvitter və qəzetlərdə ən çox oxunan, baxılanlardan biriyəm. Yeni informasiya vasitələri ilə məni oxuyanların sayı çoxdan 1 milyonu keçib. Təkcə youtub-la mənim videolarıma baxanların sayı 450 min nəfərdən çoxdur. Və bunlar hamısı real rəqəmlərdir. Çünki sayğac məşhur xarici kompaniyaların əlindədir, onların sadəcə saxtalaşdırmaq şansı yoxdur, çünki cinayət hesab edilir. Bununla yanaşı, yaxşı bilirəm ki, bu işlər xalqı aktivləşdirmək üçün həlledici rol oynaya bilməz, yetərli deyil”.

“Əgər “EL” hərəkatı yalnız “Qərbi azərbaycanlılar” ideyasına söykənəcəksə, onun heç vaxt, heç bir real gücü olmayacaq”

 

O, Rüstəm İbrahimbəyovla bağlı düşüncələrini də bölüşüb: “Fikrimcə, Rüstəm müəllimin əsl ziyalı təfəkkürü ölkədə azad və ədalətli seçkilər uğrunda mübarizə aparan istənilən qurumlara dəstək verməkdədir və bu, ”EL” hərəkatına da aiddir. Həyatı boyu bir çox mübarizələrdən qalib çıxdığına görə optimistdir. Hərəkatın real gücə çevrilə bilməsi bir çox faktordan asılıdır. Əgər hərəkat süni surətdə yaradılmış, başa düşülməyən “Qərbi azərbaycanlılar” ideyasına söykənəcəksə, onun heç vaxt heç bir real gücü olmayacaq. Çünki “Qərbi azərbaycanlı” məsələsi yoxdur, bu, mifdir. Ölkədə qaçqın statuslu azərbaycanlılar var, onları qərb və şərqə ayırmaq olmaz. Real gücü keçirilən müşavirələr, verilən müsahibələr müəyyənləşdirmir, protest mitinqi və ya istənilən hərəkatda arxanca gedən adamların sayı müəyyənləşdirir. Yumşaq torpağın üzərində çoxmərtəbəli ev tikməyin mümkün olmadığı kimi, insanların kütləvi dəstəyi olmadan real güc də ola bilməz. Real gücü olmayan ambisiya təhlükəlidir, gərək bunu hər kəs qəbul edə. Ümid edək ki, bir neçə aya “El” hərəkatı real güc ortaya qoya biləcək, geciksə, əhəmiyyətsiz bir təşkilata çevriləcək. Bəzi şantajçı, ağlasığmaz təxəyyüllü şəxslər isə Eldar Namazovu mənə rəqib kimi qələmə verməyə çalışırlar. Mənim “EL” hərəkatına qarşı olduğumu iddia edirlər. Əslində isə bizim bir-birimizə qarşılıqlı münasibətimiz ən yüksək səviyyədədir. Hər halda, mən ona və onun yaratdığı təşkilata qarşı heç vaxt getmərəm”.

“Saakaşvili Gürcüstandakı azərbaycanlıların hesabına orada qarışıqlıq salmaq istəyir”

 

“Milyarderlər ittifaqı”nda olan şəxslərin Azərbaycanda hakimiyyət dəyişikliyi planlaşdırması barədə səslənən fikirlərə isə R.Quliyev belə cavab verib: “Mən Gürcüstan prezidentinin Milli Məclisin qarşısında çıxışı ilə əlaqədar fikirlərimi söyləmişdim. Hamı Saakaşvilini dahi adlandıranda mən bu çıxışı xalqımıza qarşı təhqir kimi qiymətləndirdim. Həyatda Saakaşvili tipli düşüncə tərzinə malik olan insanlara az da olsa rast gəlmək olur. Təbiətcə bu adam dahi avantüristdir. Sözsüz, Gürcüstandakı bugünkü demokratiyanın əsas yaradıcısı Saakaşvilidir. Ancaq Şevarnadzenin xidmətlərini unutmaq olmaz. Çünki Şevarnadze onu vəzifə pillələri ilə yuxarı qaldırdı və Saakaşvili etdi. Çünki Şevarnadze Saakaşvili radikal müxalifətə çevriləndə onu repressiya etdirmədi. Müdrik gürcü xalqı isə parlament seçkilərində Saakaşviliyə ”yox” dedi. Uduzduğunu qəbul etmək istəməyən prezident əsas silahı olan avantüra və blefi indi işə salıb və bu hərəkətləri getdikcə inkişaf edəcək. Onun əsas məqsədi Gürcüstanda qarışıqlıq salmaqdır. Onun Azərbaycana rəsmi səfərinin məqsədi nədən ibarət olub. Ümumiyyətlə, ölkə başçılarının heç bir məqsədə qulluq etməyən rəsmi səfərə çıxması kimi absurd hərəkətə indiyə qədər rast gəlinməmişdi. Ancaq Saakaşvili Azərbaycana məqsədyönlü gəlib. O, Şevarnadzeni zorla istefaya getməyə məcbur edəndə, Azərbaycanın indiki hakimiyyətinin ona kömək etdiyi, silah-sursat göndərməsini yaddan çıxarmayıb. O vaxt Saakaşviligilin hakimiyyətə gəlməməsi naminə Azərbaycan prezidenti əlindən gələn hər şeyi etdi. Azərbaycanın məqsədyönlü ardıcıl siyasət aparmadığını görən Saakaşvili sonrakı mərhələdə Qərblə İlham Əliyev arasında körpü yaratması vədi ilə uzun müddət, daha doğrusu, İvanişvili hakimiyyətə gələnə qədər bizim prezidenti və ölkəni qarət edirdi. İndi Azərbaycan ona başqa məqsədi üçün lazım gəlib.

Ona Gürcüstanda qarışıqlıq salıb parlamenti buraxmaq, səlahiyyətindən istifadə etmək və növbəti parlament seçkilərində saxtalaşdırmaya getmək yolu ilə seçkiləri udmaq lazımdır. Daxildə qarışıqlıq salmaq istəyən qüvvələrin kifayət qədər güclü olmamasını o, ölkədə yaşayan azərbaycanlıların hesabına kompensasiya etmək istəyir. Azərbaycanlılar hər yerdə güclüyə tabe olmağa üstünlük verirlər. İndi də sözsüz ki, İvanişvilini dəstəkləyirlər. Saakaşvilinin səfərinin məqsədi də Gürcüstandakı azərbaycanlıların hesabına qarışıqlıq salmağa cəhd etməkdir. Görünür, ona bu işi görməkdə güclü kömək olacağına artıq söz veriblər. Saakaşvili özünə xas inadkarlıqla Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişdirəcəyi ideyasına həmkarını inandırıb. Rusiya söhbətində, rusların hakimiyyətə gətirəcəyi iki fiqurun adı daha çox hallandırılır. Birincisi, Vahid Ələkbərovdur. Çünki o, Rusiyanın böyük biznesmenləri arasında ən nüfuzlusu, kriminal aləmlə heç bir əlaqəsi olmayan tanınmış şəxsiyyətdir. Başqalarından fərqli olaraq o, həm neft sənayesində iki-üç mütəxəssisdən biridir, həm də maliyə sahəsini gözəl bilir. Və bacarıqlı idarəçidir. O, heç vaxt Azərbaycanın diktatoru və ya bu rejimdə baş nazir olmaq istəməz. Çünki bu insan korrupsiya və rüşvəti qazanc vasitəsi hesab etmir. Ələkbərovu RF Nazirlər Kabinetində sədrin birinci müavini vəzifəsinə dəvət etsələr, bəlkə gedər və bundan RF udar. Saakaşvili onun adını ona görə hallandırır ki, RF-nin həm prezidenti, həm də baş naziri Ələkbərova hörmətlə yanaşırlar. Və həqiqətən də onun prezident olmaq üçün potensialı var, baxmayaraq ki, Azərbaycan dilini bilmir.

Söyün Sadıqov məsələsinə gəldikdə, məsələ bir qədər fərqlidir. Birincisi, onun prezident olmaq potensialı yoxdur. İkincisi, RF heç vaxt ölkə daxilində dəstəyi olmayan bir insana hakimiyyətə gəlmək üçün dəstək verməz. Bizdən fərqli olaraq RF-nin 300 illik dövlətçilik tarixi var. Onun xəfiyyə orqanları 300 il bundan öncə yaranıb. RF yaxşı bilir ki, daxildə dəstəyi olmayan adamı zorla hakimiyyətə gətirmək mümkün deyil. Hətta Çeçenistanda Kadırova qədər Moskva 5-6 müxtəlif şəxsləri hakimiyyətə gətirdi, heç bir il də hakimiyyətdə saxlaya bilmədi. Elə Gürcüstanda da keçmiş “KQB” əməkdaşı Qeorqadzeni hakimiyyətə gətirə bilmədi”.

“Bəs niyə Sadıqovun adı hallanır?” Buna cavabında R.Quliyev deyib: “Sadıqov bəyan edib ki, Gürcüstan azərbaycanlılarının iştirakı ilə təşkilat yaratmaq istəyir. Bu, Saakaşvilinin planlarına ziddir. O, azərbaycanlıları İvanişvilinin əleyhinə yönəltmək istəyir, Sadıqov isə onlardan başqa məqsədə istifadə etmək istəyir, buna yol vermək olmaz. Ona görə də hökumətimizin diqqətini Sadıqovu bu işi görə bilməməsi üçün mobilizə edir. Bir sözlə, Saakaşvili RF-nin İvanişvilini dəstəkləməsinə qarşı mübarizədə Azərbaycandan vurulmağa hazır olan ”peşka” kimi istifadə etmək istəyir”.

R.Quliyev hesab edir ki, Saakaşvili bu bəyanatları Azərbaycandan gedəndən dərhal sonra səsləndirməklə, bu tezisləri Azərbaycan iqtidarı ilə razılaşdırdığını ortaya qoymuş olub.

“Ola bilər ki, İsmayıllı hadisələrini dərinləşdirsinlər və “dövlət çevrilişi”nin ilk mərhələsi kimi, Tofiq Yaqublu ilə İlqar Məmmədovu bu “cinayət”də suçlasınlar”

 

“Hakimiyyət çevrilişi xəbərdarlığı niyə məhz mətbuata açıqlanıb” sualına isə R.Quliyev şok cavab verib: “Adətən xəbər yalan və hansısa çirkin bir əmələ yol açmaq üçün lazım olanda mətbuata ötürülür. Belə bir xəbərə camaatın inanması üçün çox ehtimal ssenari də yazılıb. Bu tipli açıqlamalar da ancaq totalitar rejimlərdə ola bilər. İstənilən azad ölkədə belə yalan məlumatları verənləri kimliyindən asılı olmayaraq jurnalistlər darmadağın edər. Ola bilər ki, İsmayıllı hadisələrini dərinləşdirsinlər və ”dövlət çevrilişi”nin ilk mərhələsi kimi, Tofiq Yaqublu ilə İlqar Məmmədovu bu “cinayət”də suçlasınlar”.

Müxalifətdaxili proseslər və əməkdaşlıq perspektivləri, konkret olaraq Müsavatla ACP arasında bir müddət öncə başlanan danışıqların nəticəsi olub-olmaması barədə suala cavabında eks-spiker yaxın günlərdə daha geniş açıqlama verə biləcəyini deyib: “Həm Müsavat, həm də digər müxalifət partiyaları ilə ACP arasında danışıqlar kifayət qədər ciddi və mötəbər şəxslər arasında aparılır. Hələlik konkret nəticə yoxdur, olduqda bu haqda mətbuata xəbər verəcəyik”.

Yaxın vaxtlarda Avropaya səfər edəcəyini deyən R.Quliyev burada Azərbaycan üçün mühüm olacaq xeyli görüşlər planlaşdırdığını dedi: “Bunlar barədə də görüşlərdən sonra açıqlama verəcəyəm”.

Elşad MƏMMƏDLİ

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Daxildə Dəstəyi Olmayan Adamı Zorla Hakimiyyətə Gətirmək Mümkün Deyil””

  1. men sizinlayam..tam canimla ruhumla sizinlayam…

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: