Rəsul Guliyev Liberal Demokrat Partiyasının–nın sədri, Məşvərət Məclisinin üzvü, və Müdafiə komitəsinin üzvü Fuad Əliyevin iştirakı ilə Vaşinqtonda görüşlər keçirir.
Görüşlərdə müzakirə olunan məsələlərin fokusu 2013-cü il prezident seçkilərinin saxtalaşdırma ehtimalının qarşısını almağa yönəldilibdir.
Görüşlər Avro Asiya, Sovetlər dağılandan sonra yaranmış respublikaların inkişaf planında ABŞ-ın strateji proqramlarını hazırlayan fondlar və təşkilatlarla dərin müzakirə olunub. O cümlədən Konqres üzvləri, Helsinki komisiyası, Xarici əlaqələr komitəsi və həmçinin Dövlət departamentində keçirilən görüşlərdə Azərbaycan xalqının konstitusion hüquqlarının bərpa olunması məsələsi diqqət mərkəzində olub.
Rəsul Guliyev və Fuad Əliyev tərəfindən 2012-ci ildən başlanan xaotik protest hərəkatlarının 2013-cü ildə davam etməsini və daha aqressiv forma almasını Amerika siyasətçilərinin nəzərinə çatdırılıb. Gənclərə qarşı hökümətin tətbiq etdiyi represiyaların daxildə vəziyyəti dahada gərginləşdirəcəyinin analizi verilib.
Müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublunun həbsinin məqsədi ölkədə baş verə biləcək dövlət çevrilişinin qarşısını almaq saxta ideyasanı xalqa sırımaq və başladığı represiyalara xarici ölkələr və beynəlxalq təşkilatları inandırmaqdır.
Bu gün artıq məlumdur ki, hökümət güclü rəqibləri ola biləcək Rəsul Guliyev və Əli Kərimlini seçkilərə buraxmaq fikrində deyildir.
Bu gün artıq məlumdur ki, hökümət gündən günə reytinqi qalxan dünyada tanınmış kino dramaturq Rüstəm İbrahimbəyovu Azərbaycandan izolyasiya etmək istəyir.
Bunlardan başqa bir çox konkret əhəmiyyəti olan məsələlər müzakirə olunub, geniş məlumat bir neçə gündən sonra veriləcək.
Rasul muallim partinyorunun deyasan hec kim tanimir. Bu kishi haradan siyasi sahnaya cixdi, gorasan onun marami nadir? Onunda konlundan prezdentlik kecirsa hec bash vurmasin onun kimi choxlu migdarda namizadlar var artig. Onu balka deputat seckisina saxlamaq lazimdir, deputatlarin aksariyyatinida hec kim tanimir, Bazi soyush soyub deputat mandati alanlardan bashga/
.
Tanıdığınız kişilərdən çox şeymi gözləyirsiniz.Hansı tanıdığınız kişilərdən qətiyyətli bir iş gözləyirsiniz bəlkə mənədə deyəsiniz.Bu kişi az danışan ancaq iş bacaran bir şəxsdir.Mən fikirləşirəmki boş boş şüar deyənlərdənsə səsini eşitmədiyiniz keyfiyyətli insan daha xeyirli olar.