Həyatda sizin ətrafınızda və ya adlarını eşitdiyiniz, özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ini keçməsinə baxmayaraq gördükləri işləri ardıcıllıqla toplasan bir vərəq kağıza sığışar. O vərəqdədə sadəcə olaraq nə vaxt anadan olub və nə vaxt institutu qurtarıb və 23 ildir Azərbaycan dilində heç bir əhəmiyyət kəsb etməyən çıxışlar edməklərindən başqa bir şey tapıb yazmaq mümkün deyildir. Bu insanlar görmədikləri hətta eşitmədiyi işlərdən saatlarla danışa bilər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır. Bu tip insanlara istənilən real və konkret iş tapşırılsa o iş dağılacaq, çünki insan ancaq danışmaqda, ona buna böhtan atmaqda pərgardır . Belə tip adamlara demokratiya uğrunda mübarizə aparıb qələbə çalmaq tapşırılsa aydın məsələdirki o ölkədə demokratiyanın vəziyyəti necə olacaqdır. Bu adamlar kiminsə atdığı və real nəticə verən işlərini öz adına çıxmaqda ustadıdırlar.
Məsələn 1991-ci il Avqust putçundan sonra Sovetin tərkibindən çıxmaqlarını hələ elan etməmiş, əksinə sovetin tərkibində qalırıq referendumunda iştirak edib 78 faizlə müsbət cavab vermiş respublikaları RF başda Yelçin olmaqla zorla sovetdən çıxartmağı artıq hüquqi sənədlərlə təsdiqləməyə hazırlaşırdı. 1989, 1990, 1991-ci ilin avqust putçuna qədər sovetdən həqiqətən çıxanlar, referendumda iştirak etməyənlər o cümlədən bizim qonşular Gürcüstan və Ermənistan öz istiqlaliyyətlərini zorla almaqlarını vurğulamırlar. Zorla sovetdən kənara atılan respublikalardan biri olan Azərbaycanı ‘azad edən’ ( hardan və kimdən məlum deyildi, çünki artıq sovet dağılmışdı. Sovetləri yaradan Komunist partiyası avqust 1991-ci ildən artıq yox idi) ”qəhrəmanları” 20 ildir bu qəhrəmanlıqlarından danışır.
1918-ci ildə bolşeviklər Rus imperiyasını dağıdandan sonra onların nəzarət etmədiyi ərazilərdə Ukraina, Belarus, Zaqafqaziya və Türküstan respublikalarının yaradılması heç bir ölkədə şişirdilmir, ancaq bizim qəhrəmanlar o vaxtkı liderlərində bunların özləri olduqlarını iddia edirlər, özlərini kimlərinsə davamçısı elan edirlər. Soruşuram 1918-ci ilin mayında Azərbaycanın yaranmamaq şansı var idimi cavab bir mənalıdır xeyr. 1-ci dünya müharibəsi gedirdi, Azərbaycana sahib çıxan ölkə yox idi. Ermənilər 1918-ci illə fəxr edə bilərlər. 1 kvadrat metr belə ərazisi olmayan ermənilər ərazisiz Ermənistanın yarandığını elan etdilər, sonradan Azərbaycan torpaqlarını o cümlədən 90 faiz azərbaycanlı yaşayan İrəvanı Ermənistan elan etdilər.
Elmdə davamçı olmalıdır. Bir təqdiqatçının işini başqası davam etdirməlidir. Mənim üçün maraqlıdır özlərini kimlərinsə davamçısı adlandıranlar kimin və hansı yeni bir idealogiyasını davam etdirirlər və onu hara gətirib çıxardıblar sualına cavab verə bilərlər? Mənim yazılarımda heç kimin adı çəkilmir. Elə adlar var ki, həqiqətən camatın diqqətini o adlara cəlb etməyi özümə layiq bilmirəm.
Ancaq bu insanlar özləri özlərini mənim yazılarımda tapıb və artıq bir başa mənə hucuma keçirlər. Aydın məsələdir mənim adımı yazmaqla müəyyən sayda oxucu kütləsinin diqqətlərini cəlb edə bilirlər. Ancaq bir iki gün diqqəti cəlb etməklə yaşadığın mənasız həyatını canlandıra bilməzsən.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!