Nə Üçün Putin Azərbaycana Gəldi?

“HARA GEDİR AZƏRBAYCAN” DAVAMI

 3-cü hissə

 

– Putinin Bakıya səfərindən sonra fəal siyasi həyat, sanki, birdəfəlik dondu. Və sanki, müxalifət seçki mübarizəsindən imtina etdi. Xarici siyasət amilinin ölkədaxili proseslərə təsiri bu qədərmi həlledici səciyyə daşıyır?

– Bu xüsusi mövzudur, geniş izah təlb edir. XVIII əsrin axırından Rusiya imperiyası II Yekaterina tərəfindən formalaşıb. Və hakimiyyətə gələnlərin hamısı bu imperiyanı genişləndirmək siyasəti aparıblar. Rusiyanın 1990-2000-ci illərdə zəifləyən imperiya ambisiyası Putinin hakimiyyətə gəlməsi ilə yenidən gündəmdədir. Məlumdur ki, Rusiya ən gec yaranan və axırıncı dağılan imperiyadır. Böyük Britaniya və Fransanın qurduqları imperiyalar 1950-60-cı illərdə dağılsalar da, imperiyanı tərk edənlərlə “imperiya ana” arasında valideyn-övlad münasibətlərini saxlamağa nail olublar və bu gün də əlaqələr yüksək səviyyədə davam edir. Rusiyanın öz “övladları”na münasibəti mürəkkəbdir: o, cızığından çıxanı ya qayışla şallaqlamaq, ya da çörəyini kəsməklə cəzalandırmaq istəyir. Məsələn, Belorusiya və ya Moldovanın çörəyini kəsməklə itaət altına almağa çalışır. Azərbaycanın çörəyini kəsmək mümkün olmadığı üçün – çünki Azərbaycanın yeganə eksportu neft Rusiyaya getmir – onun çılpaq arxasının üstündə daim “Qarabağ şallağı” saxlayıb. Gürcülər bir dəfə bu “şallağı” öz yumşaq ətlərində hiss ediblər.

Putinin idealı I Pyotr və açıq deməsə də, Stalindir. O, ilk növbədə öz imperiyalarını (Baltik ölkələrindən başqa) bərpa etmək istəyir. Həmçinin Stalin kimi, Rusiyanı superdövlət görmək arzusundadır. Hər iki məqsədinə çatmaq üçün Putinin strategiyası formalaşıb və bu istiqamətdə o vuruşacaq. Demokratik inkişafda olduqları üçün Ukraina,Moldova, Qırğızıstan və Gürcüstandan başqa, Azərbaycan və Orta Asiya ölkələri, həmçinin Ermənistan yeni Rusiya imperiyasının yaradılmasında aktiv və passiv oyunçulardır. Rusiyadan 1500 il qədim tarixi olan Ukraynanı fəth etməyin mümkünsüzlüyünü cənab Putin yaxşı başa düşür. Orta Asiya ölkələri ilə də əlaqələr çox mürəkkəbdir.  Çin öz qüdrəti ilə, demək olar ki, bu regionu öz qanadının altına alıb. Biz yazıqların Çin və ya Avropa İttifaqı kimi qonşularımız da yoxdur…

Nə üçün Putin Azərbaycana gəldi? O, kifayət qədər yüksək intellektə malik adamdır. Verdiyi intervülərdə yerində və müxtəlif mənbələrdən gətirdiyi sitatlar göstərir ki, öz üzərində daim işləyir, gündə ən azı 30-40 dəqiqə mütaliə edir. O, çox yaxşı bilir ki, seçkiqabağı o ölkəyə səfər etmək həm etik cəhətdən düzgün deyil, həm də dəstəklənən namizədin əleyhinə işləyə bilər. Məsələn, Yuşşenkodan sonra Timoşenkonu seçməyə hazırlaşan ukraynalılar seçkiqabağı Putinin Krımda Timoşenko ilə görüşüb prezidenti ələ salmalarından qəzəbləndilər və Yanukoviçə üstünlük verdilər. Ancaq Azərbaycan Ukrayna deyil. Son vaxtlar ermənilərin ruslarla özlərini bərabər hüquqlu partnyor kimi aparması, təqribən, 2013-cü ilin martından Putini əsəbləşdirirdi. Ancaq İlham Əliyevdən zəhləsinin getməsi onu ermənilərə qarşı radikal addımlar atmaqdan çəkindirirdi.

Milli Şura yarananda müxalifətin bəzi nümayəndələrinin antirus ritorikaları özündən tez çıxan, emosional Putini qərar qəbul etməyə məcbur etdi. Mütləq mənada Rusiyanın yaratdığı Gömrük İttifaqının və Şimali Atlantika hərbi əmaşdaşlığının nə olduğundan, hansı şərtlər daxilində mümkünlüyündən xəbəri olmayanların yersiz çıxışları özündənrazı Putini onlara yerlərini göstərməyə sövq elətdirdi. Bu regionun ağasının kim olduğunu açıq-aşkar gözə soxmaq istədi. Ən əsası, ermənilərə kim olduqlarını və kimin hesabına belə qürrələndiklərini göstərdi. Azərbaycandakı müqavilələrə görə, Putinin Azərbaycana gəlməsi vacib deyildi. Vacib olan həm Əliyevə, həm də müxalifətə “ağa”larının kim olduğunu yaddan çıxarmamağı tövsiyə etmək və ermənilərə “təcili gəlib ayağıma düşün, yoxsa gec olacaq” mesajini vermək idi. Bildiyiniz kimi, Putinin səfərindən sonra həm Azərbaycanda “ağa”larının kim olduğunu başa düşdülər, həm də ermənilər “şah”larının hüzuruna gedib Gömrük İttifaqına girmək hədiyyəsini apardı.

Əgər Rusiya istəsəydi, Azərbaycanda elə bir hədiyyəni Bakıdaca verərdi. Çünki Azərbaycan müxalifəti rusların yaratdığı Gömrük İttifaqı ilə Avropa İttifaqının yaratdığı gömrük ittifaqı arasında fərqin nədən ibarət olduğunu bilmir və bilmək də istəmir. Heç kim bilmir ki, Azərbaycanın əsas və yeganə eksportu olan neft və qaz Rusiyanın yaratdığı Gömrük İttifaqına daxil deyildir. Yəni, Azərbaycanın orada iştirakının heç bir mənası yoxdur. Nəzərə alsaq ki, Azərbaycanda real 7 milyon, Rusiyada isə 140 milyon nəfər yaşayır, fərq 20 dəfə edir. Ancaq intellektualları müqayisə etsək, bu fərq 100 dəfədən çox Rusiyanın xeyrinə olar.

Rusiyanın rəhbərləri ölkələrini super ölkə görmək istəyirlər, ancaq bu, indiki ekonomika ilə mümkün deyildir. Bizim həm hökumət, həm də müxalifətdə olanlardan fərqli olaraq, onlar superdövlət olmağın yolunun həm siyasi, həm də iqtisadi reformalardan keçdiyini qəbul edirlər. Elə buna görə də sentyabrın 8-də Rusiyada keçirilən seçkilər siyasi rəqabətə start verildiyinin anonsu sayıla bilər. Demokratiyanın inkişafını hər iki qanad – həm Putinçilər, həm də Medvedyevçilər dəstəkləyirlər. Ancaq yolları müxtəlif görürlər. Medvedyev demokratiyaya məhdudiyyət qoymadan, hamının eyni səviyyədə iştirak etməsini düzgün yol hesab edir. Putin isə rəqabəti özlərinin yoxladığı, inandığı adamların arasında təşkil etməyi Rusiya üçün ideal variant sayır. Bu gün adambaşına məhsul istehsalına görə Rusiya Azərbaycandan ən azı iki dəfə yuxarıdadır. Bu rəqəm hər beş ildə əlavə 2 dəfə Rusiyanın xeyrinə artacaqdır. Müəyyən səviyyəyə çatandan sonra Rusiya Orta Asiya ölkələri və Azərbaycanda demokratik rejimləri yaratmaqda aparıcı rol oynamağa cəhd edəcək.

İndi Rusiyaya demokratik Azərbaycan lazım olmadığı kimi, beş on ildən sonra totalitar Azərbaycan da lazım olmayacaq. Rusiya Federasiyası bu gün Atlantika İttifaqına girmək üçün lazım olan şərtlərə əməl etmək səviyyəsində deyildir. Ancaq Azərbaycandan daha yaxındır. Heç şübhə yoxdur ki, əgər Atlantik hərbi ittifaq indiki şəkildə qalsa, Rusiya ora Azərbaycandan tez daxil olacaq. Çünki bir çoxları, ümumiyyətlə, həmin şərtlərin nədən ibarət olduğunu bilmir.

Putinin gəlməsi ilə müxalifətin süstləşməsi mübahisəli məsələdir. Düşünürəm ki, müxalifət heç süstlükdən çıxa bilməmişdi. Hər bir şəxsin öz mövqeyi ola bilər. Mənim Rusiya ilə əlaqədar qəbul etdiyim və həmişə sadiq qalacağım ancaq bir ideyam var: Azərbycan ancaq bir halda – Rusiya işğalçılıq siyasəti aparsa, onun əleyhinə getməlidir. Başqa hallarda ən böyük sərhədlərinin olduğu nəhəng bir ölkə ilə ancaq və ancaq yaxın qonşuluq əlaqələri qurmalısan. Heç bir dövlət Rusiya əleyhinə məntiqsiz sayaqlamalara görə səni dəstəkləməz.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to “Nə Üçün Putin Azərbaycana Gəldi?”


  1. Madam / Dear Sir,

    Biz çox minimal özəl, kommersiya və şəxsi kreditlər təklif
    30 il 1 il ərzində 3% kimi aşağı faiz dərəcələri
    Dünyanın hər yerində ödəmə müddəti.

    Biz $ 10,000 $ 200,000,000.00 daxilində kreditlər vermək
    USD.Our kreditlər də sığortalanıb və maksimum təhlükəsizlik bizim olunur
    prioritet; maraqlananlar Via bu gün bizə müraciət edə bilərsiniz
    E-mail: austinebest928@yahoo.com edin
    Siz 18 altında olmadığını Qeyd edək ki,
    tətbiq edilə bilməz, bütün informasiya təsdiq olunacaq
    düzgün ilə
    ölkələrin yüksək komissiya, belə ki, orijinal əvvəl əmin olun
    tətbiq edilir.

    Borcalanlar BİLGİ.

    {. 1} Names: …………

    {2.} Ölkə: ………..

    . [3} Ünvan: ………..

    . [4} Yaşı: ……….

    5.Fax sayı: ………..

    . {6} Personal sayı: ……..

    {7.} Peşə, sənət: ……..

    {.} 8 Cinsi: ………

    {.} 9 Gəlirlərim: ……..

    . {10} Needed: ……..

    {.} Kredit 11 müddəti: ……..

    Hörmətlə,

    Mr Austine yaxşı

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: