Bir daha Ukraina haqqında
İlk növbədə biz ukraynalılar niyə belə ehtirasla Avropa İttifaqına daxil olmaq istəyirlər sualının cavabını düzgün anlamalıyıq. Ukrainanın baş naziri Azarovun çıxışı primitiv və xalqı alçaldan çıxışdır. Onun dediyindən ukraynanılar sərbəst gediş gəliş üçün Avropa İttifaqına girmək istəyirlər ,başqa cəlb edici məqsəd yoxdur. Belə bir iddianın irəli sürülməsi ən azı yekəbaşlıqdır. Avropa İttifaqına 1992-ci ildən 8 keçmiş sosialist lagerindən və 3 sovet ittifaqından çıxmış avropa ölkələri daxil olublar. Son 20 ildə Avropa İttifaqına daxil olan ölkələrin siysi, iqtisadi və hüquqi vəziyyətləri köklü surətdə yaxşılığa doğru dəyişib. İnsanların maliyə imkanlarını xarakteriza edən adambaşına illik məhsul istehsalı bir neçə dəfə artıb və bu gün İttifaqa daxil olmamış RF, Azərbaycan və başqa ölkələrdən bir neçə dəfə yuxarıdır. Sovetlər dağılanda Ukraina yeni müstəqil ölkələr arasında ən qüdrətlisi idi. Bu gün Ukrainanın iqtisadi durumu Polşa və Pribaltika respublikalarından bir neçə dəfə aşağıdır. Çünki Avropa İttifaqına daxil olan ölkələrin hamısı Avropanın investisiyası və texnoligiyası hesabına dünya standartlarına uyğun məhsullar istehsal edir və bazara çıxardırlar. Hələdə köhnə sovet texnologiyası ilə məhsul istehsal edən Ukraina mallarını ancaq keçmiş sovet respublikalarına xüsusilə RF -na ucuz qiymətə satırlar.
Avropa İttifaqına girmək nə verir Ukraina xalqına.
Siyasi həyatında
1. Dövlət orqanları aşağıdan tutmuş yuxarıya qədər insanlar tərəfindən formalaşdırılır. Hər kəs seçkiləri saxtalaşdırmaqdan məhrum edilir.
2. Məhkəmələr müstəqil və aşağıdan yuxarı xalq tərəfindən seçilir və tərəf tutmaq imkanlarından məhrum edilir.
3.İnzibatı orqanlar əsası olmadan heç kimi həbs edə bilməz bərpa edilir və sair.
İgtisadiyyatda
1.İnsanların fəaliyyətinin hökümət orqanlarından asılılığı minumuma çatdırılır.
2.Hökümətin istər kiçik, istər böyük, istərsədə orta biznein işinə qarışması qanunlarla köklü şəkildə məhdudlaşır.
Hüquqi sahədə
1.Təhsil, səhiyyə sistemində uşaqların valideynlərinin varlı olmasından asılı olmayaraq hamısı üçün eyni şəraitin yaradılması.
2.Vətəndaşların azı 50 ölkəyə heç bir viza məhdudiyyəti qoymadan gedib gəlməsinə imkanın yaranması.
Artıq 17 gündür mənfi temperaturlu, qarlı Kiyevin və başqa şəhərlərin mərkəzlərində mitinqlər keçirən ukrainalılar görsənir ki, mən yuxarıda yazdıqlarımı yaxşı bilirlər və öz gələcəkləri uğrunda mübarizə aparırlar. Ölkənin əhalisinin ən azı 70 faizi Avropa ittifaqını istəyir. Hətta prezident Yanukoviçin Kiyevə pulla gətirdiyi insanlarında şüarları biz Avropa İttifaqını istəyirik, ancaq tələsməyəkdir.
Azərbaycanı bu günkü vəziyyətinə görə heç Ukraina ilədə müqayisə etmək mümkün deyildir. Azərbaycan hətta keçmiş sovetlərdən çıxan respublikalara o cümlədən RF-na satmaq üçün heç bir məhsul istehsal etmir. Azərbaycanın satdığı yeganə produkt neft və qazdır onuda xaricilər yerdən çıxardır və nasosları, kompressorları və tikdikləri trubalarla xaricə göndərirlər. Ümumiyyətlə ölkədə istehsal yox dərəcəsindədir. Həyat səviyyəsinə görə ən aşağı səviyyədədir. Türkmənistan və Ermənistandan başqa yerdə qalan ölkələrin hamısında işləyirlər və orada yaşamaqlarından məmnundular nəinki vətənləri Azərbaycandan.
Azərbaycanlıların nə istədiyini başa düşmək çox çətindir. Xüsusilə özlərini lider adlandıranların. Hökümətdə işləyənlər Azərbaycanı bir nömrəli inkişaf edən ölkə adlandırır. Müxalifətdə olanlar özlərinin fədakarlığını sözün əsl mənasında aşıqlar kimi tərənnüm edirlər. Azərbaycanda qiymətlər qaldırıldı. MŞ heç bir analiz aparmadan mitinq keçirmək qərarına gəldi. Çox güman onun istədiyi yerdə icazə verilməyəcəyinə ümid edirdi. Hökümət onların axırına çıxmaq üçün icazə verdi və 500 -600 nəfərlə başlanan mitin 30 dəqiqədən sonra 300 adama kimi azalmışdı, ona görə tələm tələsik yekunlaşdırdılar.
İndi belə bir uğursuzluqdan sonra bu insanlar nə üçün belə alındı sualını özlərinə verəcəklərmi xeyir. Onlar təqribən belə bir havada bu qədər adam gəlmişdisə deməli hamı hökümətdən narazıdır deyəcəklər. Bu ”liderlərə” insanlar sizə inanmadıqlarına görə mitinqə gəlmirləri necə başa salmaq olar, bilmirəm. Mitinqi təşkil edən partiyaların hər biri onların Bakıda azı 10 min üzvü olduğunu iddi edir. Yəni üst üstə 30 min. Soruşmaq lazımdır hanı o üzvülər, onların heç olmazsa 10 faizi gəlsəydi 3 min olardı. Bir sözlə Azərbaycan cəmiyyəti sözün əsl mənasında ağır vəziyyətdədir. Bu vəziyyətin yaranmasında ikinci skripkada həmin bu liderlər oynayır.
Hər bir Azərbaycanlı torpaqlarımızın müqəddəs olduğunu qeyd edir. Ancaq onlara Azərbaycanda demokratik seçkilər olmayıncan torpaqların azad olmasından söhbət gedə bilməzi başa salmaq mümkün deyildir. Əgər başa düşürlərsə niyə öz hüquqları uğrunda mübarizə aparmırlar. Niyə torpaqlarımıza müqəddəs deyirlər.
Mən bilmirəm hansı kataklizm biz azərbaycanlıları qəflət yuxusundan ayılda bilər. Bu gün azərbaycanlıların başının altına yastıq qoyan, xalqın azadlığı uğrunda mübariz apardığını gözə soxmaq istəyən bu günkü müxalifət liderləridir. Onlardan xilas olub yeni qurumlar yaratmaq çox vacibdir.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!