FOTOLAR

38 Cavab to “FOTOLAR”

  1. Гюля Гамидова Cavabla Noyabr 25, 2011 9:17 axşam

    Здравствуйте,рада видеть вас в блоке.Здоровья,удачи и быстрейшего возврата на Родину.

  2. Тамамилә бу арзулара гатылырам вә инанырам ки, о ҝүн узагда дејил

  3. Resul Müellim Salamlar.
    Menim Düschüncem beledir ki Azerbaycanda bir Ingilaba ehtiyac var bunu da bizler Xaricde yashayarak heyata kecirmeliyik cünkü Azerbaycanda insanlarimiz Günlük yavan cöreye möhtac edilib onu da tapanda Allaha Schükr edirler.Milletimiz ancak Allahdan ümüd gözleyir hereket etmeye imkanlari yoxdur.Sizinde dediyiniz kimi Allahdan ümüd etmekle olmur bu ischler Ayaga galxmak lazimdir Bildiyiniz kimi Vaxtile Anadoluda osmanli Imperatorlugunun cökmesi zamani da Türk Insanlarinda bele bir ehval yaranmischdir insanlar ancak Allahdan ümüd gözleyirdi lakin bu bele olmadi Böyük önder Mustafa Kemal Atatürk sinesini öne vererek xalgi arxasina aldi ve Böyük Türk dövletini gurdu indi her birimiz bilmeliyik ki Azerbaycanin bir Atatürke ehtiyaci var baschga yolu yox artik.
    Hörmat ve Saygilarla

  4. Salam ! Resul Bey Azerbaycanda mustegil TV gurulmasi ucun ne ede bilersiz ?Bu barede ne dusunursuz? Bu yirtici rejim butun TV-leri zebt edib !1,2 -dene Muxaäif gazetden basga olkede ekser kivler yalniz bu rejime xidmet gosterir!

    • Hər bir azərbaycanlının və qrupun TV açmağa ixtiyarı vardır.Konstitusiya ilə ona hökümət bu işi qadağan edə bilməz.Ancaq hər bir azərbaycanlının mitinq keçirmək hüququ da vardır. Hökümət camaatın bu haqqını da əlindən alıb və heç bir xəcalət çəkmədən demokratiyadan danışır. Mənim fikrimcə biz yubanmadan müraciət etməliyik,icazə verilməsə məhkəməyə getməliyik,axırda beynəlxalq məhkəməyə qaldırılmalıdır bu məsələ.Xaricdə yaşayan azərbaycanlıların aktivliyindən istifadə edib məhkəmədə bu işə baxmaq prosesini ən geci 2013-cü ilin əvvəlində başa çatdırmalıyıq. 2 ay kifayət edər ki,prezidentliyə namizəd hökümət nümayəndəsinin iç üzü açılsın,nəinki prezidentlik iddiasında olsun,ayaqlarını zorla sürüyüb ölkədən qaçsın.

      • Resul Bey Sohbet maliyye yardiminnan gedir.Bu yaxinlarda Isa Gemberovda Azadlig radiosuna musahibe vererken bunlari soyledi dedi : sitat efsuslar olsun ki bizim yeni IP-da cemlesen aparici müxalifetin TV acmag ucun maliyye imkani yoxdur. Siz oz nüfuzunuzdan istifade edib Hotbirt,Astra,Turksat -rehberliyinen elage saxlayib onlardan razilig ala bilmessiz ?Siz icazeni alin sonra maliyye barede biz xaricde yasyan azeriler baxagign goreyin ne ede bilerik.

      • Cəhd etmək pul tələb etmir.Rəsmi müraciət etmək pul tələb etmir.Doğrudan tv açmağa bu hökümətdən icazə ala bilməyə inanan var.Hələki heç bir puldan söhbət getmir,hələki hökümətin növbəti dəfə konstitusiya qanunlarına məhəl qoymamasını dünyaya göstərməkdir.Bu başlanığıc olmadan televiziya üzrə mübarizənin ikinci mərhələsinə keçid mümkün deyildir.

      • ÖLKƏDƏKİ VƏZİYYƏT HAMMIYA BƏLLİDİR. BUNUN ÜÇÜN TV- YƏ EHTİYAC YOXDUR. TEK EHTİYAC OLAN XAQIN YENİDEN CƏSARƏTLƏNMƏSİDİR.

        Necə deyərlər tək əldən səs cıxmaz.

      • Salam Resul bey
        Eyer Siz televiziya acmaq,icaze vermeseler mehkemeye getmek ves ves kimi yollari secersinizse hec 2013 un axirina yox, 2018 -e de bir shey edmezsiniz. inanin tam semimi deyirem, bunlar artiq hec ne tanimirlar, bunlarin zorunun qabagina zor cixmasa ezib kececekler..
        lap deyek ki acdiniz televiziyani.. imkan vermeyecekler sizin istediklerinizi demeye..
        Camaatin evini sokub atirlar cole.. hec ne ede bilmirler
        Leyla Yunusdan da artiq huquq ves bilen olmayacaqlar ki..O da bir shey ede bilmedi
        Cox boyuk naraziliq var, amma,hami ne ise gozleyir,kimin ardinca gedeceyini bilmir, insanlarda inam hissi demek olar ki tukenmek uzredir..
        insanlari da neyese inandirmaq lazimdir ki ,neyinse deyishmesi ucun mubarize aparsinlar
        Eks teqdirde hec muharibe de olsa evinden cixmayacaqlar

  5. Rəsul müəllim salam,
    You Tube-dakı çıxışınızı izledim, bloqla da tanış oluram. Yaratmaq istediyiniz, belke de artıq yaratmış olduğunuz hərəkata uğurlar diləyirəm.
    Video çıxışınızla tam şərikəm.
    Respublikanı sanki düşmən tapşırığı ilə idarə edirlər. İsrafçılıq, dövlətin-xalqın malının talanması baş alıb gedir. Kimsə birinci mərtəbəsindəki mənzilindən pəncərə yerindən qapı açmağa küllü miqdarda 15000 AZN rüşvət tələb edirlər amma kimsə bütöv bir 9 mərtəbəli binanı yerlə yeksan edir və kimdən icazə aldığı bəlli deyil. Qanun deyiəndə məmurlar adama gülür. İtirilmiş Qarabağ haqqında artıq xalqın düşünməyə belə halı qalmayıb.
    Mənim Sizə sualım belədir; Konkret nə təklif edirsiniz? Nə etmək firindəsiniz?

  6. biz bunu coxtan arzulajyrig

  7. salam xosh gorduk Resul muellim .! beli inaniriq ki tezlikle Azerbaycanda haqq edalet oz yerini tapacaq sizi destekleyirik men tek deyilem menin beraberimde 10 larla vetendawlar sizi destekleyir .

  8. Evvela Salam aleykum… necesiniz Resul muellim? Men bir vetendash kimi oz fikirlerimi size catdirmaq isteyirem.. Demek isteyiremki bu gunki gunde ne iqtidar ne de muxalif partiyasina mensub olmasamda heyatimi normal seviyede davam etdirmek ucun iqtidarimiz terefinden normal sheraitler yaradilib… Men bundan cox memnunam… Bu gunku gunde ozune bir parca corek tapa bilmeyenneri ise fersiz sayiram.. Fersiz insanlara gore de iqtidari gunahlandirmaq gunah olar.. Dunyanin onde geden dovletleri biznen emekdashliq etmek isteyir.. Lakin Respublikamizin muharibe sheraitinde olduquna gore bezileri bundan imtina etmek mecburiyyetinde qalirlar.. Ona gorede menim fikrimce hami bir olub daha guclu siyaset aparib birinci novbede QARABAQIMIZI almaliyiq Resul muellim… Prespektivli neticeler almaq ucun alternativ yollardan istifade etmek lazimdi.. yoxsa ki kucelere axishib bosh bosh istefa qishrmaq hec birimize fayda vermiyecek.. cunki bashqa soz deye bilmirik.. Bizim ucde birimiz hec olmayan ermenistan bu gunki gunde Fransa kimi boyuk dovletde oz siyasetini nece surubki Fransa ermenilerin tarixini dananlari qandallayir… on ildir Amerika Birleshmish SHtatlarindasiziniz Resul muellim… on ilde Qarabaq haqqinda nese ede bilerdiniz belkede.. Men inanardimki iqtidarda sizi destekliyerdi.. Meni duzgun basha dushun Resul muellim men kiminse yaninda xal qazanmax ucun bulari demirem.. Heyata real baxishlarla baxiram.. Inqlab etmek,kucelere axishib iqtidarin eksine getmeye ne gucumuz catar ne de vicdanimiz bunu qebul eliyer.. Bu menim fikirlerim idi Resul bey.. Size hormetle yanashan Samir..

    • Sizin fikrinizcə 80 faiz azərbaycanlılar fərsizdir.Bunu təsdiqləmək üçün siz özünüzün dəqiq tərcümeyi halınızı yazın.Doğrudan başa düşək ki,həqiqətən sizin kimi fərasətli olanların hamısı normal həyatlarını yarada bilərlər. Əgər bu işi edə bilməyəcəksinizsə üzr istəyin.Elan edin ki,yalan danışdığınıza görə üzr istəyirsiniz.

    • Fərasətli samir xəbərin var ki, sənin kimi bivec və fərasətlilərin səbirsizliklə gözlədiyi “Eurovision 2012” musiqi musaqibəsini keçirmək üçün büccədən nə qəqədər pul ayrılıb bu yetmir kimi, həkimlərin bir ayliq maaşı tutulub biraz gəliri olan mağazalardan 15000 min məbləğində pul tələb olunub həmin mağaza shibidə ticarətin dayandirmrlı olub v.s.Qarqbqğa gəldikdə bunu ikdidara sual ver niyə erməni lobbisi 100 minlərlə kitab nəşr etdirib pulsuz paylayib naxçivaninda onların olduğunu idda edə bilir, bəs bizim xaricdə yaşayan Azərbaycanlıların fəaliyət gösdərməsi üçün büccədən ayrilan pullar hara xərclənir.Ermənilər bizimkilər kimi ulu öndərlərinin şəkilləri ilə dolu kitapların paylanması , xaricdə onun heykələrini qoyulması və adına park salınması kimi işlərlə məşqul olmurlar. FƏRASƏTLİ bəy onlar soy qırım abidələri ucadıllar bu haqda kitablar paylayırlar. Bızım iktidarın kim əlindən tutub saxlayıb ki, bunlarda dünyanın hər yerində xocalı soy qırımı haqda abidə ucaldıb parklar sala və bu haqda kitaplar nəşr etdirib pulsuz paylaya bilər ,yoxsa xaricdən gələn qonaqları öndərin heykəlinin qabaqına sonra H.Əliyev muzeylərinə aparmaqla bu işlər olmur.Ermənilərsə soyqrım abidəsinin qabğına aparıb diz köçdürürlər.Bizimkilərsə indidə İ .Əliyevin kitablarının nəşri və tanıtımı ilə məşquldurlar.Bu haqda çox danışmaq olar,qaldık ki, sən məndən fərasətlisən daha çox şeyləri bildiyə inanıram. ÇALIŞ YEMƏK ÜÇÜN DEYİL, YAŞAMAQ ÜÇÜN YEYƏNLƏRDƏN OL !.

    • Hörmetli Samir, bu meseleler sen giren kol deyil, menasiz fikirlerle insanlarin vaxtini alma………….

    • BACARIQLI FƏRLİ SAMİR. Sizn iki cüklənizii oxudum sonadək oxumadaım. Qaldı ki bu milletin 80 faizini fersiz hesab edirsen bu böyük terbiyesizlikdir. Ən azından şəhidlər xiyabanında yatan şəhidlərimizin ruhu qarşısında utan. Sən “fərli” sandığın səninkimnələr şəxsi mənafelərinin düsünərək şəxsi bizneslərinin quraraq
      Millet nece tarac olur olsun, ne ishim var?
      Dushmenlere mohtac olur olsun, ne ishim var?
      Qoy men tox olum, ozgeler ile nedi karim?
      Dunyevi cahan ac olur olsun, ne ishim var?
      Ses salma, yatanlar ayilar, goy hele yatsin,
      Yatmishlari razi deyilem kimse oyatsin,
      Tek-tek oyanan varsa da, heqq dadima chatsin,
      Men salim olum, cumle cahan batsa batsin.
      Millet nece tarac olur olsun, ne ishim var?
      Dushmenlere mohtac olur olsun, ne ishim var?

      Dediyiniz zaman övladın ailəsini arxada buraxaraq həyatlarını , sağlamlıqlarını vətən yolunda qurban verdilər. Düzdür onlar bilsəydilərki sənin kimi fərlilər bu ğün onlara fərsiz adı qoyacaqsan …..

      Mən , QƏMLO, ABASQULU BƏY, GƏRAY BƏY ləqəbi ilə Qarabağ müharibəsində
      Vətən uğrunda vürüşan əsgərlərimizlə bir anlıq olsa belə ünsiyətdə olmuşam. Və onların hansı ruhda vətəni qoruduğunun şahidiyəm. Əgər onlar həyatdadırsa Allah onların köməyi olsun , şəhid olublarsa ruhları şad olsun. Sənin kimi “fərlinin” əvəzindən mən onların ailələrindən onlardan üzr istəyirəm. Həmişə demişəm yenədə deyirəm günah xalqımızdadırki Sənin fərli sandıqların bu gün meydanda at oynadırlar.

  9. Sahin bey. özunu yorma, bu adama ne basha salmaga calishirsan ?

  10. Eleykume Salamlar… Resul muellim bir vetendashin salamini almadan onun fikirlerine qarshi bele aqresiv reaksiya vermeyinizi Size yarashdira bilmedim…Birde bu sayt hansisa ishe goturulme muessesinin sayti deyilki men bura tercumeyi halimi yazim..Bura Resul Quliyevin bloqudu..Mende bir oxucu kimi bu bloqda geden prosesleri izliyib oz fikrimi Siznen paylashmisham… Eger sizin fikirleshdiyiniz kimi 80 % azerbaycanli yemeye bir parca corek tapmirsa,vallah hec onlarin Sizin yaratdiqiniz muqavimet herekatina ehtiyaci olmaz…Hami bir nefer kimi kucelerede tokuler,oz haqlarinida teleb eder ve s. her halda bu gunki gunde Siz dediyiniz kimi hec bir sahede hemcininde metbuatda azadliq yoxdursa ,inandirimki bir cox xarici metbuatlar var ki bu catishmamazliqlari ishiqlandirar… Fersizlerdende uzr istemeye firim yoxdu.. Cunki onlar Azerbaycanin gozle gorunmeyen faizleridir.. Birde Sizincun belke deyerli oxuculardan olan shahin ozturke demek isteyiremki sen ele YASHAMAQ UCUN YEMEYINDE OL !!!

    • meən elə YAŞAMAQ ÜÇÜN YEYƏNLƏRDƏNƏM sən heçdə narahat olma XALQIMIZIN TAPILMAZ TİKƏSİ OLAN 20% içində olan FƏRASƏT MÜÜƏLİM SİZ VƏ SİZİN KİMİ DAHİLƏRƏ XALQIMIZIN ÇOX EHTİYACI VAR ÖZÜNÜZƏ YAXŞI baxın BU GÜR MƏNASIZ VƏ İŞƏ YARAMAZ BLOQLARA GİRİB dəyərli vaxtinizi itirməyin fərasətinizdən istifadə edib qarabağı azad etmək haqda düşnün yoxsa Rəsul quluyev və onun ətrafındakı fərasətsizlərlə dialoqa girmək sizin nəyinizə lazım.İCAZƏ VER BİZ FƏRSİZLƏR ÖZ aramızda boş -boş dialoqlarla vaxtımızı öldürək olar FƏRASƏT BƏY ! qarşıdan gələn yeni ildə sizə fərli işlərinizədə FƏRASƏTLİ GÜNLƏR diləyirəm SALAMAT QALIN! ALLAH HAMIMIZIN KÖMƏYİ OLSUN AMİN.

    • Sizə fikirlərinizi bildirməyi heç kim qadağan edə bilməz və etmir.Sadəcə olaraq biz Azərbaycandakı vəziyyəti müzakirə edirik, sizin hansı respublikadan söhbətin getdiyini yazmağınız məlum deyildir. Əgər siz qohum əqrəbadan pul yığıb rüşvət verməklə vəzifəalmaq və ya bizns açmağı fərasətin nümunəsi kimi göstərirsinizsə vay bizim halımıza.Əgər bu işi rüşvətsiz görməyin mümkün olduğunu deyirsinizsə onda başqa respublikadan danışırsınız.Ona görə bioqrafiynız lazımdır bilək görək siz hansı ölkəni nəzərdə tutursunuz.Bioqrafiya soruşmaq məgər qəbahətdir.İnsan tərümeyihalını ancaq səbəb olsa gizlədər.

  11. Samir bəy, başa düşmədim, Sizin fikirinizcə azərbaycanda sivil demokratik cəmiyyət çoxdan qurulub və xalqın rifah halı qənaətbəxşdir ? Siz bunu demək istəyirsiniz ? İnciməyin ama mənə elə gəlir ki, təfəkkürünüz AzTv1 -ə daha yaxınıdr.Fərasətiniz isə ona uyğun. Fərasətə gəlincə öz sahəm üzrə diplom və beynəlxalq sertifikatlarım, ən iri şirkətdə işim, bütün şəraitim var. Ama cəmiyyətin sivil və demokratik olduğunu desəm şəxsiyyətimi mənəviyyətimi itirmiş olaram. Bu belə deyil. Yuxarıda yazdıqlarımı işi pulu maşını itirib yenidən almaq olar ama mənəviyyəti itirsən onu yenidən almaq olmur. Çalışın onu itirməyin. Mübarizə 64 yaşı olan Rəsulun nəyinə lazımdır ? O Azərbaycanın gələcəyindən danışır. Priambulanı oxuyun. Nəyin düz olmadığını loru dildə bilmək istəsəniz mən onları bir-bir sayaram. Əminəm ki aylıq dövriyyəniz 3-5 mini keçmir. çox demirəm 10 min manatlıq mal gətirin gömrükdən keçin. Gedin məsələn azad sahibkar kimi ölkəyə banan gətirin. Normal maldır da ölkədə istehsal olunmur. Gətirə bilərsiniz ? Bu elemntar sual qarşısında sarsılmış olmayasınız. Bax elə bu adətən süfrənizdə gördüyünüz banana görə mübarizə aparsanız 7 nesle dolananızı qazamatda görərsiniz. Bu saqydıqlarım dəryada damladır damla. Bu hala normal deyirsinizsə Sizə hər hansı cavab verməyə enerji itirməyi düzgün hesab etmirəm.Polemikaya qoşulmaq üçün informativ bilgilərinizi daha artırmağınızı tövsiyyə edirəm. Mühacirətdə olan adamdan Qarabağda mübarizə istəyinizə isə gülməkdən başqa reaksiya verə bilmirəm. Deməli əlində topu tüfəngi nefti olan bir sürü oğru quldur Qarabagda bir qələt edə bilmir və Siz onlardan 5 əl ilə razısınız ama mühacirətdə olan Rəsul Quliyev oradan nəsə etməlidir ? Bu anormal yanaşmadır. Sözlərimi şəxsinizə təhqir hesab etməyin lütfən. Demokratik guşə olduğundan mən də öz fikirimi bildirirəm.

  12. Məncə Samir kimi insanların fikirlərini uzun-uzadı müzakirə etmək indini işi deil…….Artıq Hedef genclər təşkilatı Müqavimət hərakatına qoşulmuşdr…İnanıram ki bu qoşulmalar ardı kəsilmədən davam edəcəkdir.. Başda Rasul müellim olmaqla hamımıza Azərbaycanımızı parlaq gələcəyə aparan bu yolda uğurlar arzulayıram……

  13. Resul bey men tercumeyi halimi hansisa sebebden gizletmemishem ve gizletmek fikrimde hec yoxdu. Cunki kimnense ne qorxacaqim ne de cekineceyim var.. Men Quliyev Samir 1981 ci ilde Baki sheherinde anadan olmusham.Eslim Ordubaddandir.. Bombucu Qulunun nevesiyem.. Sorushsaniz eger Bombucu ne demekdir cavab olaraq indiden deyim ki , Ordubadda kerpic formasinda olan coreye bombu coreyi adlandirirlar.. Ordubad camaatida bu leqebi ona gore babama verib ki , o 1941-1945 ci muharibe illerinde corek sexi olduqunnan pulsuz , temennasiz shekilde camaata corek paylayirmish.. Bu gunki gundede Ordubad haqqinda neshr olunmush ensiklopediyalarda, cap olunmush kitablarda onun adini boyuk herflerle yazib yad eliyiller.Bununlada men ancaq fexr ede bilerem. 1987 ci ilde orta mektebe gedib 1997 ci ilde mektebi bitirmishem. 1997 ci ilde dovlet inistitutuna yiqdiqim bal yeterli olmadiqinnan tehsilimi ozel universitet olan Odlar Yurdunda davam etdirmishem. Tebii ki 4 illik telebe heyatimnan sonra 2001- ci ilde heqiqi xidmete caqirilmisham.. Bununda laiqince ohdesinnen gelib 1 il vetenime qulluq etmishem.. Esgelikden sonra vacib arzularimdan olan magistratura pillesinide bitirmek ucun yeniden imtahan verib Baki Dovlet Iqtisad Universitetine daxil olmusham.. Ve onuda 2004 cu ilde bitirmishem .. Bu gunki gundede Dovlet meni ishle temin edib ve mene maash ayirib.Bilmek isteyirsinizse maashim 300 manatdir.. Sovet dovrunnende demir qarajimiz olub o qarajida demir veziyette yuyucu kimi ishe salib 400 manata kiraye vermishem.. ..Bu menim qisa bir tercumeyi halimdir..
    Kecek indi ikinci meseleye Sizin en cox vurquladiqiniz rushvetxorluq meselesine.. Men temamile Siznen raziyam.. Bu bu gunki gunde iqtidarinda bu mesele ciddi nezaretindedir…Beli rushvetxorlar var , ancaq bunu butun hamiya shamil etmek olmaz.Rushvetxorluqla hami mubarize aparmalidi. Amma menim fikrimce birinci novbede rushvet alani yox rushvet vereni cezalandirmaq lazidi.. Cunki RUSHVET TEKLIF EDENIN XEYIRI RUSHVET ALANIN xeyrinden daha coxdu.. Bu gunki gunde yol hereketlerini pozmayanlari DYP saxlamir.. Pozanlari saxladiqda birinci eshitdiyi soz o olur “hormet eliyim gedimde”.. ve o bilir axi polis onu pratakollashdirsa o na daha boyuk cerime gozleyir .. buna gorede rushvet teklif etmekde maraqini gudur.. ve yaxudda deyiller muellimlerimiz telebelerden imtahan ucun pul istiyir… bizde telebe olmushuq Resul muellim bizde bunlari gormushuk.. bulara men inanmiram.. Derslerini muveffeqiyetle oxuyan savdli bir telebeden rushvet istemeye hec bir muellim curet ede bilmez..Lap muellim rushvetxor muellim olsa bele.. rushveti muellime telebe teklif edir cunki ders oxumaqa meyli olmayib ve bu yolla ishini ashirdmaqa calishir.. muellim goturmeyende mecbur eliyir, elli adama xahish eletdirir ,zeng vurdurur axirda oz isteyine hansisa yolnan nail olur.. sorada muellim olur rushvetxor.. Axi ay telebe sen niye oxumursan ki ,niye derslere girmirsenki sonda kimise cinayete surukleyirsen.. bashqa bir stat getirim o gun Size yazanlardan biri yazirki pencere oyuqunun qapi ile evezlenmesine vetendashdan 15000 manat pul isteyibler.. sen bunu hardan bilirsen adama sorushallar.. demekki vetendash bilirki bu gunki gunde onun evinin deyeri deyekki 40000 dir ve o pencere oyuqunu qapi ile evez etse o bunu sabah 150000 e satacaq .. ona gore o bununcun bu yolu rahat bilib maklerlernen danishiqa gedir.. Axi biz bunu etmek ucun daha asan yolumuz var.. Erize sheklinde yerleshdiyi rayonun rehberliyine muraciet unvanlamaq olar.. Rehberde belkede hec xeberi olmayan bir ishden xeberdar olar ve size oz reyini bildirer.. Bunu bizim bezilerimiz etmirik cunki erinirik.. pulu verib ishi gordurmeyi daha rahat bilirik.. Bularin qarshisin almaq lazimdi Resul muellim rushvet teklif edib maraqlarini gudenlerin. soradanda bir iki rushvetxoru tapib ortaya cixartmax asan olar..
    men demishem ve yenede deyirem men bu gunki iqtidardan naraziliqim yoxdu..ozumu taniyannan bu gune qeder ozume qarshi hec bir qanunsuzluqnan rastlashmamisham.. Buna gorede bu coreyi itire bilmerem..Ozunu Demokratik hiss etmek isteyen bir kes hetta demokratiyasi olmayan bir olkede bele demokratik ola biler.. buna yalniz savad ve urek lazimdi..
    Demokratik Azerbaycani demokratiyasiz adlandirmaqi absurd sayiram.
    Hormetle Samir

    • Samir, sen deyesen Azerbaycandan yazmirsan ve seenin yazdiqlarinin hec biri de duz deyil ( tercumeyihalini deye bilmerem)
      Butun dediklerin ise oz sozunle desek absurddu. Bunu ozun de bilirsen.
      Bunun subuta ehtyaci yoxdur, cix camaatinarasina, qulaq as gor ne danishirlar
      Seninkimiler ise ,etiraf elemek isteyirem ki, Azerbaycanda yeterincedir…
      Siz neyinse xetrine ..dinmirsizz
      Amma inan ki, bir gun seninde evini ve qarajini sokecekler…
      onda demokratiyani yada salarsan
      ne ise..
      Allah bize komek olsun, vaxt gelecek her shey yerine oturacaq…

  14. Samir tərcümeyi halını yazdığınıza görə çox sağ olun,hyf hansı dövlət işində 400 manata qulluq etdiyinizi yazmamısınız.Rüşvət barədə yazdıqlarınız o qədər bəsit və reallıqdan uzaq fikirlərdir ki, o barədə müzakirə açmaq lüzumsuzdur.Ümumiyyətlə siz həyatda ambisiyası olmayan,taleyinizin verdiyinə şükür deyən fəlsəfəsi ilə yaşamaq istəyən şəxsə oxşayırsınız. Sizi özündə inam hiss edib hansı isə bir arzusunu həyata keçirmək istəyənə oxşamırsınız. Ona görə insanların ümumi və şəxsi azadlıqlarına biganəsiniz. Sizin yolunuzla azadlıq uğrunda mübarizə aparan gənclər arasında fərq böyükdür.Mənim bloqumda sizin fikirlərinizə simpatiyası olacaq adamla rastlaşmanız çətin olacaq.Fikirləşmirəm sizin kimi pulu olmayan bir cavanı sevə sevə təriflədiyin hökümətdə sıralarına qəbul edə.

  15. 100% raziyam Rasul beyle!!! Bu Samirin yazdiklarindan dusunurem ki real heyatindan uzah bir insan….

  16. Sahsen men iki universitetini bitirmisem hem de her birini Azerbaycanin kenarinda bu gun Azerbaycanda ozume is tapa bilmirem!!! Artih dedim gedim insaat sektorunda fehle istiyim orda daaaaa adamin gereh adamin olsun, olmadiysa yer yohtu bizim sirada!!!
    Men bir genc kadr olarah Azerbaycandaki naqliyyet uzere en boyuk proektlerden birini sehsen ozum bashliyib butun hesablasmasini,shemlerini yaradmisam ve bu proyekti heyatina keciribler amma meni bayra tulluyublar cunku hegigi savatti adam hemen dovlete serf elemir!!! Ozune guvenen,oz huguglarini bilen insan her yerde oz sozunu deye biler!!!
    Bu ise Azerbaycanin hokumetine lazim deyil.

    Gonsu Turkiyede gardas deyen olkede da artih bunlari bililler ve ancah bizim halg ucun yazihlari gelir!
    Balaca misal – turklerin bir nece holding var Azerbaycanda addiy fehlelere istiyipler maasini oz turk vetendeslara kimi artirmah, ki azerbaycan millet yahsi maas alsin yahsi dolansin hemde yahsi isini gorsun. Bizim hokumet deyir olmaaaz bizimkilere coh maas vermiyin guduracahlar. Demeli ozderi her sey eliye bileller amma biz eliye bilmeyecih ele sayillar?!
    Olsun,
    Her isinin oz vahti var,nece deyeller ALLAH Gumus gapini baglarsa Altin Gapini acar.
    Rasul bey! Biz ki varih, jin kimi oglanih, her seyi yola goyarih.

  17. Salam . Men demek istiyirem ki Samir kimiler coxdu Azerbaycanda cunki onlar papalarin pullariynan wellenendiler . Resul muellim siz ele mama ushaqlariynan vaxtinizi cox aparmayin onlar weytandir!! cunki men burda azerbaycanda bunlari gorurem Samir kimileri INWALLAH baxariq gorerik azad Azerbaycan Musteqil Soz Azadliqi Vetendaw Huququ berpa olandan sonra goresen Samir kimilerin hali nece olacaq ? Resul muellim siz fikir vermeyin bele savadsizlara yenede sizi salamlayiriq ve size guvenirik saqolun !

  18. Samir genc de olsa gözel basha dushur ki, Azerbaycanda ireli getmeyin bir yolu var, mövcud hakimiyyete xosh gelen ifadeler ishletmekle diggeti celb etmek………….

  19. Salam hömətli cənablar!Hər kəsin öz düşüncəsi,həyata baxışı,vətən,millət qarşısında vicdanı var!Millətinin ah-naləsini eşitməyən kar,hüquqlarının tapdalanmasını görə bilməyən kor olar!Hər məsələdən xəbəri olub özünü düşünən adam isə ən azı vicdansız,nankor olar!Bəs belələri olmasa görəsən millətin hər hansı problemi olarmı? Ola bilərki Samir gəncdir,qafası bu səviyyədə çalışır.Bəs xalqının hesabına deputat kreslolarında əyləşib millətin öndərlərinə şər-böhtan atan üzdəniraqlara nə nə ad verək?Və yaxud adını müxalifət qoyub vicdanını pula satanlara nə ad qoyaq.Allah M.Ə.Sabiri rəhmət eləsin,”Kim nə deyər bizdə olan qeyrətə?Qeyrətimiz bəllidir hər millətə!Sair bunları elə belə yazmayıb ki. Mən rəva bilmərəm ki,Sizlər vaxtınızı belə fərasətli filankəslərə sərf edəsiniz!
    Hamınızın yeni iliniz mübarək olsun!Hamılıqla arzunuza çatasınız 2012-ci ildə!

  20. Salam hormetli RESUL severler RESUL MUELLIMIN simasinda sizlere 2012 ci ilde can saqliqi,gozel elhval -ruhiyye,bol,ruzi,bol bol sevgi veher birimizin sevimlisi olan RESUL MUELLIMLE AZERBAYCANDA goruw arzulayiram ve buna inaniram. Bu eziz gunde samirlere vaxt ayirmaqa deymez.Bir adaminki, fexr edeceyi yegane iw 1941-45 de babasinin faliyyetidi oda hele bilmek olmaz ne…..samir daniwdiqi naqilin evezinde oyrenseydi kimler Qarabaqi satib hakimiyyete gelmek ucun onda Qarabaq haqqinda suali kime unvanlamaq lazimdi yaxwi bilerdi.Birde onu bilmek lazimdi ki AZERBAYCANIN yeralti,yerustu ne serveti varsa onu ALLHTALA butun azerbaycan vetendawlarina ermaqan edib ,tek bu kianin numayendelerine YOX .utanmirlar bu qeder gelire qarwiliq orta ayliq emekhaqqini 150 manat edibler ,onuda gunde 150 defe milletin bawina vururlar.
    Azərbaycan paytaxtı Baki İstanbul, Afina, Praqa, Barselona, Frankfurt kimi şəhərlərdən bahalıdır.Dünyanın ən bahalı şəhərlərinin yeni reytinqi açıqlanıb. “APA-ECONOMICS”in xəbərinə görə, reytinq cədvəli “Mercer Human Resource Consulting” şirkəti tərəfindən tərtib olunub.Bakı siyahıda 36-cı yerdə qərarlaşıb. Azərbaycan paytaxtının cədvəldəki qonşuları Hollandiyanın Amsterdam və Slovakiyanın Bratislava şəhərləridir. Qardaş Türkiyənin İstanbul şəhəri isə 44-cü yerdədir.
    Reyting cədvəli tərtib olunarkən 200-dən artıq məhsul və xidmətlərin dəyəri, o cümlədən mənzil kirayəsi, ərzaq və benzinin qiyməti nəzərə alınıb. Etalon olaraq ABŞ-ın ən bahalı şəhəri olan Nyu-York götürülür. 2011 ci ilde Nyu-York 8-ci yerdən 27-ci yerə düşüb.Bu gosterici ile 150 manatla kim nece yawamalidir samir bey.Her kesin senin kimi babasindan qarajl yoxdur axi ki,kiraye verib 400 manat alsin onuda ozune feraset sansin.neyse sene bunlari anlatmaq cox cetindir…sen oz anpulanda muveqqetide olsa xowbextliyini yawa….

  21. Salam !
    Samir , sen bu hakimiyetde razi ola bilersen , cunki atan nece iller Baki seher ticaret departamentinin reyisi olub. yeqin ki demir moykanizda ovaxtdan qalib. bu zemanede corek tapa bilmeyenlere sen aciz baxirsansa sene deyilecek soz tapa bilmirem.
    hele sen Rustem Behrudi kimi sairin kurekenisen , hec olmasa ondan utanib yazmazdin o sozu.

  22. Gardashlar, abiler, bacilar, Azerbaycanin siyasi uguru bir tunelden kecir “sosial dovlet”-in yaradilmasindan. Bu tip dovlet sistemini yaratsaq, sosial igtisadi sahede kifayet geder yukselish elde edeceyik, bunun ucun elbette dogru duzgun edaletli maliyye siyaseti yurudulmelidir, gelirlerin beraber bolusdurulmesi ile vergi siyasetini tenzimleyerek ve “her kes vergi versin” suari ile budceye odenilecek vergilerin yalniz ve yalniz vetendaslarin sosial mudafiesine (bunun ucun ise paytaxt ve butun rayon ve kendlerde sosial gurumlar–bununlada yeni ish yerlerinin acilmasi ve hegigetende 1 milyona yaxin is yerlerinin sadece bu sahede acilmasina nail olmaq olacaq), tibbi sigortasina yoneldilmesi ile insanlarin sosial rifah halinin yukselmesi (insan ozunu insan kimi hiss edecek, vetendash bilecek ki dogrudan da vetendas kimi butun huguglari temin olunur) ve hegigeten sosial inkisafa nail olmaqla avropa yasayis standartlarina cata bileceyik. Once dediyim sosial strukturlar avropada “cpas” adlanir, yani sosial yardim ucun ictimai shobe” bu shobeler butun yerli idareetme organlarinda acilmalidir, icra hakimiyyetleri legv olunmalidir..yerli idareetme organlarinda sedr ve muavinleri seckiler yolu ile secilmelidirler. Bir daha deyirem “SOSIAL YARDIM UCUN ICTIMAI SHOBE” . tesevvur edin olkenin butun rayon ve gesebelerinde, baki seherinin butun rayon beledeiyyelerinde bu tip sturkturun yaradilmasi ile ne geder ish yeri acmaq mumkundur, ve ilkin olaraq avropadan seminarlar kecirilmesi ucun bu sahede calisan insanlari devet etmekle gisa muddete maariflendirme islerine yekun vurmaq olar, ve ikinci bir mesele, bu gurumlarda islemek ucun 2 illik tehsil muessesiesi acmaqla elave ish yerlerinin sayini bir daha artirmaqla hegigetende “sosial dovlet” gurmaq olar ki vetendash ozunu sahibsiz hiss etmesin, eger global igtisadi bohran olkede hiss olunursa ve ya hec hiss olunmursa , eger bir vetendash ish yerini itirirse ve o ishlediyi muddetde dovlete emek haggindan vergi deyirse ish yerini itirdikden sonra mutleg yeni ish tapana kimi her ay dovletden 700 vey a 1000 manat hecminde “issizlik pulu” almalidir.. Vetendash cibinde pasport gezdirirse o bu pasportun verildiyi olkede ozunu igtisadi sosial cehetden serbest hiss etmelidir, arxayin olmalidir ki arxsainda “ata” si var, o atanin ismi “dovlet” dir. sahibsiz, gunemuzd isleyen sabaha umidi olmayan insan vetendash deyildir, o sadece allahin yaratdigi insandir, ademdir..vetendashla insan ifadesinin mehz fergide bundadir.. her halda siyasi mensublug vetendash ifadesinde oz eksini tapir.. Men o shexsin gareshisinda bas eyecem, ve ona omrum boyu destek olaraq elimden gelen her bir ishi icra etmeye , yardim etmeye haziram ki, Azerbaycanin vetendaslarini, Azerbaycan xalgini, Azerbaycan milletini vahidlesdirsin, ve dediyim “sosial dovlet” i gursun..

  23. Men ozum Brusselde shexsen bele bir grurmda calisiram. CPAS d’Evere.. Evere kommununda (belediyyesinde-sosial shobede)..her gun belke 30-40 vetendash, hetta olkeye gelmish gacgin gebul edirik (hansi ki gacgin kimi taninib). Bu sihi gormekden, insanlara yardim etmekden ve eger bunu bacariramsa tanrinin lutfyle seref hissi kecirirem. Cunki bu sistemden men ozumde behrelenirem..

    Yusif Bayramov, Brussel, Belcika, commune d’Evere.

  24. resul beye salamlarimi yetirirem, onun bacarigli ish adami , siyasetci oldugunu bilirem, ve onuda bilirem ki Resul bey dogrudan da Azerbaycanda edaletli sosial dovletin yaradilmasini isteyir..Bu yolda onunla varam, ve emekdashlig etmeye haziram; Brussel avropanin paytaxtidir, butun siyasi institutlar, avropa birliyinin gurumlari burda yerlesir..gelecekde muxtelif gorush ve layihelerin kecirilmesinde yardimci olmaqla oz tohfemi vermek isteyirem.

  25. salam Rasul muallim!sizin 2013 cu ilde prezident seckilerinde istirak etmek niyyetivizi alqishlayiram ve arzu edirem ki xalqimiz bu reshimden xilas olsun!

  26. Salam,Resul bey Musavat gezetinde sabig daxili ishler naziri Vagif Novruzov sizin hagginizda bezi sheyleri deyib,Eli Omerovla birge ona garshi dushmencilik aparmag emeliyyati,buna bir munasibet bildirernizde zehmet olmasa,o deyilenler duzdurmu?

Ismail üçün bir cavab yazın Cavabı ləğv et