Rəsul Quliyevin Almaniya Səfərinin Yekunları Barədə Açıqlaması

“Bu gün bu hökumətin dilinin belə qısa olmasının səbəbkarlarından biri də biz özümüzük, çünki öz haqlarımızı tələb etməyə cəsarətimiz çatmır”

“Fikrimcə Azərbaycanda Fransanın nə barədə qanun qəbul etdiyini bəzi adamlar dərindən başa düşmür. Bir çoxları düşünür ki, bu qanun soyqırımı qəbul edən qanundur”. Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Fransa erməni soyqırımını tanıması barədə qərarı 11 il bundan öncə 2001-ci ildə qəbul edib. Ondan başqa dünyanın 20 ölkəsi də belə bir qərar qəbul edib və onların içərisində Almaniya və Rusiya da var: “İndi Fransanın qəbul etdiyi qanun insan haqları il əlaqədardır. Fransa insanların fikrinə, düşüncəsinə qadağan qoyub. Yəni Fransa vətəndaşı soyqırımı qərarının düzgün olmadığı və ya onu qəbul etməmək barədə düşünə bilməz və fikirlərini deyə bilməz. Budur əsas problem. Budur insanın hüquqlarını kobudcasına pozmaq.
Azərbaycan hökumətindən biz bu qanunun əleyhinə qətiyyətlə çıxmağı tələb edirik. Ancaq düşünmürük ki, hökumət bu addımı ata bilməz. Ondan sadəcə olaraq soruşarlar: “Əzizim sən öz ölkəndə insanların elementar hüquqlarını hər gün tapdalayırsan, beynəlxalq təşkilatların tənqidlərini qulaq ardına vuran 5-10 ölkədən birisən. Sənin nə ixtiyarın var qlobal insan hüququndan danışasan. Get əvvəl vətəndaşlarınla quldarlıq quruluşundakı kimi rəftarına son qoy, sonra səsini çıxardarsan”. Bu gün bu hökumətin dilinin belə qısa olmasının səbəbkarlarından biri də biz özümüzük, çünki öz haqlarımızı tələb etməyə cəsarətimiz çatmır”.R. Quliyev Almaniya səfərinin yekunları barədə də açıqlama verib. O, deyib ki, axırıncı 3 görüşlə səfərinə yekun vurub. Almaniyada Yaşıllar Partiyasından Memet Kiliç,

Almaniya Bundestaqının Deputatı Memet Kılıçla Görüş

Sosial Demokrat Partiyasından (SDP) Kristof Strasser

Almaniya Bundestaqının Deputatı Kristof Ştrasserlə Görüş

və Azad Demokratlar Partiyasından (FDP) Sərkan Törənlə

Almaniya Bundestaqının Deputatı Sərkan Törənlə Görüş

görüşləri əvvəlki kimi dərin fikir mübadiləsi aparılıb. ACP lideri deyib ki, görüşlərdə Azərbaycanda demokratiyanın bərpası üçün bütün aspektlər müzakirə edildi, Azərbaycanda seçkini saxtalaşdıran hakimiyyətin daha da amansız olduğunu vurğulayıb: “Mən qeyd etdim ki, keçən ilin aprelində müxalifət qüvvələrinin protest mitinq keçirmək cəhdi, çoxsaylı polislər tərəfindən amansızlıqla dağılması ilə yanaşı heç bir günahı olmayan onlarla mitinq iştirakçılarının həbs edilməsi ilə nəticələnib. Bütün ölkələrdə olduğu kimi bir neçə saat sonra onları buraxmaq əvəzinə heç bir günahı olmayanlara orta hesabla 2-3 il iş veriblər. AXCP-nin sədri Əli Kərimliyə heç bir əsas olmadan pasport verilmir, faktiki olaraq Azərbaycan adlanan zindandan xarici ölkələrə səfər etməyə icazə verilmir. Deputatlar Azərbaycanda demokratiyanın bərpası yolunda xalqın yanında olacaqlarına söz verdilər”.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

13 Cavab to “Rəsul Quliyevin Almaniya Səfərinin Yekunları Barədə Açıqlaması”

  1. İndi ciddi və müsbət fəaliyyət vaxtıdır.

  2. YAP-ın 560 min üzvü var.Bunların müəyyən faizini mügənni-artisdir təmsil edir,müəyyən faizi işsizdir,əksəriyyət faizi işləsə də məcburi təmsil olunanlardır.
    Amma lazım olsa meydana 2-3 min adamdan artıq çıxara bilməzlər,yəqinki?
    Bəs 40 –dan artıq siyasi müxalifət partiyalarında ümumilikdə nə qədər üzv var?
    Hakimiyyət düşünür ki,əhalinin əksəriyyət faizini fəhlə və sair insanlar təşkil edir ki,onlar üçün də fərqi yoxdur hansı hakimiyyətdir.Əslində burda bir reallıq var.Yəni savadsız olan bu təbəqə fikirləşir ki,mənim üçün nə fərqi,mən hər iki halda fəhləliyimdə,kasıbçılıgımda qalacam.Odur ki,onlar heç bir partiyanı təmsil etmək istəmirlər,çünki Demokratiya anlayışından da xəbəri yoxdur.Amma bu biçarə billət başa düşə bilmir ki,Hakimiyyət qapazı hamı üçündür,həm maddi həm də mənəvi cəhətdən.Ayrılıqda hamı Hakimyyət sistemində bogulur,təqiblərə,haqsızlıqlara məruz qalır.
    Məncə müxalifət yalnız Hakimiyyəti söyməklə,mitinqlərlə qorxutmaqdan əvvəl ilk öncə özünü möhkəmlətməlidir.Bəyanatları ilk əvvəl xalqa qarşı yönəldərək,xalqı özünə tərəf çəkməlidir.Amma necə çəkməlidir sualı tam şəkildə izah olunmalıdır.
    Ziyalılar Forumu yaranıb,cəmi 5-6 üzvü var.Azərbaycanda Demikratiyanın bərqərar olunmasına
    çalışan xarici qüvvələr bu mənzərəyə baxıb bəlkə də bizə gülür və fikirləşir ki,dogrudanmı Azərbaycanda elə 5-6 nəfər ziyalı var.
    Odur ki,müxalifət Hakimiyyəti yıxıb Prezident olmaq xəyallarını kənara qoymalıdır.
    Hələlik paxıllıq,riyakarlıq,gözgötürməməzlik,biri-birinə qara yaxmaq,mənəm-mənəmlik hissilərindən uzaqlaşıb bir məqsəd üçün birlik yaradılmalıdır.
    Bir sözlə xalqı birliyə çagırmaq lazımdır!

  3. Geci tezi bütün millətlər demokratik idarəçiliyə qovuşacaqlar.
    2011-ci ildə 5 ərəb ölkəsində avtoritar rejimlərin süqutu göstərirki
    demokratiya bəşəriyyətdə sonuncu mərhələdir.2012-ci ildə isə avtoritar rejimlərin süqutu siyahısında çox güman ki,Azərbaycan da təmsil olunacaqdır.Amma dünyada gedən bu proseslərdən nəticə çıxarmayan Azərbaycan Tiranlıgı biganənəliyilə ədalətsiz hakimiyyət sistemlərini zorakılıqla davam etdirməyə çalışırlar.
    Ərəb Baharının nailiyyətlərindən və bu istiqamətdə Amerikanın atdığı müsbət addımlardan danışan, hər zaman azadlıq arzulayan insanlarla çiyin-çiyinə dayanacağını vurğulayan Amerika Prezidenti Cənab Obamanın sözləri bunlar üçün bir ərmagan olmalı və bunda agıllı nəticə çıxarılmalıdır!

  4. İran hökumətinin ABŞ-na qarşı indiki iddiaları ilə Azərbaycan Hakimiyyətinin xalqa qarşı iddiaları çox bənzərdir.Və hər ikisi 2012-ci ildə çox böyük təhlükə qarşısındadır!Hər ikisində də nəticə çıxarmaga şansları var!

  5. Rəsul bəy poliqon az sayıtında sizin Əli Kərimli ilə razılaşdiqınız və ona dəstək verəcəyinizi bildirilib. birdə, bia az, xəbər sayıtı ilk öncələri hərakat və sizin haqınızda olan məlumatları ilk olaraq yayımlayırdı , amma, indi heç bu mövzuda xəbərlərə yer ayırmır fikirlərinizi bölüşdürməyi xahiş edirəm.

    • Mən heç kimlə heç bir razılaşma söhbəti aparmamışam və aparmaq niyyətimdə yoxdur.

      • Rəsul müəllim,məncə birliyimiz vacibdir,lakin fərqi yoxdur bu addım kim tərəfindən atılır!Belə bir mühüm məsələdə xalq bir olmalıdır.Eyni zamanda bu birliyin,Bakı küləyi kimi bir neç səmtə əsən bəzi müxalifətin düz yola çəkilməsində tərbiyəvi rolu böyükdür.Demokratiya uğrunda,xalqının azalıgı ugrunda Müqavimət hərəkatına qoşulmayanlar təbii ki,xalqa qarşı çıxan nankorlar ola bilər.

      • Hörmətli Rəsul müəllim,Bildiyiniz kimi Rusiya prezident seçkilərində iştirak üçün 5 namizəd qeydiyyatdan keçib:
        Bunlar baş nazir Putin, kommunistlərin lideri Gennadi Züqanov, “Ədalətli Rusiya” Partiyasının sədri Sergey Mironov, liberal demokratların rəhbəri Vladimir Jirinovski və milyarder Mixail Proxorovdur.
        Bir dəfə Prezident,iki dəfə isə Baş Nazir olan V.Putunin Azərbaycanın dövlətçiliyində,eyni zamanda QARABAGIMIZIN həlli problemində,baxmayaraq ki,bu problemin açarı Rusiya olsa da,müsbət rolu olmayıb.Jirinovski isə “əbləhin” biridir onun haqqında söhbət etmək belə bizə yaraşmaz.
        Sizcə bu 4 nəfər Rusiya Prezidentliyinə namizədlərdən hansının Azərbaycan üçün əhəmiyyətli olacagına üstünlük verərdiniz?
        Seçkidən kənarlaşdırılan “Yabloko” Partiyasının lideri,eyni zamanda QƏRBİN ADAMI SAYILAN Qriqori Yavlinskinin V.Putinə qarşı ziddiyətli,prinsipial təzyiqləri Qərbin,eyni zamanda YƏHUDİ milyarderlərinin vasitəsi ilə nə dərəcədə mümkündür?

  6. Ziyalılar Forumu Fransa Senatının qərarının əleyhinə keçirəcək mitinqdə hamı iştirak etməlidir!Bu Türüyəyə qardaşlıgımızı bildirməklə yanaşı birliyimizə nümunədir.Həm də xalqın oyanışında cürərdir.Hamının bir nəfər kimi mitinqdə iştrakı vacibdir!

  7. telqraf az

    İsa Qəmbərin Rəsul Quliyevə baş nazir postu vəd etməsi, Pənah Hüseynin isə eks-spikerin təmsil olunduğu blokun seçki qərargahına rəhbərlik etməsi hansı nazirin projesi olub?

    Azərbaycanın müxalifət düşərgəsində yenə də təlaşlı ab-hava yaranıb. Sonuncu parlament seçkilərindən sonra üstünlüyü ələ aldığını hesab edən “İctimai Palata”nın “ana müxalifətçilik” stasusu əldən çıxmaqdadır. Söhbət Demokratiya Uğrunda Müqavimət Hərəkatının ərsəyə gəlməsilə yeni bir situasiyanın yaranmasından və bunun öəlliklərindən gedir….
    5 partiya – KXCP, ALDP, “Azadlıq” , “Aydınlar” və Açıq Cəmiyyət partiyalarının bir araya gəlməsi İctimai Palatanın müxalifət düşərgəsindəki siyasi inhisarçılığına demək olar ki, son qoyub. Üstəlik, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) daha da genişlənəcəyinə dair açıqlamaları da nəzərə aldıqda müxalifət düşərgəsində hansı qurumun daha üstün mövqelərə sahib olacağını təsəvvür etmək də çətin deyil. Sözsüz ki, bütün bunlar İctimai Palata rəhbərliyi tərəfindən də hesablanır və DCUMH-nın artan reytinqinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edilir. Amma görünən odur ki, əl atılan vasitələr siyasi etika qaydalarına ziddir.
    Artıq İctimai Palatanın “ilhamverici qüvvələri” əks hücuma keçiblər və ortaya hansısa uydurma planlar barədə xəbərlər atılır. Məsələn, bu gün mətbuatda “Rəsul Quliyevin, yoxsa Kəmaləddin Heydərovun layihəsi?” başlıqlı məqaləyə rast gəlindi. Həmin yazıda qeyd olunur ki, eks-spiker Rəsul Quliyevin partiyasının (ACP) Müqavimət Hərəkatında təmsil olunması bu hərəkatla bağlı müxtəlif rəylərin meydana gəlməsinə səbəb olub. “Siyasi çevrələrdə yayılan rəylərdə bu hərəkatın R.Quliyevin bir neçə ay öncə həyata keçirməyə başladığı layihənin tərkib hissəsi olduğu iddia edilir. «Rəsul Quliyevin yenidən dirçəldilməsi layihəsi»nin özünün arxasında isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dayanması barədə pıçıltılar artmaqdadır. Bu iddia sahiblərinin fikrincə, hakimiyyətdəki Naxçıvan klanı hər ehtimala qarşı 2013-cü ilə hazırlıq görür. Bu hazırlığın da motivi budur ki, əgər hakimiyyətdəki ikinci soyad olan Paşayevlər 2013-ə öz namizədləri ilə getsələr, Naxçıvan klanı da Rəsul Quliyevin timsalında «ehtiyat variantını» işə salacaq” – deyə, yazıda qeyd olunur.

    Adamlar ən yaxın keçmişi unudublar. Unudublar ki, mühacirət etdikdən sonra Rəsul Quliyev bütün müxalif birliklərin mərkəzində olub. Yaxın keçmişdə “Azadlıq” blokunun mövcud olduğunu kim unudub ki? Görəsən həmin vaxt hansı plan icra olunurdu? İndi məhz Rəsul Quliyev faktoruna görə, Müqavimət Hərəkatının kiminsə layihəsi olduğunu iddia edənlər nə təz unutdular ki, 2005-ci ildə həmin bu faktor “Azadlıq” blokuna aid idi? Əgər məhz Rəsul Quliyevin təmsilçiliyinə görə Müqavimət Hərəkatı hansısa məmurun layihəsi hesab olunursa, onda ortaya belə bir sual çıxır: 2005-ci ildəki “Azadlıq” bloku kimin layihsi idi? Elçibəyçilərin “rəsulçu”ya çevrilməsinin “səbəblərini” axtaranlar 2003-cü ildə müsavatçıların neçə “rəsulçu”ya çevrildiyinin nədənini açıqlaya bilərlərmi? Hər halda, xatırlayanlar az deyil ki, 2003-cü ildə Rəsul Quliyevin adı İsa Qəmbərdən tutmuş Pənah Hüseynə qədər hər kəsin dilinin əzbərinə çevrilmişdi. Kim sifariş etmişdi bunu? Rəsul Quliyevin İsa Qəmbəri dəstəkləməsi, yaxud , 2005-ci ildə Pənah Hüseynin Rəsul Quliyevin təmsil olunduğu blokun seçki qərargahına rəhbərlik etməsi hansı məmurun projesi idi?
    Məsələyə başqa bir aspektən yanaşdıqda ortaya daha maraqlı bir nəticə çıxır. Deyək ki, lap Müqavimət Hərəkatına qarşı ortaya atılmış iddialar doğrudur. Onda normal məntiqlə hesab etmək olar ki, İctimai Palatada olanlar da «hakimiyyətdəki ikinci soyad olan Paşayevlər»ə xidmət edirlər. Hər halda, irəli sürülən ittihamlardan belə anlaşılır ki, İctimai Palatada olanlar Paşayevlərin 2013-cü illə bağlı planlarının pozula biləcəyindən narahatdırlar.
    Heç kəsə sirr deyil ki, Müqavimət Hərəkatının nüvəsini Klassik Xalq Cəbhəsi Partiyası təşkil edir. Bu gün Rəsul Quliyevin adından istifadə edərək məhz KXCP-dən İNTİQAM almaq çəhdləri də müşahidə olunmaqdadır. Bu da bir gerçəklikdir ki, əslində İctimai Palatanın müxalifət düşərgəsini “atalıq və analıq” qayğısı ilə əhatə etmək istəyinin reallaşmasını əngəlləyən məhz KXCP və onun sədri oldu. Məsələyə bir qədər dərindən yanaşdıqda, bu gün hədəfdə İctimai Palataya qoşulmaqdan imtina edən, hələ ötən ilin ortalarınan yeni bir hərəkata ehtiyac olduğunu bəyan edib və nəticədə bunu gerçəkləşdirməyə müvəffəq olan Mirmahmud Mirəlioğlunun olduğunu görməmək mümkün deyil. Rəsul Quliyevin adından istifadə edərək Müqavimət Hərəkatına qarşı atılan bütün addımlar əslində Mirmahmud Mirəlioğluna yönəlib. Sözünü açıq şəkildə deyə bilməyənlər görünür Rəsul Quliyev “kartından” istifadə etməklə KXCP sədrinə öz müsajlarını çatdırmağa çalışırlar. Amma bizcə uğursuz bir gedişdir. Eks-spiker Müqavimət Hərəkatında təmsil olunur deyə KXCP-nin hansısa layihənin iştirakçısı olmaqda ittiham etmək, məsələn, İsa Qəmbərin Rəsul Quliyevə baş nazir postu vəd etməsi kimi unudulmayan keçmişdən bir çox TARİXİ FRAQMENTLƏRİ ortaya çıxara bilər.

    P.S. Kim bilir, bəlkə də rəsulçular Elçibəyçilərə çevrildilər…

    • Öztürk bəy,əzizim,mən yenə də Əhməd bəy Agaoglundan bir kəlamı nəzərinizə çatdırmaq istəyirəm:”Pul və qorxu ilə ələ alınan adamların daxili ilə xarici arasında faciəli bir təzad və çəkişmə yaranır. Belələri, adətən, şeytana çevrilirlər. Xarici daxilindən incik və küskün olur, içi də çölünə lənət oxuyur. Daxildə daşıdıqlarını üzlərindəki maskalar inkar edir, üzlərindəki maskalara da içləri nifrət duyur.Belə adamların bu hala düşməsi cəmiyyət üçün ən qorxunc fəlakətlərdən, tutalım, zəlzələdən, tufandan, qasırğadan, vəbadan, düşmən tapdağından daha təhlükəlidir. Çünki bənzər maddi fəlakətlər nə qədər qorxunc olsalar da, əvvəl-axır, sovuşurlar”.
      Mən bir neçə dəfə şərhlərimdə qeyd etmişəm ki,neçəki Əli bəy İsa Qənbərin uydurma “İctimai palatasından”ayrılmayıb onun nüfüzuna xələl gələcək.Düz 20 ildir xalqın içərisində çaşqınlıq salan İsa bəy,Pənah bəylər varsa deməli bu cəmiyyət mənəvi xəstəliyindən azad ola bilməyəcək.Onlar Hakimiyyətin əlində bir vasitədir.Yalandan haray-həşir salıb Hakimiyyətə istefa qışqırıqlarına baxma.Nəzərinizə 1991-ci ildə olmuş bir əhvalatı çatdırmaq məncə yerinə düşər.May ayının 10-u idi,iki dostumla restoranların birində şam edirdik.Sonra təxminən gecə saat 23 iradələrində üçümüzdə gedib “QLAVPOÇTADA” H.Əliyevə təbrik teleqramı vurmagı qərarlaşdırdıq.Qlavpoçta girərkən İsa qənbərin oradan çıxdıgını gördük.Biz teleqrafçı qızlara yaxınlaşıb H.Əliyevin ad gününü təbrik eləməyimizi bildirdik.Teleqrafçı qız bildirdi ki,İsa Qənbər də H.Əliyevi təbrik üçün teleqram yazıb,istəyirsiniz verim köçürün.Təbii ki,bu bizim üçün maraqlı idi.Təsəvvür edin həmişə H.Əliyevin əleyhinə döşüyən İsa Qənbər teleqramında H.Əliyevi xalqının “igid oglu,Qəhraman oglu”və sair baldan şirin sözləri ilə təbrik edirdi.İndi başa düşdünüzmü İsa Qənbər kimdir? Mən Sizi inandırım ki,elə Elçibəyin də Hakimiyyətini yıxan,onun şərəf və layaqətinə ləkə gətirən,hörmətdən salan məhz İsa Qənbər,Pənahlar kimi şeytanlar oldu.
      Xalq bunları artıq yaxşı tanıyır.Hamı yaxşı bilirki “AGA QARA LƏKƏ YAPIŞMAZ”!
      Teodor Ruzevelt deyib ki:
      “Ayaq üstə ölmək, diz üstü yaşamaqdan yaxşıdır”.
      Belələri hər bir Hakimiyyət dövründə diz üstə sürünəcəklər inan mənə!

  8. MƏN BİLSƏM Kİ,İSA QƏNBƏR PREZİDENT OLA BİLƏR,VƏ YAXUD PREZİDENT SEÇİLSƏ O ZAMAN MƏN AZƏR TÜRKLÜYÜMDƏN İMTİNA EDƏRƏM!VAY ONDA BU MİLLƏTİN HALINA….

  9. Heyatda en boyuk arzum Resul beyi gormekdir,bunu bir ALLAh bilirki onun dovrunde biz nece gozel yasayirdiq,heyif AZERNEFTYAGDAKI direktor illerinizden,RESUL bey siz bizim qelbimizdesiniz hemise,,,bunu bele bilin

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: