“Böyük Qardaşlıq” Siyasəti Qardaş Ölkələri Ayırmağa Xidmət Edir

Özünü Türkiyə diplomatı kimi təqdim edərək Rəsul Quliyevə qarşı qərəzli mövqe sərgiləyən Turqut Ərin açıqlamalarına qarşı etirazlar davam edir. Redaksiyamız vasitəsilə Türkiyə səfirliyinə müraciət ünvanlayan ACP-nin Ali Məclisi Rəyasət Heyətinin müraciətini dərc edirik.

Türkiyə Böyükelçiliyinə 

Əziz Böyükelçilik nümayəndələri!

Bizə bu müraciəti qəbul etdirən ölkəmizin əsarət illərindən başlayaraq qəlbimizdə yuva quran Türkiyəyə sevgi və inam hisləridir. Xudu Məmmədov kimi ziyalılarımızın bizə aşıladığı bu sevgi indiyə qədər Türkiyəni Azərbaycan xalqının qürur qaynağına çevirmiş, “bir millət, iki dövlət” olaraq qiymətləndirdiyimiz əlaqələrimizdə, milli-azadlıq hərəkatında ən böyük mənəvi dəstəyimiz olmuşdur. Hazırda Türkiyənin bəzi siyasilərinin Azərbaycanla bağlı tutumlarının mətbuat orqanlarında tənqid olunması da ən çox bizi üzməkdədir. Milli hakimiyyət illərində o dövrün Türkiyə siyasilərinin Elçibəy iqtidarına qarşı tutduğu movqenin ortaya çıxarılması və bu gün belə qardaş ölkənin demokratik qüvvələrlə bağlı mübahisə doğuran siyasəti istər-istəməz onillərlə formalaşmış Türkiyə sevgimizdə dərin yaralar açmaqdadır. Xüsusilə Azpolitika.com saytında Türkiyə təhsilli şair-püblisist Heydər Oğuzun ürək yanğısıyla yazdığı “Türkiyə heç olmasa əlimizə-ayağımıza dolaşmasın” yazısı məni və sədri olduğum ACP Ali Məclisinin Rəyasət Heyətinin üzvlərini mənən sarsıtdı və bu müraciəti qəbul etməyə vadar etdi. Bir tərəfdən dünya şöhrətli müəllimim mərhum Xudu Məmmədovun biz tələbələrinə hələ gənclik illərində aşıladığı Türkiyə sevgisi, bir tərəfdən isə Tükiyəyə məhəbbəti qətiyyən şübhə doğurmayan Heydər Oğuzun bu yazısı hər birimizə tərəddüdlü duyğular yaşatdı və biz duyğularımızı,  qəlbimizi narahat edən suallarımızı mətbuat vasitəsilə Türkiyə Böyükelçiliyinə çatdırmağa qərar verdik. Duyğu və düşüncələrimizin uzun-uzadı ifadəsinə yol vermədən bizi narahat edən sualları qısa şəklidə sizlərə ünvanlayırıq.

-Bu gün ABŞ-da yaşayan, istədiyi vaxt Avropanın istədiyi ölkəsinə səfər edən ACP lideri Rəsul Quliyevin qardaş ölkəyə gəlməsinə niyə icazə verilmir? Nəzərə alsaq ki, Rəsul Quliyev Azərbaycanın demokratik müxalifətinin ən önəmli liderlərindən biridir, o zaman Suriya müxalifətinin Türkiyədə toplaşaraq Əsəd rejiminə qarşı hərəkat yaratmasına açıq şəkildə dəstək verən qardaş ölkənin Azərbaycanın demokratik qüvvələrinə qarşı bu cür mövqeyi bizdə narahatlıq doğurmaya bilmir. Hələ 1998-ci ildə gəldiyi Türkiyədən eks-spikerin ekstradisiya olunmasını ölkəmizin “dostu və qardaşı” Süleyman Dəmirəlin şəxsi ambisiyalarına yozmuşduq. Bu gün isə tamamilə başqa cizgidə olan bir iqtidarın iş başında olduğunu düşündüyümüz halda eyni siaysətin davam etdiyini görürük. Doğrudanmı Rəsul Quliyevin qardaş ölkəyə səfərini əngəlləmək Azərbaycanla Türkiyə arasında heç bir iqtidar tərəfindən dəyişdirilə bilməyəcək strateji əhəmiyyətli bir məsələyə çevrilib? Doğrudanmı bu siyasət strateji müttəfiqlik, dostluq və qardaş əlaqələrinin tələblərindən doğur?

-Türkiyənin bizə bir almandan, ingilisdən, fransızdan fərqli mövqe sərgiləməsini illərlə sinəyə çəkib susmuşuq. “Təki qardaş ölkənin siyasəti uğurlu alınsın”- demişik. Vaxtilə qardaş Türkiyənin bizim Rus imperiyasının əsarətinə düşməmizə çarəsiz razı olduğunu düşündüyümüz kimi bu siyasətin də bir çarəsizlik əsəri olduğuna inanmışıq. Amma nə danışdığını bilməyən Turqut Ər kimi özünü Türkiyə diplomatı adlandırıb dövlət adamı adından danışan insanların Azərbaycanın demokratik qüvvələrinin ən önəmli liderlərindən sayılan Rəsul Quliyevə qarşı tutumunu heç cür çarəsizlik amiliylə əsaslandırmaq mümkün deyil. Türkiyə rəsmiləri nədən onun öz dövlətləri adından danışmasına imkan verir? Nədən ona “sən bir diplomat kimi rəsmi kimlik daşıyırsan, hər nə gəldi, danışa bilmərsən”-deməyi bacarmır?

-Bu cür danışığını bilməyən diplomatların buraxdığı səhvlər qardaşlıq münasubətlərinə kölgə salmaqla qalmır, istər-istəməz cəmiyyətimizdə Türkiyənin ölkəmizin demokratikləşmə prosesinə əngəl olmağa çalışması kimi başa düşülür. Demokratik düşərgəyə mənsub olan bir çox insanlar süni şəkildə yaradılan bu maneələri iqtisadi amillərlə əsaslandırırlar. Onlarda belə qənaət yaranır ki, Türkiyə Azərbaycanın demokratikləşməsini istəmir. Çünki demokratikləşəcəyimiz təqdirdə qardaş ölkəylə qeyri-bərabər əsaslarda qurulan əlaqələr tarixə qovuşacaq və ölkəmiz rəsmi Ankaranın “kiçik qardaşı” olmaq xüsusiyyətini itirəcək. Təbii ki, bu duyğuların kök saldığı cəmiyyətdə illərlə formalaşan sevgi hisləri nifrətə çevrilə bilər. Necə ki, eyni soy-kökə malik olan Rusiya və Ukrayna arasında məhz böyük qardaşlıq iddiasından bu cür soyuqluqlar yaranmışdır. Türkiyə sevdalıları olaraq bizi də ən çox narahat edən də məhz bu perspektivlərdir.

Əziz qardaş ölkə diplomatları! Ölkəniz demokratik bir dövlət ola bilər, fəqət onun adından danışılan hər bir kəlmənin digər qonşu ölkələrdə yaratdığı abu-havanı sizə izah etməyə lüzum görmürük. Bir diplomat kimi bunu bizdən daha yaxşı başa düşdüyünüzü zənn edirik. Bizə siyasi dəstək verib verməyəcəyiniz də artıq sizlərin vicdanına qalmış məsələdir.  Heç olmasa demokratik qüvvələrin apardığı mübarizəyə hörmətlə yanaşıb ona qarşı çıxmayın. Basqılar altında qardaş gördüklərinizin əzilməsinə səbr edə bilirsinizsə, səbr edin. Bizi yandıran odun üstünə bir ağac kötüyü də özünüz atmayın. İçərinizdə bu qəflətə yuvarlananları da bu bəd əməllərdən çəkindirin. Nəzərə alın ki, yaxın coğrafiyalarda demokratikləşmə prosesi gedir və Türkiyə də prosesdə hərəkətverici qüvvə rolunu oynamağa çalışır. Gec və ya tez Azərbaycan da bu dalğalanmalardan öz nəsibini alacaq və ölkəmiz demokratikləşəcək. Bu günlərdən geriyə isə acı xatirələr və geçmiş günlərin utanclıq duyğuları qalacaq. Biz qaçınılması mümkün olmayan o xoş gələcəkdə bir-birimizin üzünə dik baxa bilməyin tərəfdarıyıq. Təəssüf ki, bəzi Türkiyə diplomatları adından danışanların əməlləri bu perspektivi alt-üst edir.

ACP Ali Məclisi Rəyasət  Heyəti adından

Ali Məclisin sədri, Xudu Məmmədov adına mükafatın laureatı, Beynəlxalq Kristallaqraflar Cəmiyyətinin üzvü, professor

Dayandur Qəmbərov

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

6 Cavab to ““Böyük Qardaşlıq” Siyasəti Qardaş Ölkələri Ayırmağa Xidmət Edir”

  1. Salam cənab prezident İlham Əliyev..yuxarıda yazıldıgı kimi Azərbaycanda dövlətin islami dəyərlərə verdiyi qiymətin və yetirdiyi diqqətin təzahürüdürsə.sizi and verirəm Ramazan bayramının müqəddəsliyinə məni qəbul eləyin mənim şikayətimə baxın sərəncam verin mənə bir avtamatkaropka maşın versinlər mənim içinə yagış yagan evimi təmir eləsinlər and verirəm Ramazan bayramına məni şəxsi himayənizə götürəsiniz.

    Salam Rəsul müəllim bu məktubu prezident ilham əliyevə göndərmişəm görəsən müsəlmasn qanı oilan insan bu cür anda biganə qalar xahiş edirəm fikrinizi bildirəsiniz..

  2. Salam Mehriban xanım mən sizə dəfələrlə məktub yazıram lakin siz Qarabag əlili üç qız uşaq atasının məktubuna biganə yanaşırsan mən üç dəfə gəldim sizin qəbulunuza siz Qarabag əlilini qəbul eləmədiniz.Siz Qarabag əlilini qəbul eləmirsiniz gedib Pakistanda ifdar süfrəsi açırsınız siz kimlərisə aldada bilərsiniz unutmayınki ALLAHI aldada bilməzsiniz.mən prezidentə sizə yazmışdimki mənim uşagı ana mənə ət ver deyib aglayanda mən uşagım ət ala bilməmişəm.mən sizi and verirəm müqəddəs Ramazan bayramına ki məni qəbul elə şikayətimə bax.

    mən bu yazıya görə yuxarıdaki məktubu meriban əliyevaya yazıb göndərmişəm oxuyun qiymət verin. sizlərin fikrincə bu məktubdan sonra Mehriban məni qəbul edərmiki mən islam dəyərlərinə qiymət verirəm.

  3. Professor Hacibala Ezimov. Sitat: “Bu hakimiyyet antimilli bir hakimiyyetdir, bu hakimiyyet calishir ki, zehmetkesh ve sade insanlarin övladlari tehsil ala bilmesin. Milli meclisin sosiyal siyaset komtesinin bashnda Haci Recebli kimi Alikram Hümbetovcu durur. Milli meclis aparatinin sedri Sefa Mirzeyevdir. Bunun adi evvel Sefa Mirzoy olub ve halhazirda MMA-nin sedri olsada parlamente o rehberlik edir. O kecmish PKK-cidir ve Abdulla Öcalanin yaxin dostu olub. Azerbaycana qarshi PKK-nin apardigi texribat ishlerinde bunlarin eli var deyir ve onlari “antimilli ünsürler” adlandirir. (sitatin sonu). Nezere alsaq ki, bunlari siradan biri deyil taninmish professor deyir. Resul müellim bütün bunlar Erdoganin yaxin vaxtlarda Azerbaycana sefer etmesinin meqsedlerinden biri ola biler ?

  4. Azerbaycanda yashayan kurdler sizden yaxshidir

  5. Burada nə başa büşülməyən bir şey var? Aydın gorünür ki, canım fəda Türkiyedə çox yaxşı başa büşürlər ki, indiki korrupsiyaya bürünmüş rejim, Allah göstərməsin, Rəsul Guliyev kimilərin gətirəcəyi bəlanın yanında, böyük xoşbəxtlikdir.
    Və bir daha deyirəm, canım fəda Türkiyəyə! Bizi bizdən yaxşı tanıyan cənnətim Türkiyə, bayrağın uca olsun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: