“Əgər seçkidə iştirak etməyimə imkan verilsə, qalib gələcəyəm”

“İP-də parçalanmanın olub, olmamasının Azərbaycanda gedə biləcək proseslərdə elə bir böyük rolu olmayacaq”

 AzPolitika.com ACP lideri Rəsul Quliyevin «Həftə içi»nə müsahibəsini təqdim edir

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi fəallıq artır və bu daha çox müəyyən gərginliklə hiss olunur. Həm iqtidar partiyasının mənsubları, həm də müxalif düşərgə yetkililəri sərt açıqlamalarla çıxış edirlər. Daha bir məqam isə vahid namizəd məsələsinin müxalifətdaxili gərginliyi daha da artırmasıdır. Bu istiqamətdə müxtəlif açıqlamalar olsa da, mövzunun müzakirəsi davam edir və bu məsələyə hərə bir aspektdən yanaşır. Hazırda ABŞ-da yaşayan sabiq spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev «Həftə içi»nə eksklüziv müsahibəsində baş verən siyasi proseslərə münasibətini açıqladı.

 

– Ziyalılar forumu, İctimai Palata və Məşvərət Məclisinin siyasi saziş imzalayacağı deyilir. Buna münasibətiniz necədir və ümumiyyətlə, bu birlik alınacaqmı?

– Yaxın günlərdə belə bir sazişin imzalanması gözlənilmir. Mənim fikrimi bilmək istəyirsinizsə belə bir sazişin imzalanmasının əhəmiyyətinin kifayət qədər təsirli olacağına inanıram. Ancaq bir sıra insanların azərbaycansayağı odu öz qabağına çəkmək mentaliteti belə bir sənədin ortaya çıxmasına mane olur.

Vahid namizəd məsələsi mübahisə predmeti olaraq qalır. Hazırkı vəziyyətdə bu məsələyə baxışınız necədir? Əli Kərimli deyib ki, vahid namizədi müxalifət elektoratı arasında referendum yolu ilə seçilsin…

– Bu məsələ mənim üçün heç bir mübahisə obyekti ola bilməz. Hesab edirəm ki, indi bu barədə danışmaq seçkilərin azad və sərbəst keçirilməsinə qulluq etmir. O ki qaldı vahid namizədin müxalifət elektoratı arasında referendum yolu ilə müəyyənləşdirilməsi, təəssüf ki, bu prezident seçkiləri keçirməkdən də ağır məsələdir. Belə bir işi görmək üçün tələb olunan on kriteriyadan heç biri mövcud deyil. Yolun düzü və məqsədə yaxınlığı bütövlüklə azad seçki şəraitinə nail olmaqdadır. Ondan sonra vahid və ya bir neçə namizədlə seçkilərə getməyin elə bir fərqi olmaz.

 

– Amma artıq Müsavat Partiyasının başqanı İsa Qəmbər namizəd olacağını elan edib. Digər partiyalar da artıq öz namizədləri ilə çıxış edəcəklərini bildiriblər. Belə olan təqdirdə vahid namizəd məsələsinin müzakirəsinə ehtiyac qalırmı?

– Ümumiyyətlə, vahid namizəd məsələsinə münasibətimi bildirdim, ona görə də təkrar deyəcək bir fikrim yoxdur.

 

– Müsavatın bu qərarı İP-də parçalanmaya səbəb ola bilərmi?

– İP-də parçalanmanın olub, olmamasının Azərbaycanda gedə biləcək proseslərdə elə bir böyük rolu olmayacaq. Bu səbəbdən qeyd olunan problem onların daxili məsələsidir, mənim üçün elə bir maraq doğurmur.

 

– İctimai Palata yetkililəri bəyan edirlər ki, iddialı partiyalar öz namizədlərini irəli sürsünlər. Bundan sonra həmin namizədlər arasında konsensus əldə olunsun. Bu məntiqlə indiki məqamda Müsavatın qərarını normal sayırlar. Həqiqətənmi belədir?

– Bilirsiniz, Azərbaycanda azad seçki şəraiti yaratmaq kimi problemin həlli barədə düşünməyi kənara qoyub belə bir əhəmiyyəti olmayan məsələ barədə düşünmək mənim nəyimə lazımdır? Seçki şəraiti yaranmasa hansı ağıllı seçkiləri konsensuslu və ya onsuz udmağın mümkünlüyü barədə düşünür? Hər halda mən istəsəm belə bu variant üzərində düşünməyə özümü məcbur edə bilmərəm.

 

– Ümumiyyətlə, müxalifət ayrı-ayrı namizədlərlə seçkiyə qatılacaqsa, şanslarını necə dəyərləndirirsiniz?

– Hər şey seçki qabağı şəraitdən asılıdır. Əvvəldən bir namizədlə və ya sonradan ikinci tura çıxan namizədi dəstəkləmək arasında fərq var – ikincinin xeyrinə.

 

– Özünüz seçkiyə qatılacaqsınızmı?

– Bəli qatılacağam. Əgər seçkidə iştirak etməyimə imkan verilsə, qalib gələcəyəm. Heç kimdən də xahiş etməyəcəyəm ki, məni vahid namizəd kimi dəstəkləsin. Həm seçkilər keçirilənə qədər iştirak etməyim üçün beynəlxalq dəstəyə nail olmaq fikrindəyəm, həm də daxildə hökumət orqanları və məhkəmələrə təzyiqlərin artırılmasına nail olacağam.

 

– Vahid namizəd ideyası reallaşarsa, ACP kimə dəstək verəcək?

– Artıq bu vahid namizəd sözü məndə ikrah hissi doğurur. Hər halda mövcud hakimiyyəti dəstəkləməyəcəyik.

 

– Gündəmdə olmayan təkliflərdən biri ortaq namizəd məsələsidir. Yəni qeyri-siyasi namizədin bütövlükdə dəstəklənməsi. Bu barədə mövqeyiniz necədir?

– Bu ideyanın da yaşamağa haqqı var.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

9 Cavab to ““Əgər seçkidə iştirak etməyimə imkan verilsə, qalib gələcəyəm””

  1. Salam Resul bey,
    Sade bir Azerbaycan vetendashi olaraq sizin Azerbaycanda bash veren hadiseleri qiymetlendirmelerinizi beyenir ve Azerbaycani demokratik bir olke olaraq gormek uchun bu yolda vurushanlarla birlikde olmaqdan sheref duyuram. Siz bu meqalede qeyd edirsiniz ki “eger seckilerde ishtirak etmeyinize icaze verilse qalib geleceksiniz”. Bu yaxinlarda ABS-da prezident seckilerin yeqin ki izlediniz. Mitt Romney ve Barack Obama arasinda prezident seckileri ugrunda gergin mubarize getdi ki, son ana qeder kimin qalib geleceyi melum deyildi. Demokratik secki ozunu o zaman dogruldur. Lakin siz niye bele eminlikle qalib geleceyinize eminsiz ? Hem de bir siyasetchi olaraq bilirsiz ki ne qeder bu rejim Azerbaycanda var azad seckilerden behs etmek menasizdir. Biz gencler siz boyuklerden daha real destek ve inanila bilinecek yollar gostermenizi gozleyirik.

    • Bu demokratik seçkilərin atributu olan bir frazadır. Seçkilərdə iştirak etmək istəyən kandidantların hamısı seçkiləri udacağını və nəyə görə udacağını elan etməklə seçki kompaniyasına başlayır. Əgər ABŞ-ı misal gətirirsinizsə,sözsüz Fransanıda misal göstərə bilərsiniz,kandidatların hər ikisi ,fransa hamısı seçki kompaniyası başlamamışdan seçkiləri udacağını elan etmişdi. Seçkiləri udmağı düşünməyən adamın seçkilərdə iştirak etməsi onun ağlında çatışmamazlığın olduğuna dəlalət edir. Ona görədə mən seçkiləri udacağıma inanıram. Nəyə görə soruşsanız. Bu suala özünüzdə cavb verə bilərsiniz.

  2. CAVAB ODUR Kİ,RƏSUL QULİYEV DİGƏR NAMİZƏDLİYƏ CAN ATAN ŞƏXSLƏRDƏN FƏRQLƏNİR.ÇOX ADAM DÜŞÜNÜR Kİ,RƏSUL QULİYEVİN HƏYAT TƏCRÜBƏSİ,SAVADI,ÜMUMİYYƏTLƏ BÜTÜN ATRİBUTLARI DİGƏRLƏRİNDƏN ÜSTÜNDÜR VƏ O XALQININ GƏLƏCƏYİ ÜÇÜN DAHA ÇOX İŞLƏR GÖRƏ BİLƏR.

  3. eger bu gunku hakimiyyat ozunun azerbaycandan yox olub getmesini mocuze hesab edirsa.goy onda bilsinler ki bu mocuzeni xalgin sesi yaradacag.xalgin iradesi yaradacag.xalg artig bu miskin hayatina baxib dehshata gelib.xalg artig ayilib.ve veten oz ogullarini secegek.Resul Guliyev ve butunlunkde azeri xalgi galaba calacag…

  4. Resul m. salam,
    İlk öncə onu nəzərinizə çatdırım ki, Mənim 24 yaşım var və Azərbaycanda bu günki qan içən və insanları qoyun yerinə qoyan hakimiyyətə heçdə simpatiyam yoxdur. Çünki intervyularınızdan birində Sizin dediyiniz kimi mənim öz ailəmə hörmətim var, öz ailəmə hömətim olduğu üçün millətimi xalqımı aşağılıyan hakimiyyətə heçdə müsbət fikirdə deyiləm. Ancaq sizin kimi insanlarında ölkədə və vətəndaşlar arasında aktivliyi hiss olunmur.
    Sizə ilk sualım budur: Nə səbəbdən Azərbaycanda yaşayan müasir düşüncəli gənclərlə əlaqə qurmursunuz? Nə üçün sizin fəallığınız hiss olunmur. Yəqin ki, mənim yazdıqlarımdan mənim qeyri səmimi olduğumu düşünəcəksiniz bunun üçün sizə bunu deyə bilərəm: Mən bir Azərbaycan gənci olaraq kəçən seçkidə bir seçki məntəqəsində 150 dəhfə Əliyevə səs vermiş olduğum üçün xəcalət duyuram. Ancaq məni və mənim kimiləridə başa düşün ki, o seçkilərdə alternativ yoxdur. Siz 2013 seçkilərinə qatılmaq istədiyinizi və qatılsaz qalib gələcəyinizi sövləyirsiniz mənsə bu gün xalq arasında olan biri kimi, sizin seçkiyə qatılsaz bir seçiciniz olaraq deyim ki, özünüzü və fikirlərinizi artıq indidən xarici medya vasitələri ilə xalqa çatdırın. XALQIN SİZƏ VƏ SİZİN KİMİ DÜŞÜNƏN ŞƏXSLƏRƏ EHTİYACI VAR! Sizsə Xalqın bu tələbinə cavab verməlisiniz. Özünüzü xatırladın və Respublikada baş verən hadisələrə aktiv müdaxilə edin. Sizə uğurlar….

  5. Atillaknn,gənc də olsan dediyin kimi qan içən və insanları qoyun yerinə qoyan hakimiyyətin siyasətini anlayırsan.Hər bir Azəri gəncinin düşüncələri sənin qədər olsaydı problemimiz olmazdı.O ki qaldı Rəsul müəllimin aktivliyinə,görünür kitablarını,müsahibələrini,ölkədə baş verən proseslərə analizlərə,şərhlərə,problemləri necə aradan qaldırmalı,hansı islahatların aparılması haqqında fikirlərini dərindən oxumamısınız.O həmçinin Amerikanın səsi,Azadlıq radiosu və ölkə daxili mətbuatda müntəzəm çıxış edir,fikirlərini xalqa çatdırır.Amma əfsuslar olsun ki,xalqımız hər şeyə biganə oldugundan məsələlərə əhəmiyyət vermir,qınına qısılıb öz acı taleyi ilə barışmalı olur.Həmçinin Rəsul müəllimin ACP partiyası var və hər gün üzvlərin sayı artsa da bu azdır,indiki agır,çətin anda,hakimiyyətin hər vasitə ilə xalqın səsini zor gücünə bogmaga qarşı insanlar kütləvi halda bu birliyə qoşulmalı və yumruq kimi birləşməlidir.Xalq hələ də anlamır ki,güc birlikdədir,gücü bir olan xalq heç vaxt əzilməz və onunla hər an hesablaşarlar,insan yerinə qoyarlar.Hələ çox şükür ki,siz gənclər varsınız,yoxsa azgınlaşmış hakimiyyət bu xalqı kölə halına salar,başını qaldırmaga imkan verməzdi.Görürsünüzmü,Quba,İsmayıllı əhalisinin qarşısında hakimiyyət necə talaşa düşür,özünü itirir.Təsəvvür et ki,bütün Azərbaycan ayaga qalxa,o zaman bu hakimiyyət bir gün belə bu gücün qarşısında tab gətirə bilərmi?Təbii ki,yox,odur ki,hamı,xüsusilə də siz gənclər bu birlik ətrafında birləşməlidir.Bu hakimiyyətin ən qorxdugu insan Rəsul Quliyevdir,odur ki,onun qarşısında səddlər qoyulub,xalqı ilə birləşməyə imkan verilmir,hətta xalqdan ogurladıqları pulları xarici ölkələrə xərcləyirlər ki,Rəsul Quliyevi yaxın ərazilər qəbul etməsin.Qardaş Türkiyə belə onun ərazisinə gəlməyə imkan vermir.Nə üçün,onun suçu nədir?Əgər onun hər hansı bir suçu olsaydı,haqqında Məhkəmə qərarı olardı,amma 17 ildir heç bir məhkəmə qərarı yoxdur.Sadəcə ictimaiyyət arasında hakimiyyət onu şərləyib,haqqında min bir böhtan yayır.Bu böhtanları,şərləri sənədləşdirmək,məhkəmə qərarı verdirmək bu hakimiyyətin əlində su içim kimi bir şeydir.Amma bilirlər ki,dünya məhkəməsi,Avropa Məhkəməsi var və bunları ifşa edib ləg edəcək,özlərini də cərimələyəcək,odur ki belə böhtanlar onlar üçün daha sərfəlidir.
    Xalq anlamalıdır ki,bu gün Rəsul Quliyev Azərbaycana hava,su kimi lazımdır,yoxsa elə bir qüvvə yoxdur ki,bu hakimiyyəti idarə edə bilsin.Amma buna baxmayaraq hər yerindən duran prezident olmaq iddiasındadır,lakin özü-özünə sual etmir ki,mən bu ölkəni idarə edə bilərəmmi?Belə getsə bu hakimiyyətlə bacarmaq olmaz və əbədi xalq bu zalımlıgın qarşısında əzilər.Bu gün aglı,düşüncəsi olan şəxs yalnız Rəsul Quliyev ətrafında birləşməli və bu hakimiyyətdən yaxamızı qurtarmalıyıq.

    • Sizde dogru buyurdugunuz kimi insanlarimi qorxur. Genclerimiz bezsede umid baglayacagi bir insani axtarir ancaq tapa bilmir. Bu gun Polis ve sair guc strukturlarinda iwleyen insalnarin 80%zi serefsiz ve namussuz insanlardir. Gencler bir yere yigiwdiqda olari narkotile serleyerek hepse atir. Men Azerbaycanda yawayib isleyirem ancaq xaricde tehsil aliram ve insanlarimiz nece yawaya bilme wansi olmasina baxmayaraq nece zulumde yawadigini gorerek eziyyet cekirem Resul muellimden ise xahiwim budur ki bize neyi nece etmeyimizle bagli bir lider bir rehber kimi yon versin destek versin bizde canla bawla destek verek.

      • Polisin günahı yoxdur,onun rəhbərliyi bir ailənin qarşısında quldur və polisi xalqın üzərinə hələki qaldıra bilir.sabah ümumxalq birliyi olanda polis dərhal xalqını dəstəkləyəcək.rəsul müəllimin məsləhət və tövsiyyələrini anlayıb onu dəstəkləsək bu cani hakimiyyətdən yaxa qurtara bilərik….

  6. Daha bir sual ortaya cixir: Bu hakimiyyətin seçkilərində iştirak etmiş biri olaraq deyim ki ölkədə seçkilər tam olaraq iqtidarın diqtəsi altında keçdiyini mən və sizlər əlbəttdəki bilirsiniz, bu seçkilərdə Rəsul m. iştirak şansı versələr necə qalib gəlmək metodunuz varmı? Axı məntəqələrdə nəzarətçilər iqtidara satılırlar, tutaq ki mən satılmadım və qanunu seçki tələb etdim bəs digər məntəqələr? bəs digər nümayəndələr? mən öz gözlərimlə görmüşəm seçkilər necə saxtalaşdırılır necə bir insan 150-200 dəhfə səs verir neçə səslər sayılarkən seyflərdən hazır büllitenlər çıxarılaraq əlavə olunur bunların qarşısını almaq üçün nə düşünürsünüz? Mən bu gün işimi, ailəmin təhlükəsizdiyini, təhsilimi riskə atmamaq üçün kod adlarla sizlə əlaqə qururam burda və Facebookda sizə dəstək olaraq. Ancaq seçkidə sizə acıq dəstək versəm və seçkini yenə bu qan içən iqtidar udsa gərək məndə Rəsul m. kimi mühacir həyatı yaşayam mənimsə buna imkanım yoxdur. Bundan əlavə mənim ailəm yaşadığım regionda tanınmış ailədir sizə dəstəyim nəticəsiz qalsa ailə üzlərimi itirə bilərəm, bunula bağlı nə məsləhət görə bilərsiniz?

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: