“Azərbaycanda böyüklü, kiçikli rejimlə mübarizə aparmaq istəyən istənilən qüvvəyə ehtiyac var”

ACP lideri, eks-spiker Rəsul Quliyev Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun Rusiya, Fransa və ABŞ-a səfərlərinin məhz onunla bağlanması xəbərinə Avrasiya.netə verdiyi eksklüziv açıqlamasında aydınlıq gətirib.

Xatırladaq ki, Veteninfo.az saytı belə bir xəbər verib ki, R.İbrahimbəyov eks-spiker R.Quliyevin prezident seçkilərində namizədliyi üzərində dayanmaqdan ötrü bu turneyə çıxıb. Sayt etibarlı mənbəyə istinadən bildirib ki, R.İbrahimbəyov Moskvada nüfuz etdiyi hakimiyyət dairələrində R. Quliyevin namizədliyi üzərində danışıqlar aparacaq. Daha sonra Fransaya gedərək fəaliyyəti dayandırılan ABU-nun sabiq rektoru E.Abdullayevlə görüşəcək. Təbii ki, E.Abdullayev R.Quliyevin hakimiyyətə gələ bilməsi üçün pul xərcləməkdən imtina etməyəcək. Daha sonar R.İbrahimbəyov Moskva və Parisdə keçirdiyi görüşlərin yekunu barədə ABŞ-da R.Quliyevi məlumatlandıracaq.

R.Quliyev isə Avrasiya.netə bildirib ki, belə həqiqətə uyğun olmayan məlumatların verilməsi onların hansı məqsəd daşıdıqlarından xəbər verir: “Məqsədləri aydındır. Son aylar Rüstəm İbrahimbəyovun xalq arasında  artan nüfuzu höküməti təşvişə salıb. Bir neçə istiqamətdə onun xalqın həyatı ilə bağlı apardığı səmimi və produktiv işinin əhəmiyyətini gözdən salmaq üçün əxlaqsız metodlara əl atırlar. Birincisi, aeroportda saxlamaqla göstərmək istəyirlər ki, siz ona ümid bəsləməyin, o da sizin kimi adi vətəndaşdır, onun başına da sizin başınıza açdıqlarımızı aça bilərik, müqavimət də göstərə bilməz. Görəndə ki, effekt vermir, onun böyük şəxsiyyət olmadığını sübut etməyə cəhd edirlər. Yəni Rüstəm İbrahimbəyovun xalqın halına yanan yox, sadəcə, Rəsul Quliyevin sifarişlərini yerinə yetirən bir şəxs kimi təqdim etmək istəyirlər. Əlbəttə, bu da baş tutan şey deyildir. İnstitut illərindən heç vaxt sifariş yerinə yetirməyən bir şəxsiyyətin birdən- birə bu yaşda dəyişdiyinə hansı axmaq inanar? Heç kim. Rüstəm İbrahimbəyov artıq 10 illərdir ildə azı 50 dəfə Rusiyaya, 4-5 dəfə də ABŞ və Fransada olur. Bəs onda o səfərlər kimə həsr edilmişdi? Xüsusilə Rusiyada onun mənim üçün nəsə bir iş görəcəyinə diqqəti cəlb etmək istəyi xüsusi məqsəd güdür. Rüstəm müəllim Rusiyada çox tanınmış şəxsiyyətdir. Azərbaycandan fərqli olaraq Rusiya onun 70 illiyini də qeyd etdi. Həm cənab Putin, həm də cənab Medvedyev onu təbrik etdilər. Onun tanışları və dostları yalnız incəsənət xadimləridirlər. Rusiya isə heç vaxt apardığı siyasətdə o insanlara yer verməyib. Məgər bunu hökümətdə işləyənlər bilmir, yaxşı bilir. Onlara Rüstəm müəllimi ləkələmək lazımdır bu işlə də məşğul olurlar.  Gülməli və ağlamalıdır. O ki qaldı vahid namizədlik məsələsinə. Bəlkə 50 dəfə mən ölkəyə qayıdıb seçkilərdə iştirak etmək istəyirəm və heç vaxt özümün vahid namizədlik ideyasını ortaya atmayacağım demişəm. Bu yazını yazmamışdan öncə heç olmazsa o müsahibələrimə nəzər salaydılar”.

R.Quliyevə sual etdik ki, R.İbrahimbəyov ABŞ-a gələrsə onunla görüşəcəkmi. Cavabı belə oldu: “Birincisi, mən onun ABŞ-a nə vaxt gələcəyini bilmirəm. İkincisi, o, adətən Los- Ancelesə gəlir. Bu şəhər isə Nyu-Yorkdan 5 min kilometr Qərbdə yerləşir. Ora getməklə Avropaya getmək arasında elə bir fərq yoxdur. Üçüncüsü, mənim iş planımda onunla görüşmək nəzərdə tutulmayıb. Dördüncüsü isə  mən onun verdiyi bütün müsahibələrin hamısını diqqətlə izləyirəm, ümid edirəm ki, o da mənim yazılarımı oxuyur. Görüşüb üzbə-üz söhbətə elə bir ehtiyac yoxdur”.

R.Quliyev Azərbaycanda “üçüncü qüvvə” məsələsinə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycanda böyüklü, kiçikli rejimlə mübarizə aparmaq istəyən istənilən qüvvəyə ehtiyac var.

O həmçinin  Rusiya, Türkiyə və başqa qonşu ölkələrə səfər etmək planı olduğunu da deyib.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: