“Xalqa seçib seçilmək fürsətini vermək üçün qeyd-şərtsiz birləşək”

 

 

 

Azərbaycanda ideal variantın, yəni hökumətin demokratik seçki təşkil edəcəyinə  inanmaq üçün gərək əbləh olasan;

Əliyevlər rejiminin ən böyük qəbahəti  Azərbaycanı azərbaycansızlaşdırmaqdır;

-İqtidar demək olar ki, 70 faiz vətəndaşı “ölkəni necə tərk etmək olar” barədə fikirləşməyə məcbur edir;

-Aşağıdan baş verən xaotik iğtişaşlar pozitiv nəticələrlə qurtara bilməz və heç vaxt da qurtarmayıb;

-Lidersiz xalq rejimə etirazını müxtəlif regionlarda, müxtəlif vaxtlarda xaotik iğtişaş şəkilində bildirir;

– Son 10 ildə İlham Əliyev komandası ilə neqativ idarəçiliyini daha da təkmilləşdirib;

-Bütövlüklə ölkəyə nəzarət etməyə həvəsi olmadığından respublikanı xanlıqlara bölüb;

-Hökumətin seçki siyasətinin qarşısını ala biləcək siyasi partiya varmı? Xeyir yoxdur;

-Milli Şura müəyyən bir prinsiplər əsasında yaradılmalı idi;

 

ACP lideri, eks-spiker Rəsul Quliyev Azpolitika.com-a geniş müsahibə verib.

– Rəsul müəllim, hakimiyyət indiki davranışları ilə ölkəni hara aparır?

– Mən bu rejimin klassifikasiyasını təkrar vermək fikrində deyiləm.  Bu rejimin ideologiyasının korrupsiya və rüşvət üzərində qurulmuş totalitar sistem olması mən və  çoxsaylı analiz edənlər tərəfindən dəfələrlə yazılıb, deyilib. Ona görə də bu rejimin ölkəmiz üçün yaratdığı ən böyük fəlakəti diqqətə çatdırmaq istəyirdim.

 

– Söhbət hansı fəlakətdən gedir?

– Adətən, yeni yaranan və ya müstəqilliyini bərpa edən dövlətlərə vaxtı ilə bu ölkələrin və ya torpaqların vətəndaşları olmuş, ancaq xarici ölkələrə getməyə məcbur edilənlərin geri – vətəninə axını başlayır. Şərqi Avropa ölkələrinin hamısında – Polşadan tutmuş Estoniyaya qədər belə bir proses gedib və indi də davam edir. Hətta Baltikyanı ölkələrdə 1945-ci ildə vətənini tərk etmiş, başqa ölkələrin vətəndaşları olmuş adamların özləri və övladları geri qayıdıb nazir, deputat, prezident olublar.  Bu proses indi də davam edir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bizim ölkəmiz də əks proseslər getdi və bu arzuolunmaz tendensiya davam edir. Yer üzərində torpağına, vətəninə  bağlı və bağlı olmayan xalqlar var. Onların hansı səbəbdən torpaqlarına bağlı olmasının klassifikasiyasını da asanlıqla vermək olar:

 

– Qüdrəti ilə fəxr edilən, yaşamağın rahat olduğu dövlətlərin vətəndaşları vətənlərinə bağlı olur, dünyanın istənilən ölkəsinə iş dalınca müvəqqəti getsələr də, heç vaxt vətənlərini birdəfəlik tərk etmirlər.

– Torpaqlarında min illərlə yaşayan qədim xalqlar vətənlərini tərk etməyə meylli deyillər. Azərbaycan da bu qrupun içərisindədirlər. Axırıncı 20 il istisna olmaqla, bir neçə yüz ildə dünyaya səpələnən azərbaycanlıların sayı xalqın heç bir faizini təşkil etmir. Qonşumuz  ermənilərin torpağa bağlılığı sıfır səviyyəsindədir. Sadəcə, onların son min ildə daim yaşadıqları torpaqlar olmayıb. İndiki torpaqlarda daimi yaşamalarının təxminən 100 illik tarixi var. Torpağa bağlılığına görə birinci 10 xalq qrupuna daxil olan azərbaycanlıların son 20 ildə kütləvi şəkildə vətənlərini tərk etməsi katastrofik səviyyədədir. Minlərlə ailə hər şeylərini satıb ailəlikcə ölkəni tərk edir, başqa dövlətlərdə aldığı ianə hesabına yaşadığı həyatı Azərbaycanla müqayisədə cənnət hesab edirlər. Bu gün Azərbaycanda 9 milyon yarıma yaxın əhalinin olduğunu iddia edən əliyevlər növbəti saxta hesabatını verir. Əslində, bu gün 200 mindən çox azərbaycanlı Avropa, 1,5 milyona yaxın Rusiya Federasiyasında, yarım milyona yaxın başqa MDB ölkələrində, 30 minə yaxın ABŞ və Kanadada yaşayırlar. Yəni Azərbaycanda yaşayan əhalinin sayı 7 milyondan çox deyil. Ancaq  xaricdən Azərbaycana gələnlər var və onların sayı da 100 minə yaxınlaşır.

 

– Onlar kimlərdir?

– O 100 minin içərisindən bir nəfər də MDB-dən, Avropadan, Amerikadan gələn tapa bilməzsiniz. Bu 100 min ancaq və ancaq İraq, Suriya və əsasən Türkiyədən gələn kürdlərdir! Bütün sahələrdə olduğu kimi, Azərbaycana gələn kürdlər, həm də xarici ölkələrin vətəndaşları olmuş azərbaycanlılar yenidən azərbaycanlı pasportu almaq üçün rüşvət verirlər. Sözsüz ki, xaricdə yaşayan 2 milyon azərbaycanlı heç vaxt seçkilərdə iştirak etmir, ancaq onların səsləri hesablanılır. Əliyevlər rejiminin ən böyük qəbahəti  Azərbaycanı azərbaycansızlaşdırmaqdır. Azərbaycanlıları öz vətənlərinə bağlayan səbəblər ardıcıl və amansızlıqla kökündən çıxarılıb atılır. Hökumət öz siyasəti ilə insanları bezdirib. 30 yaşına qədər qabiliyyətinə uyğun iş axtaran vətəndaşlarımızın “rüşvət verməlisən”, “filan regiondan olmalısan”, “rəisindən başlayaraq prezidentə qədər hamıya yaltaqlanmalısan” və s. şərtlər, baryerlərlə arzularını ümidlərini qırır. İqtidar demək olar ki, 70 faiz vətəndaşı “ölkəni necə tərk etmək olar” barədə fikirləşməyə məcbur edir. Xalqın bütövlüklə öz ölkələrini tərk etməsi və ya assimilyasiya edib öz dilini itirməsi tarixdə nadir hallardan deyil. 60 il bundan öncə Fransanın Strasburq regionunda alman dilində danışırdılar, bu gün fransızca danışırlar. Vıborqdan tutmuş Finlandiya sərhədlərinə qədər 60 il müddətində fin dili yoxa çıxdı. Elə Azərbaycanda Bakıda əhalinin əksəriyyəti 1960-cı illərdə artıq rus dilində danışırdılar. Azərbaycan dilində danışanlara “çuşka” deyib yuxarıdan aşağı baxırdılar. Xalq qarşısında külli miqdarda cinayətlər törətməsinə baxmayaraq Heydər Əliyev 70-ci illərdə Azərbaycan dilinin Bakıda bərpa olunmasında kifayət qədər müsbət rol oynadı. Gərək heç vaxt obyektivliyini itirməyəsən.

İndiki aparılan siyasətin nəticəsində hansı isə bir mitinqi dağıdanda səslənən kürd dili 30-40 il müddətində Azərbaycanda əsas dilə çevrilə bilər. Çünki Azərbaycanı tərk edənlərin yerini hələ ki, kürdlər doldurur.

 

– Bu prosesin qarşısını necə almaq olar?

– Gedən bu fəlakətli prosesin qarşısını almaq Azərbaycan ziyalılarının vəzifəsidir. Ziyalılar deyəndə mən klassik ziyalı anlayışını nəzərdə tutmuram.  Bu proseslərin qarşısını almağı özünün əsas fundamental məqsədi kimi qarşısına qoymuş və qətiyyətlə mübarizə aparacaq liderləri nəzərdə tuturam. Lidersiz xalq rejimə etirazını müxtəlif regionlarda, müxtəlif vaxtlarda xaotik iğtişaş şəkilində bildirir. Bu proses artıq bir ildən çoxdur Azərbaycanda baş verir. Bunlar əvvəlcədən təşkil olunmadığına görə genişlənə bilmir və rejim tərəfindən yatırılır. Belə iğtişaşlar təsadüfən bir neçə regionda və ya böyük şəhərdə baş verəndə, qısa bir zamanda genişlənir və dağıdıcı qüvvəyə çevrilir. Hətta insan tələfatı ilə nəticələnir. Əgər tələfat böyük olsa, Afrika ölkələrindəki kimi BMT-nin silahlı qüvvələri yeridilir və ya qonşu ölkələr respublikanı öz təsir dairələrində bölürlər. Bu gün Azərbaycanda liderlik funksiyasını üzərinə götürə biləcək bir və yaxud birləşmiş qüvvə yoxdur. Cəmiyyətlərdə baş verən neqativ yaxud da pozitiv dəyişmələr istər hökumətin, istərsə də müxalifətin başında dayanmış bir ovuc insanların ardıcıl və qətiyyətli təşəbbüsü ilə baş verə bilər. Aşağıdan baş verən xaotik iğtişaşlar pozitiv nəticələrlə qurtara bilməz və heç vaxt da qurtarmayıb. Ola bilər, hökumətin olmamasından istifadə edib hansı qüvvələr hakimiyyəti müvəqqəti ələ keçirsin. Ancaq onların ömrü çox az olur. Azərbaycansızlaşdırma siyasətinin qarşısını almağın yeganə bir yolu var; aparılacaq siyasəti xalqla razılaşdıracaq  hökümətin, parlamentin formalaşdırılması, başqa sözlə azad və ədalətli seçkilərin keçirilməsi. Demokratik seçkilər, korrupsiya rüşvətdən tutmuş, torpaqlarımızın azad olunmasına qədər olan bütün neqativ problemlərin həllinin açarıdır.

 

– Maraqlıdır, bu işi kim görməlidir?

– Bu əsas sualdır və onun cavabı tapılmalıdır. Bəli, bizim xalq məsələn, gürcülər kimi aktiv deyil, belə demək olar. Ancaq Gürcüstanın hökumətinin rəhbərləri də bizimkilər kimi xalqa və müxalifətə qarşı qəddar siyasət aparmırlar. Ona görə günahı xalqın üzərinə atmağı qoyaq bir qırağa, günahı özümüzdə axtarmağa cəhd edək. Əlbəttə, ideal variant hökumətdə olanların azad və ədalətli seçkilər keçirilməsi təşəbbüsünü öz üzərinə götürməsi olardı. Yəni vətəndaş mövqeyindən çıxış edələr. Ancaq biz bilirik ki, bu belə olmayacaq. Qəzetlər hakimiyyət daxilində münaqişələrin olmasından, guya prezidentliyə namizədliyin müxtəlif variantlarının müzakirə edilməsindən yaza bilər və yazmalıdır. Bu onların işidir. Ancaq özünü siyasətçi adlandıran və bu versiyaya inananlar siyasətçi yox, yazıq adamlardır. Müxtəlif nazirlərin şəxsi maraqları zəminində bir-biriləri ilə vuruşması hakimiyyətdaxili münaqişə deyil. Aparılan siyasətlə, məsələn seçkilərin necə keçirilməsi ilə əlaqədar fikir ayrılığı olarsa və bunun tərəfdarları və əleyhdarları paritet qüvvələr olarsa, münaqişə hökumətdaxili adlandırıla bilər. Qəzetçilərdən söhbət getmir, özünü siyasətçi adlandıran hər bir şəxs iqtidarın siyasətinə qarşı hökumətin daxilində siyasət aparan heç bir qüvvənin olmadığını anlamalıdır. “Əliyevlərlə-Paşayevlər arasında mübarizə genişlənir” kimi ideyaların mənbəyi sıfırdır. Əliyevin komandasında Paşayev familiyalı insanlar da var. Onlar heç bir iddiası olmayan şəxslərdir. Çox maraqlıdır, görəsən, İlham Əliyev başqasının prezidentliyə namizədliyi variantını kimlərlə müzakirə edir? Və hansı fövqəladə vəziyyət onu bu işi görməyə vadar edib? Deməli, Azərbaycanda ideal variantın, yəni hökumətin demokratik seçki təşkil edəcəyinə  inanmaq üçün gərək əbləh olasan. Sözsüz, iqtidarda prezidentliyə namizəd variantı heç vaxt heç kim tərəfindən müzakirə olunmayacaq – İlham Əliyev namizəddir. Yalnız seçkilərə məsələn, 1 ay qalmış “daha kimləri bu seçkilərə buraxaq” məsələsi müzakirə olunacaq. Əvvəldən də məlumdur ki, bu müzakirədə kimlər iştirak edəcək. Hər halda, bu müzakirə ancaq Prezident Administrasiyasında işləyənlər arasında olacaq. Orada nəinki nazirlər, heç baş nazir və Milli Məclisin sədri də iştirak etməyəcək. Kimlər prezident seçkilərində iştirakına dair siyahısı orada təsdiqlənəcək, sonra MSK-ya ötürüləcək. Onun əsasında kimlərin imza topladığı elan olunacaq. Bu sxem üzrə 18 ildir işləyirlər. Bəlli qayda xüsusilə 2008, 2010-cu illərdə heç bir müqavimətlə rastlaşmadan tətbiq olundu. Özünü doğrultmuş sxemdir. Sual olunur İndi bu sxemi tətbiq etmək üçün hökumətə mane olan amillər varmı?

Yenə də yoxdur. Əksinə, son 10 ildə İlham Əliyev komandası ilə neqativ idarəçiliyini daha da təkmilləşdirib. Faktlara diqqət edək:

Bütövlüklə ölkəyə nəzarət etməyə həvəsi olmadığından respublikanı xanlıqlara bölüb. Hər rayon “xanlarının” müəyyənləşdirdiyi qanunlarla işləyir. Ona görə kiçik bir respublikada rayonların idarəçilik baxımından bir-birləri ilə demək olar ki, əlaqələri yoxdur. Çünki onları birləşdirən qanunlar yox, prezident və onun administrasiyasıdır;

Müxalifəti rayonlara buraxmamaq üçün artıq polisdən yox, həmin rayonun adamlarından istifadə edilir. 10-15 öyrədilmiş və ya alınmış adam müxalifət nümayəndələrinə hücum edir, rayonda onları müdafiə edən qüvvələr olmadığından polis işə qarışır, faktiki “müxalifətçiləri xalqın qəzəbindən xilas etdik” funksiyasını yerinə yetirir;

– NİDA Gənclər Təşkilatını həyasızlıqla, az qala terrorçu təşkilat elan edib, istənilən vaxt gənclərə qarşı repressiyaları gücləndirəcəklər;

– Dinçilərə “islam fundamentalizminin dərvişləri və casusları” adını qoyublar, onlara qarşı da repressiyalar günü gündən artırır;

– Müstəqil mətbuata basqılar daha da artıb, hökumət bütün medianı öz nəzarətinə almağa çalışır.

Bütün çevrələri daraldıblar, özlərini arxayın hiss edirlər. Hökumətin yaratdığı bu ciddi problemlərin fundamental cavabı verilməsə, demokratiyaya dinc keçiddən söhbət gedə bilməz. Bəzi şəxslər yenə qələmə sarılıb, “Rəsul Quliyev getsin öz dərdinə qalsın, bizim başımıza ağıl qoymasın. Amerikada oturub burada baş verənlərdən xəbəri yoxdur” kimi küçə səviyyəli yazılar yazacaqlar, yaxud açıqlamalar verəcəklər. Onlara məsləhət görərdim ki, yazdıqlarımın hansının düz olmadığını yazsınlar, müzakirə edək. Yoxsa, “Məşədi, 5 manat ver gedim filankəsin dədəsini qəzetdə yandırım”la məşğul olmasınlar…

Aydındır ki, Azərbaycanda dəyişiklik istəyənlərin vəzifəsi (əgər doğrudan belə bir istək varsa) hökumətin yaratdığı maneələri dağıtmağa cəhd etmək olmalıdır.

İndi mövcud olan müxalif qüvvələrin imkanlarına baxaq. Hökumətin seçki siyasətinin qarşısını ala biləcək siyasi partiya varmı? Xeyir yoxdur. Başqa müxalifət partiyaların qarşısında böyüklüyü ilə qürurlanan nə AXCP, nə də Müsavat Partiyasının bu məsələdə şansları yoxdur. Təəssüf ki, bu iki partiyanın bazasında yaranmış İctimai Palatanın da  müqavimət göstərə biləcək qüvvəsi yoxdur. Əksinə, onların gücü bir il bundan öncə daha çox idi. İP ümidini NİDA Gənclər Təşkilatına bağlamışdı. NİDA ilə də hökumətin azğın davranışı hələ də genişlənməkdə davam edir. Və təəssüf ki, nə İP, nə də NİDA özü müdafiə üçün heç bir praktiki addım ata bilmir. Yeni yaranmış El Hərəkatının da imkanları İP dəndə aşağı səviyyədədir. Aydın məsələdir ki, El hərəkatı hərəkətsizliyindən güclənmək əvəzinə daha da zəifləyəcək. Rayonlarda heç bir əhəmiyyət kəsb etməyən konfranslarını ya keçirə bilməyəcəklər, ya da mənasız bir bəyanatla işlərini yekunlaşdıracaqlar. 12 partiyanın təmsil etdiyi Məşvərət Məclisi də eyni vəziyyətdədir. Protest mitinqlərinə icazə ala bilmir, icazəsiz mitinq keçirməyə də gücü kifayət qədər deyildir.

Hökumət bu gün müxalif partiyalara yuxarıdan aşağı, ikrahla baxır, istəsə Bakıdan çıxmağa qoyur, istəməsə qoymur. Rayon camaatı ilə “görüşlər” 10 -15 nəfərlə ancaq kabinetlərdə keçirilir. Minimum azad seçki şəraitinə nail olmadan prezident seçkilərində iştirak etməyin mənasının nədən ibarət olduğunu kimsə izah edə bilsəydi, məmnun olardıq. Cavab əslində aydındır; Heç kimin cəsarəti çatmayacaq desin ki, seçkidə iştirak edəcəyəm və qələbə çalacağam. Deyəcəklər ki, iştirak edəcəyəm, saxtalaşdırmasalar qələbə çalacağam. Adama deyərlər, bu komediyanı çıxartmaqdansa, elə bəri başda “əgər saxtalaşdırma olmasaydı iştirak edəcəkdim və qələbə çalacaqdım” desən daha yaxşı olar. Bu zaman deyəcəklər, heç olmasa televiziyada verilən vaxtdan istifadə edib xalqa sözümüzü çatdırarıq. Bu arqumentin də heç bir əhəmiyyəti yoxdur, çünki əksinə, prezident seçkilərində iştirak edənlər – hakimiyyətin özünün ortaya atdığı namizədlər onu bir azda hörmətdən salacaqlar. Deməli şüar belə olmalıdır: “Azad seçki şəraitinə nail olub, seçkidə iştirak edəcəyəm və udacağam”. Başqa variantda qeyri-ciddi adam təsiri bağışlayarsan. Ya da deməlisən ki, başqa məqsədim var, məsələn, 2015-ci il parlament seçkilərində 3-4 deputat yeri almaq üçün sövdələşmək istəyirəm və ona görə də indiki seçkidə iştirak edirəm. Ancaq 2010-cu il göstərdi ki, sövdələşən tapılmayacaq.

Bizim fikrimizcə, bir il öncə müxalifətdə olan bütün partiyaların (böyük və kiçik məsələsini ortaya atmadan) geniş koalisiyasının yaradılması ideyası (“bəlkə də qaytardılar” fəlsəfəsi – İlham Əliyev qaçacaq, hökumət daxilində münaqişə rejimi dağıdacaq, ermənistanlılarla naxçıvanlılar arasında ölüm-dirim müharibəsi başlayıb və sair xülyaları ilə) dəfn edildi. Bir neçə ay bundan öncə Milli Şura adı altında belə bir koalisiya yaratmaq ideyası ortaya çıxdı. Son proseslər isə göstərir ki, İP-ya EL Hərəkatını (baxmayaraq ki, El hərəkətində olanların çoxu həmdə İP-dır) əlavə edib yeni təşkilatın adını Milli Şura qoymaqla, yeni bir qüvvənin yaranmasını elan etmək istəyirlər. Mən adına uyğun olmasa da belə bir qurumun yaranmasını alqışlayıram, ancaq bir şərtlə yeni qurum hakimiyyətin seçki siyasətinin qarşısında baryer qoymaq funksiyasının məsuliyyətini öz üzərinə götürməlidir. Fikrimcə, Milli Şura müəyyən bir prinsiplər əsasında yaradılmalı idi. Məsələn 1918-ci ildə Milli Şura seçilmiş deputatlardan formalaşdırıldı. Əgər o vaxt da prinsipə söykənmədən, məsələn Azərbaycanın görkəmli şəxslərindən ibarət MŞ yaradılması ideyası ortaya atılsa idi, heç vaxt Milli Şura yaradıla bilməzdi. Kim müəyyənləşdirməli idi ki, o zaman  C.Məmmədquluzadə görkəmlidir, ya Ə.Haqverdiyev, Tağıyev ya Nağıyev? Prinsip olaraq Azərbaycan müstəqilliyini alandan sonra seçilmiş deputatların (müxalifətdə olanlar) hamısının – böyüklü kiçikli Şuraya üzv olmaq istəyən bütün partiyaların sədrlərinin, demokratiya və insan hüquqlarını müdafiə edən tanınmış xadimlərin qoşulduğu təşkilatı Milli Şura adlandırmaq olardı. Bu təşkilat real şəkildə hökumətin qarşısında baryer yarada bilərdi. Bu, faktiki cəmiyyətin bütün zümrələrini özündə cəmləşdirən və onun adından danışan bir təşkilata çevrilə bilərdi. Təəssüf ki, hər seçki qabağı bir dağıdıcı qüvvə ortaya çıxır və qüvvələrin birləşməsinin qarşısını alır. Tarixdən bir faktı nəzərinizə çatdırıram: 1774-cü ildə Amerikada 13 ştatın nümayəndələri yığışıb müstəqil ABŞ-ı yaratmaq qərarına gəldilər. Sözün əsl mənasında tam fərqli ideologiyalı insanlar bir məqsəd – Amerikanın azadlığı uğrunda bir masa arxasında oturub sənədlər imzalaya bildilər. İndiki Azərbaycanın müxalifət liderləri arasında olan münaqişə, fikir ayrılığını, Amerika siyasətçiləri arasında olan fikir ayrılığı ilə müqayisədə daha çox dostluq əlaqələri hesab etmək olar. Belə bir birlik yarananda məsələn, Virciniya ştatı “Amerikaya birinci biz gəlmişik, tutaq ki, Koralinadan 5 dəfə böyük ştatıq, ona görə bizim gərək 5, onların isə ancaq 1 səsi olmalıdır” iddiaları ilə çıxış etsəydi, bugünkü ABŞ olmazdı. Böyüklüyü-kiçikliyi heç kimə lazım olmayan süni görüntü yaratmaqla müəyyənləşdirmək olmaz, onu xalq seçkilərdə müəyyənləşdirəcək. Gəlin, hər şeyi bir qırağa qoyub xalqa seçib seçilmək fürsətini vermək üçün qeyd-şərtsiz birləşək.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

6 Cavab to ““Xalqa seçib seçilmək fürsətini vermək üçün qeyd-şərtsiz birləşək””

  1. Rəsul bəy,siz müsahibədə qeyd etdiniz ki,Heydər Əliyevin 70-ci illərdə Azərbaycan dilinin tərəqqisində mühüm rolu olub.Doğrudur,Heydər Əliyevin rəhbərliyi dövründə qəbul olunmuş AzSSR konstitusiyasında(1978) Azərbaycan dili dövlət dili olaraq göstərilir.Amma Heydər Əliyevdən qabaq İmam Mustafayevin bu sahədə xidmətləri vardı.Elə buna görə də ona millətçi damğası vuraraq 1959-cu ildə 1-ci katib vəzifəsindən çıxartdılar.

    • Doğrudur,Komunist partiyasının 20-ci qurultayından yəni 1956-cı il Stalin şəxsiyətə pərəstliyini tənqid edən qurultaydan sonra respublikalarda müəyyən azad fikirlər ortaya çıxdı. O vaxt MK-nin birinci katibi işləyən İmam Mustafayev və Ali sovetin sədri olan yazıçı Mirzə İbrahimov Azərbaycan dilinin inkişafı üçün müəyyən radikal addımlar atdılar və nəticədə hər ikisi 1959-cu ildə işdən azad olundular. Bu barədə mən ”Qarabağ faciəsi” kitabında geniş yazmışam. İ.Mustafayevə başladığı bu işi davam etdirməyə imkan vermədilər.

  2. Rəsul bəy,Qarabağ faciəsi kitabınızı hansı saytda tapa bilərəm?Hayıf ki,bloqunuza yerləşdirməmisiniz.

  3. Rəsul bəy,axı “Qarabağ müqavimətsizlikdən doğan faciə kitabı” Türkmənçay müqaviləsinə qədərki dövrü əhatə edir.Amma Azadlıq radiosunun səhifəsində “Qarabağ faciəsi ” adlı əsərinizin bir parçasını oxudum.Həmin parçada Xruşşovla Mikoyanın arasında Naxçıvan məsələsi müzakirə olunurdu.Mikoyan cidd-cəhdlə çalışırdı ki,Xruşşov Naxçıvanı Ermənistana güzəştə getsin.Mən həmin əsəri nəzərdə tuturam.Bəlkə də bu ikinci hissədir,amma bloqunuzda ancaq birinci hissədir.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: