“Atəşkəs Sazişinə Heydər Əliyev İmza Atıb”

Rəsul Quliyev 18 il sonra “Bişkek protokolu” ilə bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycanla Ermənistan arasında gedən Qarabağ savaşına dair atəşkəs razılaşmasının qüvvəyə minməsindən 18 il ötdü. Qarabağda gedən hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bu razılaşma 94-cü il mayın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş toplantı zamanı iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Razılaşmaya Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında imzalanmış atəşkəs protokoluna əsasən imza atılıb.

Həmin vaxt Azərbaycan parlamentinin sədri vəzifəsini tutan  Rəsul Quliyevin Azadlıq qəzetinə açıqlamasında Bişkek razılaşması və əbədi sülh sazişi ilə bağlı maraqlı məqamlara toxunub.

R.Quliyev əvvəlcə məlum razılaşmanın imzalandığı vaxt Bişkekə getmədiyini və həmin toplantıda iştirak etmədiyini bildirib: “Həmin vaxt Heydər Əliyevin Bişkekə getmək şansı yox idi. Çünki orda prezidentlər yox, parlament sədrləri görüşürdü. Mən də ona görə getmədim ki, o dövrdə Azərbaycanla Ermənistan arasında gedən Qarabağ savaşına görə vəziyyət çox gərgin idi. Mən də Azərbaycanı tərk etmək imkanında deyildim. Ona görə də Bişkekdə heç bir protokola imza atılmayıb. Bişkekdəki protokol Azərbaycana qaytarılıb. Azərbaycanda bu protokola imza atılıb. Ora mən tək yox, Şuşanın icra başçısının iştirakı ilə imza atmışam. Bu sənəd atəşkəs sənədi deyildi. Çünki parlament sədrlərinin imzası ilə belə bir hüquqi sənəd ola bilməzdi. Bunun üçün ona hökumət imza atmalı idi. Atəşkəslə bağlı sənədə isə may ayında müdafiə nazirləri tərəfindən imza atılıb. Bu, Bişkek protokolu yox, atəşkəslə bağlı sənəd idi. Özü də o müvəqqəti atəşkəs müqaviləsi idi. Müqavilə 94-cü ilin avqustuna qədər atəşkəsi nəzərdə tuturdu. Bundan sonra atəşkəs və əbədi sülh sazişinə Heydər Əliyev imza atdı. Təəssüf doğuran o Bişkek protokolunun tarixçəsi bundan ibarətdir”.

Bu illər ərzində atəşkəsin Azərbaycana, Qarabağ düyününün çözülməsinə nə verdiyinə gəlincə, R.Quliyev bu istiqamətdə irəliləyişin yox, ancaq geriləmənin olduğunu deyir: “Hələ 1996-cı ildə mən müsahibə verib demişdim ki, həmişəlik sülh sazişinə imza atmaq böyük səhv idi. Onu da bildirmişdim ki, 94-cü ildə Azərbaycan Qarabağ probleminin həllinə daha yaxın idi, nəinki 96-cı ildə. Indi isə Qarabağ probleminin həlli daha da çətinləşib, hətta müşkülə çevrilib. O vaxt ermənilər bizim işğal olunmuş rayonlarımızı qaytarıb Dağlıq Qarabağ məsələsini müzakirə etməyə razı idilərsə, indi heç rayonları qaytarmaq istəmirlər. Bizim Şuşamızda özlərinə turizm mərkəzi yaradıblar. Və Şuşanı ümumiyyətlə bizə qaytarmağı düşünmürlər. Təəssüf ki, ötən dövr ərzində Azərbaycan rəhbərliyinin apardığı siyasət Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini müşkülə çevirdi. Buna Azərbaycan xalqının seyirçi mövqeyi də təsir edib. Elə bil ki, işğal olunmuş torpaqların bu xalqa aidiyyəti yoxdur. Bunun nəticəsidir ki, prezident Əliyev heç nəyə məhəl qoymadan Qarabağ problemini həll etmək istəmir”.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

12 Cavab to ““Atəşkəs Sazişinə Heydər Əliyev İmza Atıb””

  1. cenab Resul Quliyev, olkede fovqalade, kritik veziyyet olan zaman olkeni parlamentin sedri yox, dovlet bashchisi terk etmmelidi. birde, eger parlament sedrinin imzaladigi sened huquqi sened kimi sayilmirsa sizin imzanizin ne onemi varki

    • O sualı məndən yox ölkənin başçısından gərək soruşardın.Hər halda ölkə başçısı vəziyyətin xarab olduğu cəbhə bölgələrinin heç vaxt 100 kmliyində də olmayıb.Sizi protokolla sazişin fərqini daha hansı yolla başa salmağı bilmirəm.

  2. Rasul muellimin menim size cox qisa sualim var
    H.Eliyevin esl simasini texminen ne qeder zamandan sonra taniya bildiniz?

    • Əliyevin əsl simasını axıra qədər başa düşə bilmədim.Bu prosesdir. Hər halda 1993-cü ilin ortalarından mənim AZərbaycanı tərk etdiyim 1996-cı ilin sentyabr ayına qədər o əsl simasını göstərə göstərə gəlirdi.

  3. Rəsul Bəy Atv kanalında idarə heyyətinin dəyişdirildi, düşünsək ki, dəyişdirilən heyətin başında duran təsisçilərdən biridir. onda artıq paşeyevlə butun böyük quruplarda idarəçiliyi müxtəlif üsüllarla ələkeçirməsi saymaq olarmı, yeni idarə heyyətinin başında duran paşeyevlərin nəzarətində olan lider tvidəndə çalışan şəxsdir. proses hansı istiqamətdə və necə davam edəcək bu proses k heydərov və r mehtiyevin arenada sıxışdırılıb çıxarılması və m. əliyevanın prezdent sekilməsi ilə bitərmi.Verəcəyiniz cavaba görə təşəkür edirəm.

  4. Naxcivan klani hakimiyyetin esas dayaq noqtesidir. Eger dogurdanda bele bir cekishme varsa, onda hakimiyetin sonuna daha da az muddet qalib.InshALLAH!!

  5. ACP sədri Vaqif Mahmudov mayın 19-da bütün hər kəsi “xalq gəzintisinə” dəvət edir.Hamı “Sahil” bağından bulvara qədər gəzintiyə.

  6. men basa duse bilmirem bunun axiri nece olacaq deye men butun vetendaslarimin yasamasini isteyirem surunmesini deyil

  7. Resul Bey, Menim size cox qisa bir sualim var:
    Eger Hakimyete geldiyiniz teqdirde, Qarabaq probleminin helli ucun ne dusunmusunuz?

  8. Great write-up, I am normal visitor of one’s web site, maintain up
    the

    excellent operate, and It is going to be a regular visitor for a lengthy time.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: