“Xalqın qarşısında mən verdiyim sözlərə niyə əməl edə bilmədiyimə cavab verməliyəm”

 

 

Xəbər verdiyimiz kimi,  ACP lideri, eks spiker Rəsul Quliyev bir sıra sayt (azpolitika.com, avrasiya.net, tia.az, oxucu.info, jur.az, xalqxeber.az, bizimxeber.com, gundeminfo.az, baymedia.az), internet tv-lər (bakunews.tv, kanalm5 tv, xalq tv), qəzetlər (“Həftə içi”, “Xalq Cəbhəsi”, “Gündəlik Bakı”) və ictimaiyyət nümayəndələrinin bu günədək ona ünvanladığı sualları artıq cavablandırıb.

Azpolitika.com eks spikerə ünvanlanan suallar və onun cavablarını sizə təqdim edir.

 

– Rəsul müəllim, siz nədən prezdent olmaq iddiasına düşmüsünüz, bilmək olarmı?

– Hər bir Azərbaycan vətəndaşı prezident olmaq iddiasında ola bilər. Hətta ömrü boyu beş adamın işini təşkil etməyənlər də belə bir iddiada ola bilərlər. İddiaya düşmək prezident olmaq deyildir. İddiaya düşməklə prezident seçilmək arasında min kilometrlərlə məsafə var və gərək onu qət edəsən, başqa sözlə müəyyən bir proqramını xalqa bəyəndirməyə cəhd edəsən. Heç bir proqramları olmadan (başda indiki prezident olmaqla) prezident olmaq iddiasına düşənlərlə müqayisədə mənim iddiam çox təbii görsənir.

 

– Rəsul bəy, bu milləti yaltaqlıq xəstəliyindən xilas üçün hansı yoldan istifadə etmək lazımdır?

– Yaltaqlığın mənbəyi kiminsə kimdən asılı olmasındadır. İnsanlar yaşadığı həyatda nə qədər qanunlardan yox, kimlərinsə subyektiv qərarlarından asılı olacaqsa, bir o qədərdə yaltaqlıq davam edəcəkdir. Yaltaqlığın qarşısını almağın ən effektli yolu insanların hökümət çinovnikləri, inzibatı təşkilatların işçilərindən asılı olmamasını təmin etmək,  ancaq qanunlara qulluq edən haq- ədalət məhkəmə sistemini yaratmaqdadır. Bunun da yolu xalqın özünün hakimiyyəti formalaşdırmasından, başqa sözlə, demokratiyadan keçir.

 

– Rəsul bəy,  Azərbaycanın gələcək inzibati idarəetmə sistemini necə görürsünüz və həmin sistemdə bələdiyyələri harada görürsünüz?

– “Diktatorla üz üzə” kitabımda Azərbaycanda hansı siyasi reformaları həyata keçirmək barədə geniş proqramımı açıqlamışam. Onların hamısını bura yazmaq mümkün deyildir. Ancaq mənim blogumda tanış ola bilərsiniz. Qısa şəkildə onu deyə bilərəm ki, mən idarəçilikdə de-mərkəzləşməyə (yəni hökümətin bir çox səlahiyyətlərinin aşağılara – yerli idarəçiliyə ötürülməsi) üstünlük verirəm. Yəni bu gün hakimiyyəti əlində təmərküzləşdirmiş və totalitar rejim yaratmış idarəçiliyinnin ən azı 70 faizini yerli, regional idarə strukturlarına verməyin vacibliyini qəbul edirəm. Ancaq bu sxemin işləməsi bir başa həm bələdiyyə məclislərinin, həm regional icarə strukturlarının camaatın seçimi ilə formalaşdırılması əsas şərtdir. Həmin regionun büdcəsini də onlar özləri formalaşdırmalıdır və özləri də xərcləməlidirlər. Bu rəqəmlərdə həmin regionda yaşayanların hər biri üçün açıq olmalıdır. Bu təkcə insanların rayonlardan böyük şəhərlərə miqrasiyasının qarşısını almır, həm də korrupsiya və rüşvəti kökündən qoparıb atır.

 

– Nəzərə alsaq ki, YAP məcburi yığılmış bir toplumdur, seçki qabağı mübarizədə Yeni Azərbaycan Partiyasından 1990-cı ildə kimi Kommunist Partiyasından imtina səviyyəli aksiya təşkil edilə bilərmi?

– YAP bu işi etməyəcək, necə ki,  Kommunist partiyası bu işi heç vaxt görməzdi. Bildiyiniz kimi Mixail Qarbaçov o vaxtkı Kommunist partiyasının baş katibi “perestroika” (yenidən qurma) planını həyata keçirmək istəyirdi və bununla əlaqədar müəyyən söz azadlığına icazə vermişdi. Birinci mərhələdə, xüsusilə televiziyada söz azadlığı güclü müxalifətin formalaşması ilə nəticələndi. İkinci mərhələdə silah yolu ilə öz hakimiyyətini saxlamaq istəyən Kommunist partiyası xalqın gücü ilə yıxıldı. YAP Kommunist partiyasının əcaib formasıdır. Kommunist partiyası dövründə indiki korrupsiya və rüşvətin heç 0.1 faizi də yox idi. İndiki yaltaqlığla müqayisədə o dövr toya getməli idi. Heç bir ideyaya qulluq etməyən YAP üzvülərinin öz partbiletlərini çırması xalqın birnci zəif  təkanında kütləvi şəkildə baş verəcək.

 

– Əvvəllər etdiyim təklifə – rejimi dəyişmək üçün müxalifətin partiyalı olmayan vahid namizəd göstərməsi və həmi namizədin demokratik yolla 2014-cü ildə bələdiyyə və 2015-ci ildə parlament seçkisi keçirdikdən sonra istefa verərək yenidən demokratik prezident seçkisi təşkil etməsinə necə baxırsınız?

– Bu fikir Rüstəm İbrahimbəyovun təklifini əks etdirir, yaşamağa layiq təklifdir.

 

– Əgər seçilsəniz, bu millətin qanına işləmiş korrupsiyaya və yerlibazlığa qarşı necə və hansı metodla mübarizə aparmaq fikriniz var?

– Korrupsiya və rüşvətə qarşı mübarizə yollarınıda mən öz proqramımda kifayət qədər geniş izah etmişəm. İstəsəniz tanış ola bilərsiniz. Ümumi şəkildə bir neçə tezisi söyləyə bilərəm. “Balıq başından iylənər” misalını yadınıza salın. Əgər hakimiyyətin başında dayanan bu işlə məşğul olmasa hesab edin ki, 70 faiz korrupsiya və rüşvət azalacaq. Əgər bu gün bir nəfərin fərmanı ilə təyin olunanların 70 faizini xalq özü seçsə və yerdə qalan 30 faizini parlamentlə razılaşdırılıb vəzifəyə qoyulsa hesab edin ki, 20 faiz də korrupsiya və rüşvətin üzərindən xətt çəkiləcək. Əlbəttə, bunları tezis kimi qəbul edin, yəni onları həyata keçirməyin arxasında çox böyük işlər dayanır, onun üçün də şüara söykənmək yox, böyük təcrübəyə söykənməlisən.

O ki, qaldı yerlibazlığa, o məsələni həyatımda heç vaxt ciddi qəbul etməmişəm, çünki təyin etdiklərimin heç birinin haradan olması mənim üçün əhəmiyyət kəsb etməyib. Ona görə də yerlibazlıqla necə mübarizə aparcağam sualı mənim üçün qeyri-ciddi sualdır, çünki heç bir yerlibazlılıqla mübarizə aparmayacağam. Məsələn, sizə praktikada kadr məsələsi necə həll olunacaqdan bir misal çəkim. Ümumiyyətlə dövlətçilikdə bu məsələ necə həll olunur. Məsələn tutaq ki, hansısa bir nazir və ya onun müavinin təyin etmək istəyirsən. Öz tanıdıqlarından və inandığın adamlardan beş namizəd seçirsən. Məqsədini bildirmədən xüsusi orqanlara  bu adamlar barəsində obyektiv və geniş arayış hazırlamasını tələb edirsən. Sözsüz məsələn bir ay müddətində bu adamların anadan olduğu gündən bu günə qədər keçdiyi həyat yolunu əks etdirən sənədi sənə təqdim edirlər. Paralel belə bir işi başqalarınada tapşırırsan və praktiki eyni adam barədə bir neçə arayışlar verilir, sözsüz bu arayışlardan nə o adamların, nə də onu tərtib edənlərin bir-birlərindən xəbəri olmur, bu dövlətçiliyin çox da mürəkkəb olmayan mexanizmidir. Arayışlarla tanış olandan sonra ya onların beşi ilə də ayrı ayrılıqda və ya beşindən 2-si, ya 3-ü ilə özün görüşürsən və nəhayət, birini seçirsən. Onun haralı olması heç bir əhəmiyyət kəsb etmir.

Heç vaxt camaat məni yerlibazlıqda ittiham etməz.  Bu naxçıvanlıdır və ya zəngəzurludur, onun namizədliyini kənara qoyum fikrinə düşmərəm. Ola bilər məsələn, 15 nazirdən 10-nu bakılı, şəkili və ya qarabağlı, naxçıvanlı olsun, onun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mənə bu insanın nəzərdə tutduğum plan, proqramı həyata keçirməyi lazımdır, onun haradan olması yox. Xalqın qarşısında mən verdiyim sözlərə niyə əməl edə bilmədiyimə cavab verməliyəm, nazir yox, bu mənim üçün daha vacibdir, nəinki kimin haradan olmasına fikir vermək. Ancaq məsələ bununla qurtarmır, sən o namizədin təsdiqi üçün parlamentin razılıq verməsinə göndərməlisən. Bu namizəd parlamentin xüsusi komitələrində sual-cavabdan keçməlidir. Parlamentin razılığından sonra fərmanla onu təyin etmək olar.

 

Siz ətrafınıza öz yerlilərinizi yığmadan işləyə biləcəksiz?

– Bu sualınıza cavab verildi.

 

– Qarabağ haqqındaki bəzi fikirlərinizi eşitmişəm. Sizcə arxasında rusların dayandığı bir müharibəni udmaq şansınız varmı? Yoxsa siz də illərcə İlhamın oynadığı bu oyunlarla millətin başının altına yastıq qoyacaqsız?

– Bu çox mürəkkəb məsələdir, təəssüf ki, bu barədə ümumi deklarativ fikirlər söyləmək olar. Ancaq məsələn, Ermənistanın arxasında Rusiyanın nə üçün dayandığını dərindən analiz etmək üçün gərək kifayət qədər ağıl sahibi olasan. Ona görə ki, rusların Ermənistanda hərbi bazası var, dinləri birdir və sair səthi analizlər işləmir, hər halda onların heç biri səbəb deyildir.

 

– İndi Azərbaycana dəmir cəlik kimi, özü, sözü bir, möhkəm iradəli, sağlam düşüncəli və Stalin kimi öz övladının belə müharibədə qurban verməyə hazır olacaq bir taktikalı sərkərdə lazımdır. Bu potensiala maliksiz? Özünüzdə bunları əks etdirə biləcək hünərə və cəsarətə hazırsız?

– Hünər və cəsarət leytenant olanda lazımdır, böyük sərkərdə olanda yox, problemi istənilən variantda həll edən ağıllı dövlət başçısı olmaq lazımdır.  Tək öz övladını yox, 20 milyonluq sovet övladlarını qurban verən Stalindən heç vaxt nümunə götürmək niyyətində deyiləm. Mən həm öz övladımın, həm də bütün azərbaycanlıların həyatına qəsb etmədən bu məsələnin həll edilməsinə üstünlük verirəm.

 

– Yeri gəldikdə ölkədə müxalif qüvvələrin agıllı fikir və təkliflərini dinləməyə, onlarla həmrəy olmağa, onları həyata keçirməyə hazırsız? O qüvvələrində yeri gəldikdə hər hansı bir dövlət idarəçiliyində çalışması ücün, yeri gəldikdə onlarla çiyin-çiyinə işləməyə hazırsız?

– Ağıllı və səmimi olan istənilən birləşmə ilə çiyin-çiyinə verməyə həmişə hazıram.

 

– Azərbaycanda insanların rifahının yaxşılaşdırılması ücün nələri göz önündə bulundurursuz? İnsanların digər demokratik ölkələrdə olduğu kimi bütün sağlam sosial haqqlarının həyata keçirilməsi ücün yeni qanunvericiliyi kökündən dəyişməyə müvəffəq ola biləcəksiz? Nəhayət, son sualım – Əgər gələcəkdə prezident seçilsəz, ölkədə insanlara Azad Söz Haqqını tanyacaqsız? Onlara imkan və şərait yaradacaqsız ki, azad fikirlərini ifadə edə bilsinlər. Yoxsa siz də “heydərizmin metodlarını” həyata keçirməyi planlayırsiz?

– Axırıncı iki sualı qeyri-ciddi hesab edirəm. Siz yazdıqlarınız demokratiyanın əlifbasıdır. Deyirsiniz əlifbanı öyrənməmiş roman yazacaqsınız, ya yox.

 

–  Rəsul bəy, axı sizi Heydər Əliyev öpüb yola saldı. Necə oldu ki, siz müxalifətə çevrildiz?

– Birincisi mən ağlım kəsəndən heç vaxt kişi ilə öpüşməmişəm, yəqin ki, qucaqladı və yola saldı demək istəyirsiniz.O məni qucaqlayıb yola salanda mən demək olar iki il yarım idi ki, onun apardığı siyasətin əleyhinə 100-lərlə çıxışlar etmişdim. Sizin sadəcə olaraq bundan xəbəriniz yoxdur.

 

–  Rəsul bəy, başa düşürəm ki, siaysət elə bir oyundur ki, hər şeyi açıqlamaq olmaz. Hər halda əgər siz hakimiyyətə gəlsəniz Rusiya ilə nə cür münasibət quracaqsız?

– Qurulacaq münasibətlər birinci növbədə Azərbaycanın maraqlarına xidmət edəcək. Sözsüz Rusiyanın maraqlarına qarşı heç bir radikal addımlar atmaq fikrində deyiləm.

 

–  Rəsul müəllim, bu gün Naxçıvanda İP növbəti iclasını keçirdi. Müxalifətin birliyi müzakirə olundu. Siz bu birliyi necə görürsünüz?

– Bu barədə artıq fikirlərimi demişəm əlavə ediləcək bir sözüm yoxdur.

 

Ardı var

Onu da qeyd edək ki, eks spikerə sual axını davam etməkdədir. Sizi hansı sual maraqlandırısa ACP liderinə ünvanlaya bilərsiz.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to ““Xalqın qarşısında mən verdiyim sözlərə niyə əməl edə bilmədiyimə cavab verməliyəm””

  1. ay kishi gelirsiniz bura axir ki ya yox-oradn ne var danishma]a gelin bu xalqi xilas edin

    • Ay kişi orada Bakıda oturanları Azərbaycanın rayonlarına getməyə qoymurlar. Hansı ki,həm təyyarə,həm qatar həmdə ayaqla gedə bilərsən qarşılarını polisdə kəsmir 5-10 öyrədilmiş adam kəsir və geri qaytarır. Mənim təyyarə ilə ancaq bir aeroporta gəlmək imkanım var o fikrə düşəndədə də (2005-ci ildə) tək aeroportu baqğlamırlat 30 minlik ordu və 50 tankda çıxarırlar. Sizdən heç bir hərəkət olmamış mən bu işi necə görüm. Heç olmazsa o aeroportun mənim gələcəyim təyyarəni qəbul etməsi zəruridir ya yox.

  2. Maraqlı situasiyadır: Xalqı xilas etmək üçün Rəsul müəllimin gəlməsini gözləyirlər, Rəsul müəllim isə ölkəyə qayıtması üçün xalqdan hərəkət tələb edir. Yəni, sizdən hərəkət, məndən bərəkət!!!! Nəticədə nə Rəsul müəllim gəlir, nə də xalq tərpənır!!!! Dəyirman öz işindədir, çaxçaq baş ağrıdır!!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: